Məhkəmə qərarları › İş №e-2-2(113)-4223/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4223/2023

28.07.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4223/2023 28.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçılar Ayhan Çalbayın və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh2 26 may 2019-cu il tarixindən imzaladığı bütün müqavilələrin, əmrlərin, sərəncamların, adından vergi orqanına göndərilən bəyənnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 Kooperativin qanuni təmsilçisi barədə məlumatlarının dövlət reyestrindən çıxarılması barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh2 26 may 2019-cu il tarixindən imzaladığı bütün müqavilələrin, əmrlərin, sərəncamların, adından vergi orqanına göndərilən bəyənnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 Kooperativin qanuni təmsilçisi barədə məlumatlarının dövlət reyestrindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmış) iddia ərizəsinə əlavə olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Ayhan Çalbayın və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh2 26 may 2019-cu il tarixindən imzaladığı bütün müqavilələrin, əmrlərin, sərəncamların, adından vergi orqanına göndərilən bəyənnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 Kooperativin qanuni təmsilçisi barədə məlumatlarının dövlət reyestrindən çıxarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar