Məhkəmə qərarları › İş №e-2-2(113)-420/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-420/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-420/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12733,46 manat xidmət haqqının, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2008-ci il tarixli, ******* saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi və həmin müqaviləyə AN1002666 saylı əlavəyə əsasən iddiaçı cavabdehə mobil telefon nömrəsini, açıq rabitə xəttini ayırır və telekommunikasiya xidmətləri göstərir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürür. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mobil nömrədən istifadə nəticəsində yaranmış 12733,46 manat borcu bu günə kimi ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubları ünvanlansa da, bu günə kimi borc məbləği ödənilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 10258,99 manat (on min iki yüz əlli səkkiz manat doxsan doqquz qəpik) zəng xidmətinə görə borcun, 1155,66 manat (bir min bir yüz əlli beş manat altmış altı qəpik) abunə haqqı borcunun, 847,19 manat (səkkiz yüz qırx yeddi manat on doqquz qəpik) SMS xidmətinə görə borcun, 464,61 manat (dörd yüz altmış dörd manat altmış bir qəpik) internet xidmətinə görə borcun, 7,01 manat (yeddi manat bir qəpik) digər rabitə xidmətlərinə görə borcun, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 12933,46 manat (on iki doqquz yüz otuz üç manat qırx altı qəpik) pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ******* saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi və həmin müqaviləyə AN1002666 saylı əlavəyə görə əsasən iddiaçı cavabdehə ***-***-**-** nömrəsini, açıq rabitə xəttini ayırır və telekommunikasiya xidmətləri göstərir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirmək öhdəliyini öz üzərinə götürmüşdür. - İddiaçı tərəfindən iş materiallarına müqaviləyə AN1002666 saylı xidmətin göstərilməsinə dair əlavələr təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli hesab/invoice adlı sənəddən görünür ki, Cavabdeh MMC-nin mobil nömrə üzrə ödəməli olduğu məbləğ 12733,46 manat təşkil edir. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xxxx xxxxx xxxxxx xxxxxxxx, ********* və ********* mobil nömrələri vasitəsilə rabitə xidmətləri göstərilmişdir. İddiaçının hesablama-informasiya (bilinq) sisteminin məlumatlarına əsasən 10394,81 manat (on min üç yüz doxsan dörd manat səksən bir qəpik) zəng xidmətinə görə, 1155,66 manat (bir min bir yüz əlli beş manat, altmış altı qəpik) abunə haqqı, 847,19 manat (səkkiz yüz qırx yeddi manat on doqquz qəpik) SMS xidmətinə görə, 464,61 manat (dörd yüz altmış dörd manat altmış bir qəpik) internet xidmətinə görə, 7,01 manat (yeddi manat bir qəpik) digər rabitə xidmətlərinə görə olmaqla, cəmi 12869,28 (on iki min səkkiz yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) borc hesablanmışdır. Lakin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş rabitə xidmətləri cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən indiyədək 135,82 (bir yüz otuz beş manat səksən iki qəpik) ödəniş edilmişdir. Cavabdehin iddiaçıya cari tarixə ödənilməmiş borcu 12733,46 manat (on iki min yeddi yüz otuz üç manat qırx altı qəpik) təşkil edir. Bu məbləğdən 10258,99 manatı (on min iki yüz əlli səkkiz manat doxsan doqquz qəpik) zəng xidmətinə görə borc, 1155,66 manatı (bir min bir yüz əlli beş manat altmış altı qəpik) abunə haqqı borcu, 847,19 manatı (səkkiz yüz qırx yeddi manat on doqquz qəpik) SMS xidmətinə görə borc, 464,61 manatı (dörd yüz altmış dörd manat altmış bir qəpik) internet xidmətinə görə borc, 7,01 manatı (yeddi manat bir qəpik) digər rabitə xidmətlərinə görə borc təşkil edir. Borc məbləği xx.xx.2008-ci ıl tarixindən xx.xx.2011-ci il tarixinədək olan dövr üzrə hesablanmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2011-ci il tarixində 1,10 manat (bir manat on qəpik) məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 10258,99 manat (on min iki yüz əlli səkkiz manat doxsan doqquz qəpik) zəng xidmətinə görə borc, 1155,66 manat (bir min bir yüz əlli beş manat altmış altı qəpik) abunə haqqı borcu, 847,19 manat (səkkiz yüz qırx yeddi manat on doqquz qəpik) sms xidmətinə görə borc, 464,61 manat (dörd yüz altmış dörd manat altmış bir qəpik) internet xidmətinə görə borc, 7,01 manat (yeddi manat bir qəpik) digər rabitə xidmətlərinə görə borc, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 12933,46 manat (on iki doqquz yüz otuz üç manat qırx altı qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 10258,99 manat (on min iki yüz əlli səkkiz manat doxsan doqquz qəpik) zəng xidmətinə görə borc, 1155,66 manat (bir min bir yüz əlli beş manat altmış altı qəpik) abunə haqqı borcu, 847,19 manat (səkkiz yüz qırx yeddi manat on doqquz qəpik) sms xidmətinə görə borc, 464,61 manat (dörd yüz altmış dörd manat altmış bir qəpik) internet xidmətinə görə borc, 7,01 manat (yeddi manat bir qəpik) digər rabitə xidmətlərinə görə borc, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 12933,46 manat (on iki doqquz yüz otuz üç manat qırx altı qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar