Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-414/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, , X1, X4, X8, X2, X3 cavabdeh na qarşı tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə, həmçinin tələbin qeydə alınması barədə bankın reyestrinə və əlavə edilmiş digər sənədlərə əsasən tərəfindən iddiaçıların vəsaitlərinin qaytarılması tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, , X1, X4, X8, X2, X5 cavabdeh na qarşı tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə, həmçinin tələbin qeydə alınması barədə bankın reyestrinə və əlavə edilmiş digər sənədlərə əsasən təyin edilmiş tərəfindən iddiaçıların vəsaitlərinin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, kommersiya məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə baxılır. Hazırkı iş üzrə isə iddiaçılar banka qoyduqları əmanətlərin həmin bankın si tərəfindən qaytarılmasının həvalə edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir; 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıların cavabdehdə qarşı tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə, həmçinin tələbin qeydə alınması barədə bankın reysetrinə və əlavə edilmiş digər sənədlərə əsasən təyin edilmiş tərəfindən iddiaçıların vəsaitlərinin qaytarılması tələbinə dair iddiası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Belə ki, həm iddiaçıların prosesual statusları, həmçinin iddia tələbinin mahiyyəti kommersiya məhkəməsində baxılan mübahisə kimi qiymətləndirilməməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçılara müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı, , X1, X4, X8, X2, X3 cavabdeh na qarşı tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə, həmçinin tələbin qeydə alınması barədə bankın reyestrinə və əlavə edilmiş digər sənədlərə əsasən tərəfindən iddiaçıların vəsaitlərinin qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-414/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-414/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver