Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4156/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Borclunun nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil, Kreditor "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Borclu İddiaçı “iflas elan edilmə” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu İddiaçı “iflas elan edilmə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - MMC) 25.11.2019-cu il tarixində dövlət qeydiyyatına alınmış və ilkin fəaliyyət növü kimi maliyyə xidmətlərinin göstərilməsi olmuşdur. Daha sonra MMC-nin fəaliyyət növü dəyişdirilərək “içki və tütün məmulatları daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmış və pərakəndə satışı” müəyyən olunmuşdur. Bir müddət sonra təsisçilərdən biri X4 təsisçilikdən çıxmaq qərarına gəlmiş və müvafiq dəyişiklik 19.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Daha sonra MMC tərəfindən Bakı şəhəri, Zərdabi prospekti 1066-cı məhəllə ünvanında ticarət obyekti icarəyə götürülmüş və müvafiq müqavilə bağlanılmışdır. Ticarət obyektində “Greenbazar” adı altında ərzaq məhsulların satışı ilə məşğul olan mağaza açılmışdır.Ticarət obyekti mebellər, kompyuter, kassa, video kamera avadanlıqları və kassa proqramı ilə təchiz edilmiş, xüsusi və ərzaqların çatdırılması ilə bağlı müvafiq şirkətlər ilə müqavilələr imzalanmışdır. Ölkədə baş verən karantin tədbirləri və 44 günlük vətən müharibəsinin başlanması “Greenbazar” Marketdə alış-verişin zəifləməsinə səbəb olmuşdur. İlkin olaraq borclular ilə hesablaşmaq üçün "xxxx" ASC-dən 40 000 AZN məbləğində kredit götürülmüş və borcun bir qismi ödənilmişdir. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq kreditorların borclarının tam ödənilməsi qeyri-mümkün olmuşdur. 30.11.2021-ci il tarixdə ticarət obyekti mülkiyyətçisinə geri qaytarılmışdır. Mağazada olan mallar geri təhvil verilmiş, borclular ilə hesablaşmaq üçün avadanlıqlar satılmış və 17490.75 AZN borc ödənilmişdir. Eyni zamanda qeyd edilir ki, vaxtı çatmış və ödənilməyən kreditor tələblərin həcmi ərizəçinin nizamnamə kapitalının 10%-dən xeyli artıqdır ki, bu da “Müflisləşmə və iflas haqqında” Qanununa əsasən ərizəçi tərəfindən iflas haqqında məhkəməyə müraciət etməsini məcburi edir. Tərəflərin izahatı: Məhkəmə iclasında ərizəçinin nümayəndələri Vəkil və X.Zülalova ayrı-ayrılıqda ərizəni mdüafiə edib orada göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında kreditor "xxxx" MMC-nin nümayəndəsi O.Həsənov ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında kreditor Cavabdeh11 MMC-nin nümayəndəsi R.Allahverdiyev ərizəyə etiraz edərək ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ərizə əsassızdır, belə ki, pandemiya şəraitində əhalinin qida məhsullarına olan tələbatı artmışdır. Bu səbəbdən həmin fəaliyyətlə məşğul olan şəxslər nəinki zərərlə işləmiş, əksinə daha artıq gəlir əldə etmişlər. Əvvəlki məhkəmə iclasında kreditor Cavabdeh6 MMC-nin nümayəndəsi T.Məmmədov ərizəyə etiraz edib onun təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, satıcı qismində hazırkı borcluya təhvil verilmiş mallar sonradan onlara satıla bilinməməsi səbəbi ilə qaytarılmamış, nə də dəyəri ödənilməmişdir. Bundan əlavə, həmin MMC-nin ödəmə qabiliyyətinin olmaması barədə borclu onlara məlumat verməmiş, bu barədə təsadüfən məlumat əldə etmişlər. Odur ki, ərizədə göstərilənləri əsassız hesab edir. Digər kreditorlara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə əsasən işə digər proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 19.06.2020-ci il tarixli, **********343800 saylı çıxarışından görünür ki, İddiaçı MMC 25.11.2019-cu il tarixində ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış və hazırki hüquqi ünvanı ünvan 2 çıxarışa əsasən İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi X1r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş İddiaçı MMC-nin nizamnaməsindən gürünür ki, Cəmiyyətin tam adı İddiaçıdir və yeganə iştirakçısı Cəmiyyətin nizamnamə kapitalında 20 % paya malik olan X1r. İddiaçı MMC-nin yeganə iştirakçısı X.Zülalovanın 05.07.2021-ci il tarixli qərarı ilə hüquqi ünvanı AZ 1012, Bakı şəhəri,Yasamal rayonu,Ə.Əhmədov küçəsi, ev 3, mənzil 8 olan İddiaçı MMC-nin ödəmə qabiliyyətsiz olması nəzərə alınaraq iflas proseduruna başlanılması və iflas haqqında ərizənin Bakı Kommersiya Məhkəməsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki,ərizəçi kreditorlara məktub ünvanlayaraq pretenziya qaydasına əməl etmişdir. Cavabdeh4 (bundan sonra satıcı) ilə İddiaçı MMC arasında (bundan sonra alıcı) 02.06.2020-ci il tarixli, 15/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya məişət avadanlıqları satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən ümumi məbləği 26000+4680 AZN (18% ƏDV) dəyərində olan ticarət avadanlıqları borcluya kreditə verilmiş və alıcı 7200+1296 AZN məbləğində (18 % ƏDV) qabaqcadan ödəməyi öz öhdəsinə götürmüşdür. Malın qalan dəyəri borclu tərəfindən hər ay 3135 AZN + 563 AZN (18 % ƏDV) olmaq şərti ilə kreditora ödəmənilməsi müəyyən olumuşdur. 03.06.2020-ci il tarixli, 669003 saylı elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC satıcı Cavabdeh4nə 30680 (ƏDV daxil) AZN məbləğində ödənilməli olan borcu var. Cavabdeh4 ŞİKŞ-nin direktoru tərəfindən ünvanlanan pretenziya məktubundan görünür ki, 02.06.2020-ci il tarixilı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 ŞİKŞ-dən alınmış ticarət avadanlıqlarının dəyərinin ödənilməmiş hissəsini təşkil edən 26,200 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi tələb olumuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. "xxxx" MMC (bundan sonra icraçı) ilə İddiaçı MMC ( bundan sonra sifarişçi) ilə bağlanılmış EF/478 saylı, 03.02.2020-ci il tarixli müqavilədən görünür ki, icraçı ona məxsus olan məhsulları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında sifarışçinin anbarına çatdırmağı öhdəsinə götürmüşdür. 29.06.2020-ci il tarixli, 734250 saylı elektron qaimədən görünür ki, sifarişcinin icraçıya 262.30 manat məbləğində ödənilməyən borcu var.23.06.2020-ci il tarixli GBN 771326 saylı malların təhvil-qəbul aktından görünür ki, 262.30 manat məbləğində malları sifarişçi qəbul etmişdir. Cavabdeh12 MMC-dən “Hospitality Group MMC-yə ünvanlanmış 22.07.2020-ci il tarixli, 671095 saylı elektron qaimədən 67,55 manat məbləğində, 21.08.2020-ci il tarixli, 870226 saylı elektron qaimədən 322,58 manat ,10.09.2020-ci il tarixli 827145 saylı elektron qaimədən 65,37 manat, 11.09.2020-ci il tarixli 865735 saylı elektron qaimədən 537,02 manat,17.09.2020-ci il tarixli 087205 elektron qaimədən 30,54 manat, 22.09.2020ci il tarixli elektron qaimədən 297580 saylı elektron qaimədən 107,57 manat, 22.09.2020-ci il tarixli elektron qaimədən 297583 saylı 156,52 manat, 22.09.2020-ci il tarixli elektron qaimədən 297586 saylı 138,05 manat, 05.10.2020-ci il tarixli 818294 saylı elektron qaimədən 29,24 manat, 06.10.2020-ci il tarixli 891494 saylı elektron qaimədən 520,55 manat, 22.10.2020-ci il tarixli 598390 saylı elektron qaimədən 235,30 manat, 15.10.2020ci il tarixli 296965 saylı elektron qaimədən 278,71 manat məbləğində borcun olduğu müəyyən olunur. 04.05.2021-ci il tarixli Cavabdeh12 MMC-dən “Hospitality Group MMC-yə ünvanlanmış pretenziya məktubunda Cavabdeh12 MMC-ə ümumilikdə 2238,36 AZN məbləğində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. 14.07.2020-ci il tarixli 507128 saylı, 14.07.2020-ci il tarixli 507129 saylı,17.08.2020-ci il tarixli 856907, 17.08.2020-ci il tarixli 856908 saylı, 17.08.2020-ci il tarixli 856909 saylı saylı 17.08.2020-ci il tarixli 856909 saylı, 17.08.2020-ci il tarixli 856910 saylı malların təhvil-qəbul aktından,07.09.2020-ci il tarixli 258698 saylı, 07.09.2020-ci il tarixli 258699 saylı, 08.09.2020-ci il tarixli 273076 saylı, 08.09.2020-ci il tarixli 273077 saylı, 08.09.2020ci il tarixli 273074 saylı, 08.09.2020-ci il tarixli 273075 saylı, 08.09.2020-ci il tarixli 273073 saylı,12.09.2020-ci il tarixli 270323 saylı,14.09.2020-ci il tarixli 306398 saylı,18.09.2020-ci il tarixli ******* saaylı, 18.09.2020-ci il tarixli 263849 saylı, 18.09.2020-ci il tarixli 263847 saylı, 18.09.2020-ci il tarixli 263845 saylı, 18.09.2020-ci il tarixli 263846 saylı, 18.09.2020ci il tarixli 263848 saylı, 02.10.2020-ci il tarixli 281579 saylı , 02.10.2020-ci il tarixli 281578 saylı,02.10.2020-ci il tarixli 291606 saylı, 02.10.2020-ci il tarixli 281580 saylı, 02.10.2020ci il tarixli 281581 saylı , 02.10.2020-ci il tarixli 281582 saylı,12.10.2020-ci il tarixli 754803 saylı,12.10.2020-ci il tarixli 754804 saylı,12.10.2020-ci il tarixli 754801 saylı, 12.10.2020-ci il tarixli 754802 saylı,19.10.2020-ci il tarixli 760773 saylı, 19.10.2020-ci il tarixli 760774 saylı, 19.10.2020-ci il tarixli 760772 saylı,16.11.2020-ci il tarixli 745439 saylı Cavabdeh12 MMC tərəfondən İddiaçı MMC-yə ünvanlanmış malların təhvil-qəbul aktlarından məlum olur ki, ərizəçiyə müxtəlif çeşidli mallar təhvil verilmişdir. 26.06.2020-ci il tarixli, 624805 saylı elektron qaimədən görünür ki, Cavabdeh9 MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli mallar təhvil verilmişdir. 17.06.2020-ci il tarixli Cavabdeh2 MMC (bundan sonra satıcı) və İddiaçı MMC arasında müxtəlif çeşidli malların alqı-satqı müqaviləsi bağlanılmışdır. Alıcı mağazasında satıcının inventar və reklam vasitələrini (poster, stiker və qiymət göstəriciləri), habelə satış üçün satıcıdan aldığı məhsulları müqaviləyə əsasən müəyyən edilmiş qaydada və şərtlərlə yerləşdirilməsini, satıcı isə bunun müqabilində alıcıya bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə nəzərdə tutulmuş mallara görə endirimlər etməyi öhdəsinə götürür. 03.07.2020-ci il tarixli 899060 saylı elektron qaimə və 24.09.2020-ci il tarixli, 05.11.2020-ci il tarixli satış fakturalarından görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli mallar təhvil verilmişdir. 10.06.2020-ci il tarixli Cavabdeh11 MMC (bundan sonra satıcı) ilə ”Hospitality Group” MMC (bundan sonra alıcı) arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan Məhsulu alıcıya satmağı, alıcı isə məhsulu satıcıdan qəbul etməyi və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 07.10.2020-ci il tarixli 0FSU.11007.0312 saylı, 09.10.2020-ci il tarixli 30FSU.21010.0757 saylı, 09.10.2020-ci il tarixli 30FSU.21010.0758 satış fakturalarından və 13.10.2020-ci il tarixli EBAR 124127 saylı,13.10.2020-ci il tarixli EBAR 124126 saylı,13.10.2020-ci il tarixli EBAR 124129 saylı elektron qaimələrən müəyyən olunur ki, Cavabdeh11 MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli mallar təhvil verilmişdir. X5 İttifaqının "xxxx" MMC (bundan sonra “satıcı”) İddiaçı MMC (bundan sonra “alıcı”) arasında bağlanılmış 08.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə şərtlərinə uyğun olaraq Badamlı mineral suları, Badamlı meyvə şirələrini və satıcının digər məhsullarını alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərinin satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 02.10.2020-ci il tarixli EBAQ 770955 saylı elektron qaimədən və 02.10.2020-ci il tarixli MUSA-48389 saylı satış fakturasından müəyyən olunur ki, X5 İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli içki məhsulları təhvil verilmişdir. 08.06.2020-ci il tarixli Babək "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış alqısatqı müqaviləsindən görünür ki, satıcı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli içkiləri alıcıya satmağı, alıcı isə həmin məhsulları qəbul etməyi və əvəzində müvafiq qaimə-faktura ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 16.07.2020-ci il tarixli EBAM 470260 saylı, 12.08.2020-ci il tarixli EBAN 547105 saylı, 18.08.2020-ci il tarixli EBAN 734569 elektron qaimələrdən və 14.07.2020-ci il tarixli HHÜ 165191 saylı, 11.08.2020-ci il tarixli HHÜ 179230 saylı,11.08.2020-ci il tarixli HHÜ 180088 saylı malların təhvil-qəbul aktlarından, 11.08.2020-ci il tarixli,15.08.2020-ci il tarixli yük göndərmə qaimələrindən müəyyən olunur ki, Babək "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli içki məhsulları təhvil verilmişdir. “Hakan Foods Azərbaycan Traiding Co LTD” müəssisəsi ilə İddiaçı MMC (bundan sonra “alıcı”) arasında bağlanılmış 24.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya kolbasa və ət məhsulları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 09.09.2020-ci il tarixli, EBAP 670771 saylı,12.11.2020-ci il tarixli, EBAS 506282 saylı elektron qaimələrdən və 24.07.2020-ci il tarixli ********* saylı,18.08.2020-ci il tarixli ********* saylı,11.09.2020-ci il tarixli ********* saylı,18.09.2020-ci il tarixli ********* saylı, 25.09.2020-ci il tarixli ********* saylı, 09.10.2020-ci il tarixli ********* saylı, 20.10.2020-ci il tarixli ********* saylı satış fakturalarından görünür ki, “Hakan Foods Azərbaycan Traiding Co LTD” müəssisəsi tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli kolbasa və ət məhsulları təhvil verilmişdir. 23.09.2020-ci il tarixli EBAQ 331863 saylı, 25.09.2020-ci il tarixli EBAQ 451223 saylı,19.10.20250-ci il tarixli EBAR 436736 saylı elektron qaimələrdən və 13.10.2020-ci il tarixli HDP/7 458013 saylı, 13.10.2020-ci il tarixli HDP/7 458012 saylı,22.10.2020-ci il tarixli HDP/7 485575 saylı, 22.10.2020-ci il tarixli HDP/7 485574 saylı,24.09.2020-ci il tarixli HDP/6 935697 saylı, 22.10.2020-ci il tarixli HDP/7 485576 saylı, 22.09.2020-ci il tarixli HDP/6 926786 saylı, 22.09.2020-ci il tarixli HDP/6 saylı 926785 saylı, 22.09.2021-ci il tarixli HDP/6 926788 saylı, 22.09.2020-ci il tarixli HDP/6 926787 saylı,13.10.2020-ci il tarixli HDP/7 458011 saylı, 13.10.2020-ci il tarixli HDP/7 458010 saylı malların təhvil-qəbul aktlarından müəyyən olunur ki, Cavabdeh15 MMC tərəfindən İddiaçı MMC-yə müxtəlif çeşidli süd məhsulları təhvil verilmişdir. 04.11.2020-ci il tarixli WB-97537 saylı satış fakturasından və 05.11.2020-ci il tarixli EBAS 225289 saylı elektron qaimədən müəyyən olunur ki, “X9” MMC tərəfindən İddiaçı MMC-yə müxtəliş çeşidli mallar təhvil verilmişdir. Cavabdeh6 MMC (bundan sonra “satıcı”) İddiaçı MMC (bundan sonra “alıcı”) arasında bağlanılmış 14.07.2020-ci il tarixli müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara və dövri şəkildə verilən sifarişlərə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı (bundan sonra “mal”) alıcıya təhvil verməyi, alıcı isə bu müqavilənin tərkib hissəsi olan sifarişlə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 25.09.2020-ci il tarixli EBAQ 477263 saylı elektron qaimədən görünür ki, müxtəlif çeşidli məhsullar Cavabdeh13 MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. 26.06.2020-ci il tarixli EBAL 625092 saylı elektron qaimədən görünür ki, müxtəlif çeşidli məhsullar "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. "xxxx" ASC-nin 04.09.2021-ci il tarixli 425 saylı İddiaçı MMC-yə təqdim olunmuş arayışından müəyyən olunur ki, İddiaçı MMC-nin "xxxx" ASC-nin İnşaatçılar filialındaki hesablaşma hesablarında olan pul vəsaitinin (hesab nömrəsi ********************) 04.09.2021-ci il tarixinə qalıq məbləği 36,64 AZN təşkil edir. İddiaçı MMC-yə məxsus (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun 03.09.2021-ci il tarixə cəmi ödənilməli borcu 21.742,64 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli **********95 saylı məktubundan görünür ki, İddiaçı MMC-nin adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli 01/03-1394 saylı məktubdan görünür ki, 15.09.2021-ci il tarixinə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində İddiaçı MMC-yə hesab açılmamış və onların qiymətli kağızlara sahibliyi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş 11.09.2021-ci il tarixli ********** saylı məktubdan görünür ki, DİN-in Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı MMC-nin adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhfəsində 24 sentyabr 2021-ci il tarixdə dərc edilmiş elanlardan görünür ki, ərizəçi «Müflisləşmə və İflas haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin c) və ç) bəndlərinə uyğun olaraq öz təyinatı və işə Bakı Kommersiya Məhkəməsində baxılması barədə elan verərək, bu barədə debitor və kreditorları məlumatlandırmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə və iş materiallarında olan sənədlərə məcmu halda qiymət verərək Məhkəmə hesab edir ki, ərizəçi kreditorlar qarşısında öhdəliklərini onların icrası üçün müəyyənləşdirilmiş müddətdə yerinə yetirə bilməməsini təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Bundan əlavə, ərizəçi yalnız "xxxx" ASC-də olan hesablaşma hesablarında yetərli vəsaitin olmaması barədə sənəd təqdim etmiş, materiallara əlavə edilmiş kreditorlarla bağlanmış əksər müqavilələrdə MMC-nin həmçinin Unibank KB-də hesablaşma hesabına malik olduğu göstərilsə də, həmin hesab barədə də hər hansı məlumat Məhkəməyə təqdim edilməmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Nəticə: Beləliklə, məhkəmə belə hesab edir ki, ərizəçi İddiaçı MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 (c)-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4156/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4156/2021
01.10.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver