Məhkəmə qərarları › İş №e-2-2(113)-4095/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4095/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4095/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə, qaimə faktura) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə öhdəliyin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı MMC cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 118584,81 AZN əsas və gecikmiş hər günə görə toplam 12451,32 AZN faiz borcunun, ödənilmiş 400 AZN mediasiya rüsumunun, 21 AZN dövlət rüsumunun, ümumilikdə 131457,13 AZN məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X3 X4 İthalat ihracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” MMC arasında xx.xx.2020-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3.70 AZN məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. Qeyd edək ki, İddiaçı MMC cavabdeh “X3 X4 ithalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” MMC-ni həmin müqaviləyə əsasən 24 noyabr 2020-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “X3 X4 ithalat ihracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” MMC-yə ƏDV daxil xx.xx.2022-ci il tarixli 332216 nömrəli elektron qaiməyə əsasən 31391.54 manat dəyərində, xx.xx.2022-ci il tarixli 822844 nömrəli elektron qaiməyə əsasən 33801.57 manat dəyərində, xx.xx.2022-ci il tarixli 262640 nömrəli elektron qaiməyə əsasən 30631.86 manat dəyərində, xx.xx.2022-ci il tarixli 457518 nömrəli elektron qaiməyə əsasən 21869.29 manat dəyərində, xx.xx.2022-ci il tarixli 787678 nömrəli elektron qaiməyə əsasən 7033.63 manat olmaqla, ümumi dəyəri 118584,81 AZN dəyərində xidmət göstərilmişdir, İddiaçı MMC xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh “X3 X4 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” MMC-nin bu günədək ƏDV daxil olmaqla 118584,81 (bir yüz on səkkiz min beş yüz səksən dörd manat səksən bir qəpik) AZN ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə “X3 X4 İthalat ihracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” MMC tərəfindən xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra 5 iş günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1 -ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam edir. Tərəfimizdən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmağa davam edir. Hesablarının, daşınmaz əmlakın dövlət reyestrində həmin MMCnin adına qeydə alınmış mülkiyyətində olan daşınmaz əmlakların və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində dövlət qeydiyyatından keçirilmiş və uçota alınmış mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə gələcək iddia tələbi həcminə - 118584,81 manata mütənasib olaraq həbs qoyulması barədə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi’ haqqında ərizə ilə jkı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən öncə iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin prosesdə iştirak etməməsi səbəbilə iddiaçıya Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-01350 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə’’ Arayış təqdim edilmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə iclaslarında iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək ödənilməmiş borc məbləğinin 121656.35 manat məbləğində olduğunu qeyd etmişdi. Lakin elektron sistemə yenidən ərizə yüklədiyini bildirərək, ilkin tələbin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bir tərəfdən sifarişçi qismində “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, digər tərəfdən icraçı qismində İddiaçı MMC arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) Sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi b) Göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu c) İcraçının büyün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi d) Xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi 1.2. Bu müqavilə 24 noyabr 2020-ci il tarixdən 31 dekabr 2021-ci il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. 2.1.Sifarişçi İcraçı tərəfindən təqdim edilən adam başına 1 menyunun ( bir porsiya olmaqla şorba, əsas yemək, salat) dəyərinə ƏDV xaric 3.70 manat xidmət haqqı ödəyəcəkdir. 2.2. Xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 5 iş günü ərzində ödənilməlidir.

8. 01 yanvar 2022-ci il tarixli qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 01.12xx.xx.2021-ci il tarixli qaimə fakturaya əsasən ümumilikdə 26603 manat məbləğində, 01 fevral 2022-ci il tarixli qaiməyə əsasən 01.01-xx.xx.2022-ci il üzrə 28645.4 manat məbləğində, 01 mart 2022-ci il tarixli qaiməyə əsasən 01.02-xx.xx.2022-ci il üzrə 25959.2 manat məbləğində, 01 aprel 2022-ci il tarixli qaiməyə əsasən 01.03-xx.xx.2022-ci il üzrə 18533.3 manat məbləğində, 01 may 2022-ci il tarixli qaiməyə əsasən 01.04-xx.xx.2022-ci il üzrə ümumilikdə 5960.7 manat məbləğində catering (yemək) xidməti göstərilmiş, qaimə fakturalar hər iki tərəfin nümayəndəsi (cavabdeh tərəfdən Sadıqlı, Azadov soyadında şəxlər) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı 332216 nömrəli elektron qaiməyə əsasən “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı MMC-yə 31391.54 manat, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 822844 nömrəli elektron qaiməyə əsasən 33801.57 manat, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 262640 nömrəli elektron qaiməyə əsasən 30631.86 manat, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 457518 nömrəli elektron qaiməyə əsasən 21869.29 manat, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 787678 nömrəli elektron qaiməyə əsasən 7033.63 manat məbləğində xidmət göstərilmişdir.

10. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 29 nömrəli aktdan məlum olur ki, iddiaçı tərəfindən cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına xx.xx.2020-xx.xx.2022-ci il tarix aralığında ümumilikdə 175670.39 manat dəyərində iaşə xidməti (catering) göstərilmişdir, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən qaimələr üzrə həm əsas borc, həm də ƏDV ödənişləri həyata keçirilmiş, lakin xx.xx.2022-ci il tarixli qaimə üzrə 24000 manat əsas borc, 4320 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli qaimə üzrə 28645.40 manat əsas borc,5156.17 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli qaimə üzrə 25959.20 manat əsas borc, 4672.66 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli qaimə üzrə 18533.30 manat əsas borc, 3335.99 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli qaimə üzrə 5960.70 manat əsas borc, 1072.93 manat ƏDV məbləği olmaqla, ümumilikdə 103098.60 manat məbləğində əsas borc, 18557.75 manat məbləğində ƏDV ödənilməmiş qalmışdır.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində catering (yemək) xidmətinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 175670.39 manat dəyərində xidmət göstərmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi pozaraq, göstərilən xidmətlərin yalnız bir qisminin ödənişini həyata keçirmiş, ümumilikdə 118584.81 manat məbləğində pul ödənilməmiş qalmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş qaimə fakturalardan da görünür ki, iddiaçı tərəfindən tələb edilən dövr üzrə cavabdehə xidmət göstərilmişdir və cavabdehin nümayəndəsi (Sadıqlı, Azadov soyadlarında) bunu öz imzası ilə təsdiq edərək xidmətləri qəbul etmişdir. Bununla yanaşı iddiaçı xidmətin göstərilməsi ilə bağlı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli elektron qaimələri də iş materiallarına əlavə etmişdir.

20. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını və zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialından göstərilmiş xidmətlər müqabilində ümumilikdə 118584.81 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Eyni zamanda iddiaçı iddia ərizəsində gecikmiş hər günə görə 12451.32 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

22. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

23. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

24. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 25.Məhkəmə qanunvericiliyin tələblərini və 2023-cü il üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank uçot dərəcəsinin 9% müəyyən edildiyini nəzərə almaqla bu hissədə də iddia tələbini əsaslı hesab edir. .26. İddiaçı iddia tələbində ödənilmiş 21 manat məbləğində dövlət rüsumunun və 400 manat təşkil edən mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 30 Məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə: 31 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “X3 X4 İthalat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialından xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 118584.81 manat əsas və gecikmiş hər günə görə 12451.32 manat faiz borcu, mediasiyanın keçirilməsi ilə bağlı 400 manat məbləğində rüsum və 21 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 131457.13 (yüz otuz bir min dörd yüz əlli yeddi, on üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar