Məhkəmə qərarları › İş №e-2-2(113)-421/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-421/2020

28.08.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-421/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, Kreditor “” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Kreditor “Kreditor24” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ərizəçi müflis elan olunması və cəmiyyətin iflas prosesinə başlanılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi (Ərizəçi MMC) müflis elan olunma tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun (“Qanun”) 1-ci bəndinə əsasən borclu müəssisə - Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxsdir. Eyni zamanda qanunun 3-cü maddəsində deyilir: “Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” Hazırkı ərizəni məhkəməyə təqdim etməklə, iddiaçı təsdiq edir ki, kreditorları qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında iddiaçınin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi qurumun müflis elan olunması barədə ərizəsinin məzmununa uyğun izahat verdi və əsaslı olduğundan ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında kreditor “” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi verdiyi izahatda ərizə əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında kreditor “Kreditor24” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili izahat verərək, ərizənin təmin olunmasına etiraz etmədi. Kreditorlar “xxxxxxxxxxxxxxx” MMC, Kreditor22 MMC, Kreditor28 şirkəti, Kreditor5, “xxxxxxxxxxxx” ASC, “xxxxxxxxxx” MMC, “X4” ASC, “Kreditor21” ASC, “Kreditor10” ASC, “” BOKT, “Bank Kreditor15” ASC, “xxxxxxxx” ASC, Kreditor33 MMC, “Kreditor19 (Azərbaycan)” ASC, Kreditor4 MMC, “” TV, “Kreditor7”, “Kreditor32” şirkəti, “Kreditor16”, “”, “Kreditor13”, Kreditor27 şirkəti, “Kreditor26” ASC, “Kreditor23”- Kabel Televiziyası, “Kreditor35”, Kreditor25 şirkəti, “” BOKT, “xxxxxxxxxxxxxxxxxx” MMC, “Kreditor34”, “Kreditor18”, “Kreditor12” MMC, “” Kabel televiziyası, “*” şirkəti, “Kreditor17”, “Kreditor11” ASC, Kreditor3, “Kreditor6”a məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, kreditorların nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə kreditorların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi müflis elan olunması barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxlərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Ərizəçi MMC xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı -dır. - Ərizəçi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Ərizəçi müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmışdır. - Ərizəçi tərəfindən təqdim edilmiş kreditorların siyahısı və həmin kreditorlara ödənilməli borc barədə cədvəldən müəyyən olunur ki, ümumilikdə cəmiyyətin 4688570.6 manat borcu vardır. - xx.xx.2015-ci il tarixli 03 nömrəli müqavilədən görünür ki, “X4” ASC (sifarişçi) ilə Ərizəçi MMC (icraçı) arasında sifarişçi ilə müvafiq sığorta müqaviləsi bağlanmış sığortalıların və onların adından digər ödəyicilərin sığorta haqqı üzrə etdiyi pul ödəmələrinin icraçı tərəfindən Ərizəçi ödəmə terminalları, vebsaytları vasitəsi ilə yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə göstərilən müvafiq yığılan məbləğin 3%-i dəyərində (ƏDV daxil olmaqla) Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. - “X4” ASC məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ərizəçi MMC tərəfindən 2019-cu ilin iyun, iyul ayları üzrə 738 manat məbləğində vəsait ASC-nin hesabına köçürülməmişdir. - xx.xx.2018-ci il tarixli EP-ATV/01-2018 nömrəli müqavilədən görünür ki, Kreditor4 MMC (sifarişçi) ilə Ərizəçi MMC (icraçı) arasında sifarişçinin abunəçiləri və ödəyiciləri tərəfindən icraçının ödəmə məntəqələri vasitəsi ilə edilən ödəmələrin icraçı tərəfindən yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin müqavilədə qeyd olunan hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin şərtlərinə uyğun yığılan məbləğin 2%-i dəyərində (ƏDV daxil olmaqla) Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. - Kreditor4 MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-cu il tarixə yığılıb köçürülməmiş məbləğ 12971 manat təşkil edir. - xx.xx.2016-cı il tarixli EA/14-2016 nömrəli müqavilədən görünür ki, “Kreditor12” MMC (sifarişçi) ilə Ərizəçi MMC (icraçı) arasında sifarişçinin göstərdiyi internet xidmətlərinin haqqının və istənilən digər ödənişlərin yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədə göstərilən müvafiq yığılan məbləğin 2,5%-i dəyərində (ƏDV daxil olmaqla) Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı müqavilə bağlanmışdır. - “Kreditor12” MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən 2019-cu ilin avqust ayına yığılıb köçürülməmiş məbləğ 1161 manat təşkil edir. - xx.xx.2015-ci il tarixli HA/0083/15/MLT nömrəli müqavilədən görünür ki, “Kreditor19 (Azərbaycan)” ASC (sifarişçi) ilə Ərizəçi MMC (agent) arasında X1 (“Ödəyicilər”) tərəfindən Ərizəçi Ödəmə Məntəqələri vasitəsilə ilə aparılan Ödənişlərin Sifarişçiyə bu Müqavilə ilə nəzərdə tutulan müddət ərzində köçürülməsini təmin etməlidir. Agent həmçinin (i) ödəmə çıxış fayllarını birləşdirmək; (ii) ödəniş hesabatlarını yoxlamaq; (iii) status, ödəmə tarixinin izlənməsi, vaxtın izlənməsi və uğurlu və ya uğursuz ödəniş nəticələri ilə əlaqədar təfsilatlı ödəniş araşdırması aparmaq; (iv) ödənişə icazə və ödənişin geri qaytarılma məlumatlarını yoxlamaq; (v) etibarlı Ödənişləri yerinə yetirmək və geri qaytarılmanın ödənilməsi; (vi) ödənişin qaytarılmasının izlənməsi və hesablaşma fəaliyyəti; (vii) xüsusi ödəniş və ya əməliyyatlara qeydləri tətbiq etmək; (viii) işlənmə və xüsusi ödənişlər; (ix) çoxsaylı fərdi Ödəyici hesablarına giriş və idarə etmək; və (x) Ödəyicilərin ödəmə interfeyslərinə konfiqurasiya dəyişiklikləri etmək (əgər bu seçim Sifarişçi tərəfindən seçilərsə) üçün zəruri olan Sifarişçiyə Ödənişlərin idarəedilməsinin funksoinallığını təqdim edir. - “Kreditor19 (Azərbaycan)” ASC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən 2019-cu ilin iyul ayına yığılıb köçürülməmiş məbləğ 2514 manat təşkil edir. - “xxxxxxxxxx” MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 131003.7 manat təşkil edir. - Kreditor22 MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 60000 manat təşkil edir. - Kreditor5 ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 98596.49 manat təşkil edir. - “xxxxxxxxxxxxxxx” MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 15063.01 manat təşkil edir. - “Kreditor10” ASC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 43712.38 manat təşkil edir. - “Kreditor24” MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-cu il tarixə yığılıb köçürülməmiş məbləğ 12030.33 manat təşkil edir. - “Kreditor13” MMC ilə Ərizəçi MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Ərizəçi MMC tərəfindən xx.xx.2019-xx.xx.2019-cu il tarixlər arasında yığılıb köçürülməmiş məbləğ 4070 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli **********649300 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, Ərizəçi MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixə vergilər üzrə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2019-cu il tarixdə işsizlikdən sığorta haqları üzrə 7.09 manat, məcburi sosial sığorta haqları üzrə 164.42 manat ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xidmətləri həyata keçirmişdir. Bu xidmətlər hazırkı iş üzrə kreditorlarla digər şəxşlər arasındakı öhdəliklərin həyata keçirilməsi zamanı iddiaçının ötürücü funksiyasını həyata keçirməsindən ibarət olmuşdur. Ərizəçi MMC xx.xx.2019-cu il tarixdə cəmiyyətin müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı müflis elan olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunan hallara əsasən qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır, ərizəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxsdir, əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir, müvəqqəti əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. 2-ci maddəsinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. Ələt azad iqtisadi zonasında müflisləşmə və iflas sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 11-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. 3-cü bəndinə əsasən məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) iddiaçı bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Yuxarıda sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə qeyd edir ki, hüquqi şəxsin müflis elan edilməsi borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması halının təsdiq edilməsidir. Qeyd olunan hal üzrə məhkəmə bildirir ki, ilk növbədə burada iddiaçının müflisə uğraması halları, kreditorlarla bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin spesifikası, həmin öhdəliklər üzrə hüquqi şəxsin göstərdiyi xidmət üzrə kreditor tərəfindən ona ödənilmiş xidmət haqqının əldən çıxması, ya da ki, xidmətin göstərilməsi üçün müvafiq xərclərin dəyərinin qalxması kimi halların araşdırılması vacibdir. Belə olan halda məhkəmə ilk olaraq iddiaçının kreditorlarla bağladığı xidmət müqaviləsi üzrə öhdəliklərini araşdıraraq qeyd edir ki, iddiaçının göstərdiyi xidmət kreditorların digər şəxslərə göstərdiyi xidmətlər üzrə ödənilmiş pul vəsaitlərinin yığımından və onların kreditorların müvafiq hesablarına köçürülməsindən ibarətdir. Eyni zamanda iddiaçı tərəfindən qeyd olunan xidmətin göstərilməsi haqqının ödənilməsi yığılan məbləğlərin ümumi həcminin müvafiq faizi olaraq müəyyənləşdirilmişdir. Bu isə iddiaçının göstərdiyi cari xidmətin təmin edilməsi üçün hər hansı əlavə xərcin tələb olunmadığını təsdiq edən amildir. Yəni iddiaçıya ödənilən xidmət haqqı kreditora ödənilən pul vəsaitlərinin həcmi nisbətində müəyyən olunduğundan kreditorlar tərəfindən ödənilmiş xidmət haqqının iddiaçının göstərdiyi xidmətlə əlaqəli olmamasını təsdiq edir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində onun kreditorları qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən borclu duruma düşməsini qeyd etmiş və bu səbəbdən də hazırkı halda müflis elan edilməsini şərtləndiyini bildirmişdir. Məhkəmə göstərilən halla razılaşmayaraq bildirir ki, hazırkı vəziyyətdə məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçının kreditorlara olan borcu onu hər hansı xidmət göstərməməsi əsasında yaranmış olan borc deyil, əksinə iddiaçı tərəfindən göstərilən xidmətin predmetini təşkil edən pul vəsaitləridir. Yəni iddiaçı ona təqdim edilmiş pul vəsaitlərini kreditorların müvafiq hesablarına köçürməməsi səbəbindən qeyd olunan pul vəsaiti həcmində borclu duruma düşmüşdür. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə yuxarıda sadalanan hallara dair, habelə kreditorlara digər şəxslər tərəfindən ödənilmiş pul vəsaitlərinin itirlməsi və ya kreditorlar qarşısında yaranmış öhdəliklərin səbəbinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin sadalanan xüsusatlarını, maddi hüquq nörmalarının tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi MMC-nin gətirdiyi dəlillər onun ödəmə qabiliyyətinin olmayan hesab edilməsi və müflis elan olunması üçün yetərli sayılmadığından, qurumun müflis elan olunmasından imtina edilməlidir. Məhkəmə sadalanan halları nəzərə alaraq eyni zamanda hesab edir ki, Ərizəçi hazırkı halda müflisləşmə proseduruna başlanılması digər şəxslərin qanunvericiliklə müdafiə olunan hüquqlarının pozulması ilə nəticələnə bilər.. Göstərilənlərə əsasən və MPM-in 38, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar