Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4081/2022 25.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11505,32 manat əsas borcun, 200 manat mediasiya ödənişinin, 200 manat hüquq xidmətinə görə vəkilə ödənilmiş pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 254/17 saylı, xx.xx.2017-ci il tarixli aviadaşımaların satış hüququnun verilməsinə dair müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən agent mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd etmək istəyirik ki, "xxxx" MMC aviabiletlərin satışını həyata keçirsə də, müqavilənin şərtlərini yerinə yetirməyərək biletlərin satışlarından əldə etmiş olduğu pul vəsaitini İddiaçı MMC-yə ödəməmişdir. Halbuki, sözügedən müqavilənin 5.5–cı bəndinə əsasən, subagent tərəfındən ödəniş hər ayın 1- dən 5–dək, 11-dən 15–dək, və 21-dən 25–dək aparılmalıdır. Bildirmək istəyirik ki, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Müqavilə üzrə hər iki zamin müqavilənin 1-ci bəndinə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış 254/17 saylı, xx.xx.2017–ci il tarixli müqavilə ilə əlaqədar olaraq borclu kreditor qarşısında öhdəliklərini tam yetirənədək zaminlər borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə aparılmış borc öhdəliyinin müəyyən edilməsi barədə imzalanmış üzləşmə aktı ilə "xxxx" MMC-nin həmin tarixə İddiaçı MMC –yə 11505,32 manat borcu olduğu təsdiq edilmişdir. "xxxx" MMC 2018-ci il tarixindən İddiaçı MMC-dən satış məqsədilə götürürmüş olduğu aviabiletlərin satışından qalmış 11505,32 manat həcmində dəyərini 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq müxtəliif səbəblər gətirməklə bü günə kimi ödəməməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 254/17 nömrəli “aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilədən görünür ki, İddiaçı MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən "xxxx" MMC-yə verir, "xxxx" MMC isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2019-cu il üzrə üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə 11505,32 manat məbləğində borcu vardır. xx.xx.2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC İddiaçı MMC qarşısında öhdəliklərini tam yetirənədək Cavabdeh2 "xxxx" MMC ilə birlikdə İddiaçı MMC qarşısında birgə məsuliyyət daşımağı öz öhdəliyinə götürmüşdür. xx.xx.2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC İddiaçı MMC qarşısında öhdəliklərini tam yetirənədək Cavabdeh3 "xxxx" MMC ilə birlikdə İddiaçı MMC qarşısında birgə məsuliyyət daşımağı öz öhdəliyinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 29115 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC hüquqi xidmət üçün 200 manat məbləğində pul ödəmişdir. 22 aprel 2022-ci il tarixli MŞB/2-00656 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC Bakı 2 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1, 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC müvafiq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh aviabiletlərin satışından qalıq borc olan 11505,32 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 11505,32 manat əsas borc, 200 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım tələbi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11505,32 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 200 manat cəmi 11905,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11505,32 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 200 manat cəmi 11905,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4081/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4081/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver