Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-412/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5355 manat əsas borcun, 100 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi 5455 manat məbləğin fiziki şəxs Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) QSC ilə cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN:**********) (Partnyor) arasında bağlanmış ümumi ofertaya əsasən Partnyor, Lisenziara məxsus Xidmətdə qeydiyyatdan keçərək və sorğu yerləşdirən istifadəçilərin sorğularını xidmət üzərindən təsdiq edərək sərnişin və yükdaşıma xidmətləri göstərir və bunun müqabilində lisenziara lisenziya haqqı ödəyir. Bundan əlavə, “Tam maddi məsuliyyət daşınma haqqında” tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24475 saylı müqaviləyə və ona əlavə edilmiş təhvil-təslim aktına əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, Toyota Prius markalı, minik avtomobili xx.xx.2022-ci il tarixdə, Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:20-də cavabdeh idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı maşınla, Bakı Qazax yolunun 65-ci kilometrində qəza törətmişdir. X3 tərəfindən tərtib olunan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoluna və X3 tərəfindən aparılmış icraatı əks etdirən digər sənədlərə əsasən qəza cavabdehin təqsirindən baş vermişdir. Sözügedən qəza nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşdüyündən, İddiaçı QSC-yə 5355 manat zərər dəymişdir. Dəymiş zərər İddiaçı QSC-nin aktı əsasında müəyyən edilmişdir. Eyni zamanda, “X2” MMC-nin dəymiş zərərin hesablanması məqsədilə tərtib olunan 19 avqust 2022-ci il tarixli, 252/22 nömrəli qiymətləndirmə rəyindən görsənir ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə 5355 zərər dəymişdir. Bundan əlavə, "xxxx" MMC-nin Servis Mərkəzi tərəfindən tərtib edilmiş 19 avqust 2022-ci il tarixli qüsur aktına əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilin təmirinə 5355 manat vəsait tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi, vəkil sistemə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 24475 saylı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət daşınma haqqında” müqavilədən görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, “Toyota Prius” markalı, minik avtomobili İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən Cavabdeh yol, nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı avtomobilə dəyən ziyanı ödəməyi, 2.1.9-cu maddəsinə əsasən isə avtomobili hər hansı bir səbəbdən avtomobil sahibinə təhvil verərkən nasaz halına salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış təhvil-təslim aktıdan görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, “Toyota Prius” markalı, minik avtomobili İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli X3 tərəfindən tərtib olunan İXP ******* nömrəli protokoldan görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, “Toyota Prius” markalı, minik avtomobilinin sürücüsü Cavabdeh tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 19 avqust 2022-ci il tarixli, 252/22 nömrəli “X2” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə haqqında rəydən görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, “Toyota Prius” markalı, minik avtomobilinə dəymiş zərərin həcmi 5355 manatdır. 25 aprel 2023-cü il tarixli 9/852 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, nəzəri hesablamalara əsasən “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Toyota Prius” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4167 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. 19 oktyabr 2022-ci il tarixli MŞB/6-6290 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tətqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24475 saylı “Tam maddi məsuliyyət daşınma haqqında” müqavilə və ona əlavə edilmiş təhvil-təslim aktına əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2011-ci il olan, ağ mirvari rəngli, “Toyota Prius” markalı, minik avtomobili Cavabdeh təhvil verilmişdir. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən Cavabdeh yol, nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı avtomobilə dəyən ziyanı ödəməyi, 2.1.9-cu maddəsinə əsasən isə avtomobili hər hansı bir səbəbdən avtomobil sahibinə təhvil verərkən nasaz halına salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 10:20-də Cavabdeh idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı maşınla, Bakı-Qazax yolunun 65-ci kilometrində qəza törətmiş, xx.xx.2022-ci il tarixli X3 tərəfindən tərtib olunan İXP ******* nömrəli protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisənin törədilməsində təqsirli bilinərək İXMnin 327.1-ci maddəsi ilə tənbeh edilmişdir. Göründüyü kimi İddiaçı QSC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı, minik avtomobilinə Cavabdeh təqsiri nəticəsində zərər dəymişdir. İddiaçı QSC Cavabdehn 5355 manat məbləğində zərər tələb etsə də, məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən ekspert rəyinə uyğun olaraq 4167 manat məbləğində təmin edilməli, həmçinin 100 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində xərc Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 4167 manat məbləğində ziyan və 100 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilməlidir . Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4167 manat məbləğində ziyan və 100 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində xərc Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-412/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-412/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver