Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4080/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli, FLT-RT/003 nömrəli turizm xidmətləri barədə müqavilə üzrə göstərilmiş xidmətlərə görə 20730 (iyirmi min yeddi yüz otuz) manat borc, 1078 (min yetmiş səkkiz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 156 (yüz əlli altı) manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı qismində çıxış edən İddiaçı MMC ilə sifarişçi qismində çıxış edən Cavabdeh MMC arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli, FLT-RT/003 nömrəli turizm xidmətləri üzrə müqaviləyə əsasən iddiaçı cavabdehdən aldığı yazılı və ya şifahi tapşırıq əsasında cavabdehi aviabilet, mehmanxanalarda və qonaq evlərində otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza dəstəyi ilə təmin etməyi, ölkədaxili və ölkəxarici turların təşkili və bununla əlaqədar bütün digər turizm xidmətlərinin (eləcə də səfər sığortası əldə etməklə) göstərilməsini, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən təqdim edilmiş biletlərin və iddiaçının yazılı və ya şifahi tapşırığı əsasında icra edilmiş digər xidmətlərin dəyərinin bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli turzim xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən tərəflərin imzaladığı 12 fevral 2025-ci il tarixli razılaşma aktına əsasən İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 26029,32 manat qalıq borcu mövcuddur. Cavabdeh MMC qeyd olunan borc məbləğini razılaşma aktı ilə müəyyənləşdirilmiş tarixlərdə ödəməyi öhdəsinə götürsə də, bu günə qədər borcun müəyyən hissəsi ödənilmiş və qalıq borc 20730 manat təşkil edir. Bu borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yaradılmış elektron kabinetə (e-texas.gov.az saytı-AVİS) yazılı xəbərdarlıq, o cümlədən göndərilmiş pretenziya nəticəsiz qalmışdır. Buna görə də İddiaçı MMC cavabdeh "2021 Rose Travel” MMC barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445.1, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçidən aldığı yazılı və ya şifahi tapşırıq əsasında sifarişçini aviabilet, mehmanxanalarda və qonaq evlərində otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza dəstəyi ilə təmin etməyi, ölkədaxili və ölkəxarici turların təşkili və bununla əlaqədar bütün digər turizm xidmətlərinin göstərilməsini üzərinə götürür. Sifarişçi isə öz növbəsində icraçı tərəfindən təqdim edilmiş biletlərin və sifarişçinin yazılı və ya şifahi tapşırığı əsasında icra edilmiş digər xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsini öz üzərinə götürür; 3.1-ci bəndinə əsasən icraçı öz səriştəliliyini və müqavilənin həyata keçirilməsi üçün tələb olunan bütün zəruri vəsaitlərə malik olduğunu təsdiq və təmin edir; 3.6-cı bəndinə əsasən icraçıdan bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, sifarişçi tərəfindən xidmətlərin dəyərinin müqavilə ilə müəyyən olunmuş müddətdə ödənilməsi gecikdirildikdə, yol verilən hər gecikmə gününə icraçı sifarişçidən müqavilənin ümumi qiymətinin 10%-dən çox olmamaq şərti ilə gecikdirilən müvafiq ödəniş məbləğinin 0,2% həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər; 4.1-ci bəndinə əsasən sifarişçi müvafiq turizm xidmətlərindən yararlanır, icraçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən ödəniş həyata keçirir; 9-cu bəndinə əsasən müqavilə xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10839932 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 27403,29 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11227362 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9168,65 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11878522 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5896,53 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.
11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli razılaşma aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 26029,32 manat təşkil edir. Cavabdeh MMC xx.xx.2025-ci il tarixinədək qeyd edilən borcun tam ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, müqavilə üzrə hesablanmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birini təşkil edir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icraçı sifarişçidən aldığı yazılı və ya şifahi tapşırıq əsasında sifarişçini aviabilet, mehmanxanalarda və qonaq evlərində otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza dəstəyi ilə təmin etməyi, ölkədaxili və ölkəxarici turların təşkili və bununla əlaqədar bütün digər turizm xidmətlərinin göstərilməsi, sifarişçi isə öz növbəsində icraçı tərəfindən təqdim edilmiş biletlərin və sifarişçinin yazılı və ya şifahi tapşırığı əsasında icra edilmiş digər xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə icraçı-iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.
16. İddia tələbinin bir hissəsini FLT-RT/003 saylı, 22 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 20730 manat borcun cavabdehdən tutulması təşkil edir.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, təqdim olunmuş sübutları, işin faktiki hallarını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli müqaviləyə əsasən 20730 (iyirmi min yeddi yüz otuz) manat manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, xx.xx.2025-ci il tarixli razılaşma aktından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 26029,32 manat təşkil edir. Cavabdeh MMC xx.xx.2025-ci il tarixinədək qeyd edilən borcun tam ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçının nümayəndəsi həmin məbləğdən qismən ödənişlərin edildiyini bildirərək, qalıq borcun 20730 manat təşkil etdiyini qeyd etmişdir. Həmin qalıq məbləğin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
18. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən FLT-RT/003 saylı, 22 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi 1078 manat cərimə borcunun tutulması təşkil edir.
19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış xidmət müqavilələrinin icraçıdan bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, sifarişçi tərəfindən xidmətlərin dəyərinin müqavilə ilə müəyyən olunmuş müddətdə ödənilməsi gecikdirildikdə, yol verilən hər gecikmə gününə icraçı sifarişçidən müqavilənin ümumi qiymətinin 10%-dən çox olmamaq şərti ilə gecikdirilən müvafiq ödəniş məbləğinin 0,2% həcmində dəbbə pulu ödənilməsini tələb edə bilər.
20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, xx.xx.2024-cü il tarixli, FLT-RT/003 saylı xidmət müqaviləsi üzrə 1078 (min yetmiş səkkiz) manat cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
21. Eləcə də, iddiaçı ödənilmiş 156 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 155,42 manat (yüz əlli beş manat qırx iki qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, FLT-RT/003 nömrəli müqaviləyə əsasən 20730 (iyirmi min yeddi yüz otuz) manat əsas borc, 1078 (min yetmiş səkkiz) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 155,42 manat (yüz əlli beş manat qırx iki qəpik) olmaqla, ümumilikdə 21963,42 manat (iyirmi bir min doqquz yüz altmış üç manat qırx iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova