Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4144/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə ödəliklərinin lazımınca icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 ( altı yüz) manat borc, hüquqi xidmətin göstərilməsi üzrə 300 (üç yüz) manat xərc, gecikdirilmiş dövr üzrə hesablanmış 2,50 manat (iki manat əlli qəpik) faiz məbləği və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 932,50 manat (doqquz yüz otuz) məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə olan borcu 600 manat təşkil edir. Həmçinin xx.xx.2025-ci il tarixli, 153 saylı maliyyə arayışının məzmunundan aydın olur ki, cavabdeh borc məbləğindən heç bir ödəniş həyata keçirmədiyindən, həmin tarixə Cavabdeh “İnteqral" QSC-yə olan borcu 600 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh ünvanına ilk yazılı pretenziya göndərilmişdir. X1 Xidmətinin rəsmi internet saytından əldə edilən məlumata əsasən Cavabdeh hazırda aktiv vergi ödəyicisidir. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2025-ci il tarixindən başlanmalıdır. Odur ki, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında ((600*5%)/12)*1= 2,50) manat təşkil edir. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı vəkil xərcinin ondan tutulması istisna olmaqla, digər hissələrdə qəbul edir və həmin hissələrdə iddianın təmin olunmasına etiraz etmir.
7. xx.xx.2023-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, 30.1.2023-cü ilin sonuna Cavabdeh “İnteqral QSC-yə olan borcu 600 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarilxi maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-yə olan borcu 600 manat təşkil edir.
9. İddiaçı QSC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, borcun 1 həftə müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında şifahi formada (yazılı müqavilə təqdim olunmayıb) distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir.
13. İddia tələbinin bir hissəsini cavabdehdən 600 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, satılmış malların dəyərinin əvəzi olaraq 600 (altı yüz) manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan, yuxarıda qeyd olunan üzləşmə aktı ilə öz təsdiqini tapır. Bundan əlavə, məhkəmə iclasında izahat verən cavabdeh borcun mövcudluğunu təsdiq edərək, iddianı qəbul etmişdir.
15. İddia tələbinin digər hissəsini gecikdirilmiş borca görə 2,50 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir.
16. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləği iddiaçıya razılaşdırılmış müddətdə ödənilmədiyindən iddiaçı cavabdehdən faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
17. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün (1 ay) illik 5%-lə hesablanmış 2,50 manat (iki manat əlli qəpik) faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir.
18. Eləcə də, iddiaçı hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 30 manat məhkəməyə ödənilən dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2,50 manat (iki manat əlli qəpik) faiz məbləği, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 932,50 manat (doqquz yüz otuz iki manat əlli qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova