Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının ının cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə (ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi üçüncü şəxs olmaqla) qarşı “kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ı (AR ı) cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi (Cavabdeh1 MTK) və Cavabdeh2nə (Cavabdeh2 MMC) (ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “xxxx” ASC-nin 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə ******* (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10109,38 (on min yüz doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1260755,38 (bir milyon iki yüz altmış min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə, 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon yeddi yüz min) manat əsas, 50566,66 (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3750566,66 (üç milyon yeddi yüz əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqavilələri üzrə qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ı (bundan sonra – ) ilə “xxxx” ASC arasında 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli və 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqavilələri bağlanmışdır. KBQ15- 1762 nömrəli kredit müqaviləsi ******* (dörd milyon yüz min) manat məbləğində kreditin illik 3 % olmaqla 360 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 03 oktyabr 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 14 oktyabr 2015-ci il tarixli İBQ15-1762/2 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi ın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). KBQ15-1807 nömrəli kredit müqaviləsi ******* (üç milyon yeddi yüz min) manat məbləğində kreditin illik 3 % olmaqla 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 24 iyun 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Qeyd edilən kredit müqaviləsinə edilmiş 22 iyun 2016-cı il tarixli Əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 23 iyun 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 13 yanvar 2016-cı il tarixli İBQ15-1807/2 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsi ın xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarış əlavə olunur). Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır və hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsini davam etdirir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində ın kreditor tələbləri “xxxx” ASC-nin ləğvedicisinə 21 oktyabr 2016cı il tarixli, 05-00909- 2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. “xxxx” ASC-nin qarşısında 09 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə ******* (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10109,38 (on min yüz doqquz manat otuz səkkiz qəpik) manat faiz borcu, 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon yeddi yüz min) manat əsas, 50566,66 (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq 19 sentyabr 2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eyni zamanda “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Qeyd edilən əsaslara görə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyanlar Cavabdeh1 MMC-yə 24 oktyabr 2016-cı il tarixli, 05-00923-2016 nömrəli məktubla, Cavabdeh2 MMC-yə 24 oktyabr 2016-cı il tarixli, 05-00914-2016 nömrəli məktubla göndərmişdir. tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 noyabr 2016-ci il tarixli, **********93 nömrəli və 5 noyabr 2016-cı il tarixli, **********77 nömrəli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının ı (bank) ilə “xxxx” ASC (borcalan) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3 % olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Respublikasının ı, “xxxx” ASC (borcalan) və Cavabdeh1 MMC arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli, İBQ15-1762/2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 MMC mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsini 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsi 03.10.2016-cı il tarixədək Azərbaycan Respublikasının ının xeyrinə hüquq yüklü edilmiş və 29 oktyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18330 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli, 05- 00923-2016 nömrəli bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan Azərbaycan Respublikasının ı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi 05.11.2016-cı il tarixdə **********77 nömrəli məktubla Azərbaycan Respublikasının ına məlumat verərək, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - Azərbaycan Respublikasının ı (bank) ilə “xxxx” ASC (borcalan) arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3 % olmaqla 360 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - Azərbaycan Respublikasının ı ilə “xxxx” ASC arasında bağlanmış 28 dekabr 2015ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsinə 22 iyun 2016-cı il tarixli Əlavəyə əsasən Azərbaycan Respublikasının ı tərəfindən “xxxx” ASC-yə 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit borcunun ödəniş müddəti 23 iyun 2017-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikasının ı, “xxxx” ASC (borcalan) və Cavabdeh2 MMC arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, İBQ15-1807/2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsini 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsi 24.06.2016-cı il tarixədək Azərbaycan Respublikasının ının xeyrinə hüquq yüklü edilmiş və 28 yanvar 2016-cı ildə Daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7866 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 oktyabr 2016-cı il tarixli, 05- 00914-2016 nömrəli bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan Azərbaycan Respublikasının ı tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2nə müvafiq bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi 05.11.2016-cı il tarixdə **********93 nömrəli məktubla Azərbaycan Respublikasının ına məlumat verərək, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - 04 fevral 2021-ci il tarixli 11-00064-2021 nömrəli maliyyə arayışından görünür ki, “xxxx” ASC-nin 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz borcu 10109,38 manat, 28 dekabr 2015-ci il tarixli KBQ15- 1807 nömrəli kredit müqaviləsi üzrə isə əsas borcu ******* manat, faiz borcu 50566,66 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli, 9/1679 saylı ekspert rəyində qeyd olunur ki, 1-ci sual üzrə maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 09 oktyabr 2015-ci il tarixli KBQ15-1762 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, “xxxx” ASC-nin 04.02.2019-cu il tarixə əsas borcunun ******* manat, faiz borcunun 10109,38 manat məbləğində olduğu; 2-ci sual üzrə maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 28 dekabr 2015-ci il tarixli KBQ15-1807 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, “xxxx” ASC-nin 04.02.2019-cu il tarixə əsas borcunun ******* manat, faiz borcunun 50566,66 manat məbləğində olduğu müəyyən edilmişdir. - “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 27.05.2021-ci il tarixli, ƏEM/M 64-523/21 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat, Cavabdeh2nə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının ı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqavilələri əsasında “xxxx” MMC-yə yuxarıda qeyd olunan müddətlərə və məbləğlərdə kredit verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə cavabdehlər arasında yuxarıda qeyd olunan ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələrinə əsasən cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun: 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 39.3.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “Banklar haqqında” Qanunun 81-ci maddəsinə əsasən bəzi istisnalarla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır. “İcra haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Yuxarıda qeyd olunan hər iki ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqaviləsinə əsasən tərəfindən “xxxx” ASC-yə verilmiş kreditlərin müqavilələrdə qeyd olunan tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. Qeyd olunan qanunvericilik normaları, müqavilə şərtləri və təqdim olunmuş sənədlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tutma Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 9 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə ******* (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10109,38 manat (on min yüz doqquz manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 1260755,38 (bir milyon iki yüz altmış min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə; 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon yeddi yüz min) manat əsas, 50566,66 manat (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 3750566,66 manat (üç milyon yeddi yüz əlli min beş yüz altmış altı manat altmış altı qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh2 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə yönəldilməli, “xxxx” ASC-nin ləğvedicisi tərəfindən həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qeyd olunan kredit müqavilələri üzrə qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclər ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğlər müvafiq olaraq cavabdehlərə qaytarılmalıdır. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat, Cavabdeh2nə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin 17.05.2021-ci il tarixə likvid dəyəri ******* manat təşkil olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin likvid dəyəri ******* manat, Cavabdeh2nə məxsus ünvan 3 ünvanında yerləşən mənzilin likvid dəyəri ******* manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia verilərkən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 (min) manat pul cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, “xxxx” ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 9 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə ******* (bir milyon iki yüz əlli min altı yüz qırx altı) manat əsas, 10109,38 manat (on min yüz doqquz manat otuz səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 1260755,38 (bir milyon iki yüz altmış min yeddi yüz əlli beş manat otuz səkkiz qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə; 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə ******* (üç milyon yeddi yüz min) manat əsas, 50566,66 manat (əlli min beş yüz altmış altı manat altmış altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 3750566,66 manat (üç milyon yeddi yüz əlli min beş yüz altmış altı manat altmış altı qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh2 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutma yönəldilsin. “xxxx” ASC-nin ləğvedicisi tərəfindən həmin əmlaklar açıq hərracdan satılsın. Satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qeyd olunan kredit müqavilələri üzrə qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclər ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğlər müvafiq olaraq cavabdehlərə qaytarılsın. Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin ilkin satış qiyməti ******* (beş milyon iki yüz on min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2nə məxsus ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin ilkin satış qiyməti ******* (iki milyon doqquz yüz iyirmi bir min) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 (min) manat pul cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, “xxxx” ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-409/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-409/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver