Məhkəmə qərarları › İş №e-2-2(113)-4171/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4171/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4171/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Republikasındakı Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-nin İddiaçı Şirkətinin Azərbaycan Republikasındakı Filialına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Republikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 30 noyabr 2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddizərərin əvəzi olaraq 65185,69 AZN məbləğində vəsaitin, işgüzar nüfuzun ləkələnməsinin əvəzi olaraq 25000 manatın onun xeyrinə tutulması, Cavabdeh2 MMC-dən 30 noyabr 2023-cü il tarixli “Tərəfdaşlıq müqaviləsi”nin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 76500 AZN məbləğdə vəsaitin və işgüzar nüfuzun ləkələnməsinin əvəzi olaraq 25000 manatın onun xeyrinə tutulması və ödənilmiş 482 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətininin Azərbaycan Respublikasındakı Filialından 30 noyabr 2023-cü il tarixli Tərəfdaşlıq müqaviləsinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 93500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 MMC də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətininin Azərbaycan Respublikasındakı Filialından 30 noyabr 2023-cü il tarixli Tərəfdaşlıq müqaviləsinin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 71500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılaraq iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizələri və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsi Vəkil1 vəsatətinı nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdır. Lakin iddiaçının nümayəndəsi Vəkil2 vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması üçün cavabdehin razılığının tələb olunmadığını nəzərə alaraq, ilkin iddia ərizəsi baxılmamış saxlanmalı deyil, geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şirkətinin Azərbaycan Republikasındakı Filialının nümayəndəsinin vəsatəti təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı Şirkətinin Azərbaycan Republikasındakı Filialının cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-nin iddiaçı “Nobel OİL LTD" Şirkətinin Azərbaycan Republikasındakı Filialına qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədlər iddiaçı və cavabdehlərə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar