Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4166/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: artıq ödənilmiş pulun geri qaytarılması) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 7616 manat məbləğin qaz sayğac balansına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon, Atakişili kəndində yerləşən özü məxsus olan qeyri-yaşayış sahəsində çörək sexində çörək bişirməklə sahibkar olaraq məşğul olurdur. Hər ay istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmişdir. Bu yaxınlarda təxminən 2023-cü ilin oktyabr ayında ona məlum oldu ki, ona məxsus olan çörək sexində istifadə etdiyi qazın dəyəri 0.25 qəpiklə hesablanır. Halbuki Tarif şurasının qərarına əsasən sənaye və kənd təsərüfatı müəssiələri üçün 1000 m3 qazın dəyəri 1 m3 0,22 qəpik olmaqla hesablanmalıdır. Lakin Azəriqaz tərəfindən ona məxsus olan şörək sexində istifadə etdiyi qazın dəyəri 0,25 qəpiklə hesablanmşdır. Bu hal xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək davam etmişdir. O bu barədə məlumat alan kimi dərhal aidiyyəti üzrə Ağsu regional qaz idarəsinə müraciət etmişdir. Müraciətindən onun tərəfindən artıq ödəniş edilmiş 0,03 qəpik dəyərində əlavə ödədiyi 7616 manat pulun geri qaytarılmasını (qaz hesabına) xahiş etsə də, bu günə qədər həmin məbləğ geri qaytarılmır. Ancaq müracəti ilə əlaqədar olaraq hal-hazırda 2023-cü ilin noyabr ayından hesablama 0,22 qəpiklə aparılır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlavə ödəniş etdirilmiş 0,03 qəpik qazın həcmini 7616 manatı 3 gün ərzində qaytarmağı tələb edir. Əks halda bununla bağlı aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, Cavabdeh İB-nə müraciət etdikdən sonra verilmiş qazın dəyərinin hesablanması ilə bağlı müqaviləyə dəyişiklik edilərək 0,22 qəpikdən hesablanmağa başlanmışdır. Müraciət edilənədək isə 0,25 qəpiklə hesablanmışdır. Sonda o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı məxsus olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən Çörək sexinin qaz xətti üzərində quraşdırlmış G-25 markalı,75137052 nömrəli qaz sayğacı quraşdırılmaqla **********00020 nömrəli abonent kodu açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 6.1.4. bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə və 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda abonentin qaz təminatı dayandırılır. Eyni zamanda, əlavə ödəniş edilmiş qaz həcmini abonent hesabına qaytarılması barədə müraciətinizə cavab olaraq bildirmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün qeyd olunan vəsaitin hesaba qaytarılması mümkünsüzdür. İddiaçı iddia tələbi tamamilə əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh İB tərəfindən Azərbaycan Respublikasının Kiçik və X2 Agentliyinə ünvanlanmış 21 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunan İddiaçı (abonent kodu: **********00020) hesabında müraciət etdiyi tarixdən, yəni 01 oktyabr 2023-cü il tarixindən Vüsal Qasımovun (abonent kodu: **********00120) hesabında müraciət etdiyi tarixdən, yəni 05 noyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı" sahələri üzrə 22 qəpik olmaqla qərarına əsasən "Azəriqaz” X1 uçotu sistemində dəyişdirilmişdir. Vəsaitin geri qaytarılması və ya debitor borcla əvəzləşməsi məsələsi ilə bağlı qeyd edilmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür. Azərbaycan Respublikasının Kiçik və X2 Agentliyinin İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətində o, çörəkbişirmə müəssisənizdə istehlak edilən qazın dəyərinin artıq hesablandığını qeyd edərək, təbii qazdan istifadəyə görə artıq ödənilmiş vəsaitin geri qaytarılmasına müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Müraciətində qeyd olunanların ətraflı araşdırılması məqsədilə Agentlik tərəfindən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdehnə müvafiq məktubla müraciət olunmuşdur. Sözügedən qurumdan Agentliyə daxil olmuş cavab məktubunda (surəti əlavə olunur) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021 -ci il tarixli 13 saylı Qərarına əsasən "Azəriqaz" X1in uçotu sistemində sənaye və kənd təsərrüfatı sahələri üzrə təbii qazın pərakəndə satış tarifinin bir kub metr üçün 22 qəpik müəyyənləşdirildiyi qeyd olunmuş, lakin ötən illərin hesabat dövrünün yekunlaşması səbəbindən ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh X1 uçotu sistemində Kürdəmir rayonu Atakişili kəndində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə aid hesab kodu üzrə (kod: **********00020) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı” sahələri üzrə 22 qəpik olmaqla hesablanması, bundan əvvəl daxil olmuş müraciətinə əsasən, yəni 01 okyabr 2023-cü il tarixindən aparılır. Müraciətində qeyd olunan vəsaitin geri qaytarılması məsələsi ilə bağlı qeyd etmək istəyirik ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür. İddiaçı (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli, AMX-3786/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kub metr üçün 0,25 manat məbləğində müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək qazın sərfiyyatı 59577 m3, 2022-ci il üçün qazın sərfiyyatı 113591 m3, 2023-cü ilin yanvar ayından oktyabr ayınadək qazın sərfiyyatı 80379 m3 olmaqla cəmi 253547 m3 olmuş, 2021-ci ilin iyul ayından 23-cü ilin oktyabr ayına kimi həmin sərfiyyata görə 62321,75 manat məbləğ hesablanmış, 63134 manat ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 13.3-cü maddəsinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 13.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır. 13.5-ci maddəsinə əsasən əgər xüsusi hallarda bu maddənin 3-cü və 4cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 iyun tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş Təbii qazın ölkə daxili tarifləri cədvəlinin 6.2.1-ci bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 təbii qazın tarifi 0,20 manat (ƏDV ilə), xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Təbii qazın ölkə daxili tarifləri cədvəlinin 6.2.3-cü bəndinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 təbii qazın tarifi 0,22 manat (ƏDV ilə) müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli məbləğ Cavabdeh İB tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində olan çörək sexində qazdan istifadəyə görə sərfiyyat məbləğinin Tarif (qiymət) Şurasının müvafiq qərarlarına uyğun olmayaraq iddiaçıya 0,25 qəpikdən hesablanması ilə bağlıdır. Belə ki, Tarif Şurasının yuxarıda qeyd olunan qərarlarına əsasən sənaye və kənd təsərrüfatı sahələrində istifadə olunan təbii qazın 1 m3 dəyəri 2021-ci ilin 1 iyul tarixindən 0,20 manat, 01 noyabr tarixindən isə 0,22 manat müəyyən olunmasına baxmayaraq, cavabdeh iddiaçının yeyinti sənayesi olduğunu nəzərə almadan 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayına qədər istifadə olunan 1 m3 təbii qazın dəyərini qeyri-əhali üzrə digər sahələr kimi 0,25 manatla hesablamışdır. Hətta tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə də təbii qazın 1 m3 dəyəri 0,25 manat qeyd edilmiş, lakin cavabdeh öz cavab məktubunda iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən sənayə sahəsi olaraq təbii qazın 1 m3 dəyərinin 0,22 manatdan hesablandığını, ötən illərin hesabat dövrünün yekunlaşması səbəbindən ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığı qeyd etmişdir. Bu isə dolayısı ilə cavabdehin, iddiaçıya verdiyi təbii qazın dəyərini düzgün hesablamadığını etiraf etdiyini, sadəcə hesabat dövrü bitdiyi üçün vəsaiti geri qaytara bilmədiyini təsdiq edir. Cavabdeh tərəfindən qazın həcminin və ona uyğun olaraq dəyərinin hesablanması ilə bağlı tərəflər arasında olan əvvəlki müqavilənin və zəruri məlumatların məhkəməyə təqdim olunacağı bildirilsə də, məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. 2021-ci ilin iyul ayından 2023-cü ilin oktyabr ayınadək Tarif Şurasının qərarına uyğun olaraq təbii qazın 1 m3 qiyməti, iddiaçı sənaye və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi üçün 0,22 qəpikdən hesablanmalı idi. Lakin abonent saldosu məlumatlarından göründüyü kimi 2021-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək qazın sərfiyyatı 253547 m3 olmaqla bir kub metrin dəyəri 0,25 qəpikdən hesablanaraq 62321,75 manat müəyyən edilmişdir. Belə olan halda 253547 m3 qaz sərfiyyatına görə ödənilməli olan məbləğ üzrə hər kub metr üçün 0,03 manat fərq nəzərə alındığı zaman (253547 m3 x 0,03 manat = 7606,41) iddiaçı tərəfindən 7606,41 manat pul vəsaitinin artıq ödənildiyi müəyyən olunur. İddiaçı iddia tələbində 7616 manat məbləğin geri qaytarılmasını tələb etmiş, halbuki aparılmış hesabla nəticəsində cavabdeh tərəfindən 7606,41 manat məbləğin artıq hesablandığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilərək, iddiaçı tərəfindən artıq ödənilmiş 7606,14 manat məbləğində pul vəsaiti iddiaçının cavabdehdə olan qaz sayğacı balansına geri qaytarılmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış qaz sərfiyyatı üzrə artıq ödənilmiş 7606 (yeddi min altı yüz altı) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti iddiaçının cavabdehdə olan qaz sayğacı balansına geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4166/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4166/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver