Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4173/2022 21.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, əmlak üzərində cavabdehin mülkiyət hüququnun ləğvi və əmlakın bərabər bölünməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, əmlak üzərində cavabdehin mülkiyət hüququnun ləğvi və əmlakın bərabər bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X1 küçəsi, ev 13 “E” ünvanında olan 0,49905 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 51,4 kv. metr ümumi sahəsi olan 13/37 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına Cavabdeh (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********30-06301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 215 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsiilə qeydə alınmış) əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi, Cavabdeh ilə aralarında bağanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqavilənin ləğv edilməsi və ona xitam verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrayon, X1 küçəsi, ev 13 “E” ünvanında olan 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək onunla cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2 və 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş “12” iyul 2019-cu il tarixli “Birgə fəaliyyətə dair” müqavilənin 7.1-ci bəndindən görünür ki, tərəflər müqavilənin icrasından əmələ gələn bütün mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlarını qeyd etmişlər. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinə pretenziya məktubu əlavə edilmiş, lakin həmin məktubda İddiaçı Cavabdeh 7 500 000 manat pulun ona geri qaytarılmasını, əks halda eyni tələblə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə iddiaçının tələbi müqavilənin ləğvi, əmlak üzərində cavabdehin mülkiyət hüququnun ləğvi və əmlakın bərabər bölünməsi olduğundan iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi və onu təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, əmlak üzərində cavabdehin mülkiyət hüququnun ləğvi və əmlakın bərabər bölünməsi tələbi “Birgə fəaliyyətə dair” müqavilədən irəli gəldiyi üçün mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair tələb bütövlükdə hazırki iddiaya aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir Həmin Məcəllənin 152.1 və 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, əmlak üzərində cavabdehin mülkiyət hüququnun ləğvi və əmlakın bərabər bölünməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4173/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4173/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver