Məhkəmə qərarları › İş №e-2-2(113)-4073/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4073/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4073/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “malların qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli, 285-BMC-CEC/21 saylı konsiqnasiya müqaviləsinə əsasən satılmış 1479,60 AZN dəyərindəki 2 ədəd KİXX AF/Coolant 3L 42.50 AZN, 2 ədəd KİXX ATF DX-İİİ 4L 66.00 AZN, 2 ədəd KİXX ATF DX- Vİ İL 21.00 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 4L 84.00 AZN, 2 ədəd KİXX ATF MULTİ İL 21.00 AZN, 2 ədəd KİXX CVTF 4L 96.00 AZN, 2 ədəd KİXX D1/C3 5W-30 1L 20.40 AZN, 2 ədəd KİXX D1/RV 5W-30 5L 95.20 AZN, 2 ədəd KİXX DX-İİİ 1L 18.00 AZN, 2 ədəd KİXX Engine Clean 1L 13.60 AZN, 2 ədəd KİXX Engine Clean 4L 51.00 AZN, 2 ədəd KİXXG 10W-40 SL İL 13.50 AZN, 2 ədəd KİXXG 10W-40 SL 4L "İron Packing" 48.00 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS İL 17.00 AZN, 2 ədəd KİXX Gİ 10W-40 SN PLUS 41. "İron Packing" 57.00 AZN, 2 ədəd KİXX G1 5W-20 SN İL 18.00 AZN, 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L 63.00 AZN, 2 ədəd KİXX G1 5W-30 Dexos1 1L 19.50 AZN, 2 ədəd KİXX G1 5W-30 Dexos1 4L 72.00 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS İL 19.50 AZN, 2 ədəd KİXX Power Steering İL 24.00 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L "İron Packing" 72.00 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS İL 19.00 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L 72.00 AZN, 2 ədəd KİXX G1 A3/B4 5W-30 1L 21.00 AZN, 2 ədəd KİXX G1 A3/B4 5W-30 4L 78.00 AZN, 2 ədəd KİXX Geartec 75W-90 GL-5 İL 16.50 AZN, 2 ədəd KİXX Geartec 75W-90 GL-5 4L 63.00 AZN, 2 ədəd KİXX Geartec 80W-90 GL-5 1L 15.00 AZN, 2 ədəd KİXX Geartec 80W-90 GL-5 4L "İron Can" 57.00 AZN, 2 ədəd KİXX GS Oil Treatment 0,444L 11.90 AZN, 2 ədəd KİXX HDİ 10W-40 Cİ-4 6L 84.00 AZN, 2 ədəd KİXX HDİ 10W-40 Cİ-4/SL İL 15.00 AZN, 2 ədəd KİXX MULTİ ATF 4L 75.00 AZN mallarının, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin və 35 AZN dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsindən iddia ərizəsinin qaytarılmasına dair məhkəməyə ərizə daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cü maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçının ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “malların qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar