Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4185/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən 17,000.00 (on yeddi min) manat əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 124.90 (bir yüz iyirmi dörd manat doxsan qəpik) manat cərimə məbləğinin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200.00 (iki yüz) manat pul vəsaitinin, cəmi 17,324.90 (on yeddi min üç yüz iyirmi dörd manat doxsan qəpik) manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141.97 (bir yüz qırx bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinin predmetinə əsasən Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş verir, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öz öhdəsinə götürmüşdür. Göstərilən Müqavilənin 1 nömrəli Əlavə Razılaşmasına əsasən İcraçı gündəlik iş vaxtı 10 saat, aylıq xidmət haqqı 5,000.00 manat olmaqla “KAMAZ 53228S Şdə KS45721 Xüsusi təyinatlı **-SY-*** DQN-li Avtokran” ilə Sifarişçiyə xidmətlər göstərməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İcraçı tərəfindən Sifarişçiyə 4 ay müddətində, ümumi dəyəri 20,000.00 (iyirmi min) manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı tərəflər arasında hər ay üzrə ayrılıqda olmaqla, 4 ədəd TəhvilTəslim Aktı imzalanaraq təsdiqlənmişdir. Xidmətlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə aşağıdakı elekton qaimə-fakturalar göndərilmişdir: 1. xx.xx.2024-cü il tarixli MT2412 seriyalı, 10701218 nömrəli, məbləği 5,000.00 manat olan elekton qaimə-faktura; 2. xx.xx.2025-ci il tarixli MT2502 seriyalı, 11696531 nömrəli, məbləği 5,000.00 manat olan elekton qaimə-faktura; 3. xx.xx.2025-ci il tarixli MT2502 seriyalı, 11697049 nömrəli, məbləği 5,000.00 manat olan elekton qaiməfaktura; 4. xx.xx.2025-ci il tarixli MT2504 seriyalı, 12089468 nömrəli, məbləği 5,000.00 manat olan elekton qaimə-faktura. Tərəflər arasında yaranmış müqaviləyə əsasən yaranmış ümumilikdə 20,000.00 manat borcdan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3,000.00 manat ödəniş edilmiş, lakin 17,000.00 (on yeddi min) manat məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda cavabdeh ödənişləri vaxtında və tam şəkildə həyata keçirtməməklə müqavilə şərtlərini pozmuş və iddiaçıya müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər bir gün üçün gecikdirilən məbləğin 0.01%məbləğində cərimə ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən: Xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər Təhvil-təslim aktını təsdiq etdikdən sonra30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0.01% məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Cərimənin məbləğinin yuxarı həddi Sazişin dəyərinin 10%-indən çox olmamalıdır. Təhviltəslim aktları müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təsdiqlənmiş, hər bir akta əsasən göstərilmiş xidmətlərin məbləği 5,000.00 manat müəyyən edilmiş və müvafiq olaraq hər bir Aktın imzalanmasından 30 bank günü keçdikdən sonra cavabdeh tərəfin iddiaçı qarşısında gecikdirilən hər bir gün üçün 0,01% məbləğində cərimə ödəmək öhdəliyi yaranmışdır. Müqavilə şərtlərinə əsasən hesablanmış cərimə aşağıdakı kimi olmuşdur. Beləliklə, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətni in 13 may 2025-ci il tarixinədək iddiaçı X3 əsas borcu 17,000.00 (on yeddi min) manat, gecikdirilmiş günlərə görə hesablanmış cərimə məbləği isə 124.90 (bir yüz iyirmi dörd manat doxsan qəpik) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Onu da qeyd edək ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət müqaviləsinin 1 nömrəli əlavə razılaşmasına əsasən icraçı gündəlik iş vaxtı 10 saat, aylıq xidmət haqqı 5,000.00 manat olmaqla “KAMAZ 53228S Ş-də KS45721 Xüsusi təyinatlı **-SY-*** DQN-li Avtokran” ilə sifarişçiyə xidmətlər göstərməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə 4 ay müddətində, ümumi dəyəri 20,000 manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı tərəflər arasında hər ay üzrə ayrılıqda olmaqla, 4 ədəd təhvil-təslim aktı imzalanaraq təsdiqlənmişdir. Tərəflər arasında yaranmış müqaviləyə əsasən yaranmış ümumilikdə 20,000.00 manat borcdan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3,000.00 manat ödəniş edilmiş, lakin 17,000.00 manat məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Təhvil-təslim aktları müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təsdiqlənmiş, hər bir akta əsasən göstərilmiş xidmətlərin məbləği 5,000.00 manat müəyyən edilmiş və müvafiq olaraq hər bir aktın imzalanmasından 30 bank günü keçdikdən sonra cavabdeh tərəfin iddiaçı qarşısında gecikdirilən hər bir gün üçün 0,01% məbləğində cərimə ödəmək öhdəliyi yaranmışdır. 17,000.00 manat əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 124.90 manat cərimə məbləğinin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200.00 manat pul vəsaitinin, cəmi 17,324.90 manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141.97 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı 77SY064 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində X5 qeyd olunmuşdur.
8. 02.09.2024-cü il tarixli etibarnaməyə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı 77SY064 qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri verilməklə xx.xx.2025-ci ilədək etibar edilmişdir.
9. X4 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən:
10. Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş venr, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra «Xidmət») göstərməyi öz öhdəsinə götürür.
11. İcraçı Müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir.
12. Müqaviləni imzalamaqla İcraçı razılaşmışdır ki. Müqavilə, o cümlədən Müqavilənin tərkib hissəsi olmuş və Sifarişçi tərəfindən verilmiş hər hansı əlavə yazılı göstərişlər dəqiq və tam aydındır.
13. Xidmətlərin göstənlməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi Sifarişçi tərəfindən verilir.
14. İcraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir).
15. İcraçı bu Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.
16. İcraçının yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhviltəslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil almır.
17. İcraçının öhdəlikləri:
18. Bu Müqavilədə nəzərdə tutulan qaydada Sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək;
19. Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçiyə məlumat vermək;
20. İşin gedişini ləngidən və yaxud sonrakı davamını mümkünsüz edən hallan müəyyən etdikdə və ya müəyyən etməli olduqda bu barədə Sifarişçiyə 3 (üç) iş günü ərzində məlumat vermək;
21. Xidmətlərin icrası başa çatdırıldıqdan sonra xidmətlən Təhvil-təslim aktına əsasən Sifarişçiyə təqdim etmək;
22. İcraçının nümayəndələnnin xidmətlərin yerinə yetirilməsi ilə əlaqəsi olmayan və ya kənar şəxslərin girməsi qadağan olan sahələrə girməməsini, Sifanşçinın imicinə mənfi təsir göstərə biləcək video və foto görüntülərin apanlmamasım və belə görüntülərin yayılmamasını, Sifarişçi tərəfindən xidmətlərlə bağlı verilmiş məlumatların sürətinin çıxanlmamasım, 3-cü tərəflərə yayılmamasını təmin etmək;
23. Sifarişçinin öhdəlikləri:
24. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib, İcraçının sərəncamına vermək;
25. İşi icrasından sonra Təhvil-təslim aktına əsasən təhvil almaq;
26. İcraçı tərəfindən ona təqdim olunmuş Təhvil-təslim aktını yoxlayaraq təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü ərzində təsdiq etmək və ya əsaslandırılmış etirazla geri qaytarmaq;
27. İcraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
28. İşlərin/xidmətlərin dəyəri bu Müqaviləyə əlavə edilmiş Əlavə Razılaşma sənədlərində müəyyən edilmiş bir vahidm qiyməti əsasında hər xidmət üzrə ayrıca müəyyən edilir.
29. İcraçı anlayır, təsdiq edir və zəmanət venr ki, xidmətləri icra edən zaman işlərin dəyərini yalnız Müqavilə üzrə qüvvədə olan vahidin qiymətlərinə əsaslanaraq müəyyən edəcəkdir.
30. Xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər Təhvil-təslim aktım təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.
31. Sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bır təqvim günü üçün gecikdırilən məbləğin 0.01% məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür.
32. Cərimənin məbləğinin yuxan həddi Sazişin dəyərinin 10%-indən çox olmamalıdır.
33. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır.
34. Müqavilənin müddətinin bitməsinə ən azı 10 (on) iş günü qalmış bu Müqaviləyə xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, Müqavilənin müddəti növbəti 12 (on iki) ay müddətinə uzadılmış hesab edilir.
35. İcraçı bu Müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır.
36. Görülmüş İşin və onun nəticələrinin təsadüfən məhv olması və ya zədələnməsi riski, eləcə də mülkiyyət hüququ Tərəflər Təhvil-təslim aktını imzaladıqdan sonra Sifarişçiyə keçir.
37. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Eyni zamanda, İcraçı İşlərin görülməsi zamanı Sifarişçinin, eləcə də onun əməkdaşlarının, qonaqlarının, kontragentlərinin əmlakına və sağlamlığına bilavasitə və ya dolayısı ilə zərər yetirərsə vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyi öhdəsinə götürür.
38. İcraçı səbəbindən aslı olmayaraq, ona və ya onun sub-podratçılarına məxsus olan, onun tərəfindən istifadəyə götürülmüş avadanlıqların, alətlərin, materialların və ya şəxsi əşyaların zədələnməsi, sıradan çıxması və ya itkisi üçün özü məsuliyyət daşıyır və bununla bağlı Sifarişçini istənilən tələb və iddialardan müdafiə edir, məsuliyyətdən azad edir, dəyə bilən zərəri və çəkilə bilən xərcləri ödəyir.
39. X4 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə 1 saylı Əlavənin:
40. 1-ci bəndinə əsasən sifarişçi ilə İcraçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACD/008/24 nömrəli Xidmət Müqaviləsinə aşağıdakı formada yeni № 1 saylı Əlavə Razılaşma əlavə edilsin: KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmətin göstərilməsi üçün gündəlik iş vaxtı 10 saat olmaqla, aylıq xidmət haqqı 5 000.00 manat müəyyən edilmişdir.
41. 2-ci bəndinə əsasən günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) ay ərzində mövcud olan rəsmi iş günlərinə (26 gündən az olmamaq şərti ilə) bölünməsi ilə, eyni şəkildə saatlıq xidmət haqqı günlük xidmət haqqının 10 saata bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanacaqdır.
42. 3-cü bəndinə əsasən bayram və qeyri-iş günləri, eləcə də rəsmi iş günləri 10 saatdan artıq saatlarda Sifarişçi tərəfin öncədən sifarişinə əsasən nəqliyyat vasitəsi xidmətə cəlb oluna bilər. Bu halda aylıq xidmət haqqının rəsmi iş günlərinə (26 gündən az olmamaq şərti ilə) bölünməsi ilə çıxarılan günlük xidmət haqqına uyğun əlavə günlərin, eyni şəkildə günlük qiyməti 10 saata bölərək əldə olunan saatlıq xidmət haqqına uyğun əlavə saatların ödənişləri həyata keçiriləcəkdir.
43. 4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin istismar xərcləri, sürücü və operatorların təminatı, mobilizasiya və demobilizasiya, zərurət yarandıqda təmir və texniki qulluq xərcləri İcraçının öhdəliyindədir.
44. 5-ci bəndinə əsasən yanacaq xərci Sifarişçinin öhdəliyindədir.
45. 6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin texniki təhlükəsizlik sertifikatı, pasport, operatorun müvafiq icazə sənədləri və s. Azərbaycan Respublikasının müvafiq normativ tələblərinə uyğun olmalıdır.
46. X4 tərəfindən Cavabdehnə göstərilmiş işlərin təhvil-təslimi barədə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (23 gün), xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (19 gün), xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **- SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə materialların qaldırılması xidməti göstərilmişdir. Aktlar hər iki tərəfin imzası və cavabdeh şirkətin möhürü ilə təsdiq edilmişdir.
47. X4 tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10701218 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11696531 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11697049 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 12089468 nömrəli e-qaimə üzrə 5000 manat məbləğində e-qaimələr göndərilmişdir.
48. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən X2 hesabına xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsi üzrə 3000 manat məbləğində ödəniş edilmişdir.
49. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
50. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
51. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsi ilə cavabdehə xidmətlər göstərib. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
53. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
54. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
55. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
56. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
57. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
58. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə onu nəqliyyat vasitəsilə təmin edir və həmin nəqliyyat vasitəsi ilə ona xidmət göstərir və həmin xidmətə görə aylıq xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
59. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
60. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
62. 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
63. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
64. 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
65. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
66. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa və qismi ödəniş edilsə də, ödənilməmiş borcu qalmışdır.
67. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı və qismi ödənişlər ilə də təsdiqini tapır. Belə olduğu halda, iddia təmin edilməli, 17 000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
68. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən hesablanmış 124,90 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
69. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
70. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
71. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
72. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm iddiaçının, həm də cavabdehin əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 124,90 manat məbləğində müəyyən edilməlidir.
73. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin Xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh Cavabdeh MMC-nin xidmət müqaviləsi üzrə 17 000 manat əsas borc, 124,90 manat dəbbə pulu borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
74. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 141,97 manat dövlət rüsumu və 200 manat vəkil xərci ödənilmişdir.
75. Azərbaycan Respublikası MPM-in:
76. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
77. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
78. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
79. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
80. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu xərcinin əvəzi olaraq 141,97 manat və vəkil xərcinin əvəzi olaraq 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, ACD/008/24 saylı Xidmət Müqaviləsinə əsasən 17.000 manat əsas borc məbləği, 124,90 manat dəbbə pulu, hüquqi yardım xərcinin əvəzi olaraq 200 manat və dövlət rüsumunun əvəzi olaraq 141,97 manat tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova