Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4225/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma imzalanmış, Razılaşma əsasında Cavabdeh2 (bundan sonra – borc alan) illik 30% dərəcəsi ilə, 84 ay müddətinə 100000 manat məbləğində bərpa olunan növdə kredit limiti ayrılmışdır.
2. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit limitinin ayrılması üzrə Razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit verilməsinə dair Əsas Şərtlər – Razılaşma imzalanmış, onun əsasında iddiaçı tərəfindən borc alana əsas vəsaitlərin artırılması təyinatı ilə, illik 20% dərəcəsi ilə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir.İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, borc alana ayrılmış kredit borcu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan aylıq ödənişin məbləği 763,47 manat məbləğində müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçı ilə ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, ipoteka qoyan mülkiyyət hüquqi ilə ona məxsus olan “SCHMİTZ” markalı, “GOTHA yarımqoşqu” modeldə, “özüboşaldan” tipli (Şassi nömrəsi: WSK**********6927, rəngi: boz ağ, istehsal tarixi: 2011-ci il, qeydiyyat nömrəsi: 99YC118) nəqliyyat vasitəsini iddiaçı ilə borc alan Cavabdeh2 arasında bağlanmış Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma, habelə bağlanılacaq bütün Razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (iddiaçıya) ipotekaya vermişdir. Həmin nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
4. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı zaminlik müqaviləsi bağlanmış, müqavilənin predmetini, Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq Razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən Kreditor qarşısında öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsi təşkil etmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə 12894,12 manat əsas, 1066,95 manat faiz borcu olmaqla, cəmi 13961,07 manat pul və ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, Tələbin Cavabdeh1 məxsus 2011-ci il buraxılışlı, Marka - SCHMİTZ, model- GOTHA YARİMQOŞQU, tipi - özüboşaldan, şassi nömrəsi - WSK**********6927, rəngi: boz ağ, istehsal tarixi: 2011, qeydiyyat nömrəsi: 99YC118 olan nəqliyyat vasitəsinə yönəldilsin, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə 13961,07 manat və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsi və İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “Səbail filialı” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2024cü il tarixli, RBSB-7402 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2nın xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 12894,12 manat, faiz borcuna görə 1066,95 manat,cərimə borcuna görə 0 manat,cəmi 13961,07 manat təşkiledir. xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus 2011-ci il buraxılışlı, ban WSK**********6927 olan, Boz ağ rəngli, ** YC *** qeydiyyat nişanlı, marka SCHMİTZ, model GOTHA YARİMQOŞQU minmikarkalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında xx.xx.2024-cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh2 xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 12894,12 manat, faiz borcuna görə 1066,95 manat, cərimə borcuna görə 0 manat, cəmi 13961,07 manat məbləğində pul tutulmalıdır, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cvabdehdən tutulmalıdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma və onun çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit verilməsinə dair Əsas Şərtlər – Razılaşmadan irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcun və faiz borcunun ödənilməsini cavabdehlərdən tələb edir.
27. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından da müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə 12894,12 manat əsas, 1066,95 manat faiz borcu olmaqla, ümumilikdə 13961,07 manat məbləğində ödənilməmiş kredit borcu mövcuddur.
28. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
29. Məhkəmə, xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı ipoteka müqaviləsi əsasında ipoteka predmetinin Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma, habelə bağlanılacaq bütün Razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi iddiaçıya ipotekaya verildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbin ipoteka predmetinə yönəldilməsi və onun açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi hissəsində də əsaslıdır.
30. 18.06.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsini xahiş etmiş, buna əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4225/2025 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-183/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, iş üzrə ipoteka predmeti mütəxəsis tərəfindən qiymətəndirilmiş və mlakın bazar dəyəri 33000 manat, likvid dəyəri 30000 manat məbləğində müəyyən edilmişdir.
31. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olması qanunvericilikdə nəzərdə tutulmasa da, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi faktının təsdiqi üçün daha mötəbər hesab edir.
32. Bununla yanaşı, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq Razılaşmalara əsasən Kreditor qarşısında öhdəliklərin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
33. Məhkəmə zaminin Kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı Əsas Şərtlər – Razılaşma və onun çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit verilməsinə dair Əsas Şərtlər – Razılaşma üzrə borc alanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
34. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 132 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, iş üzrə ipoteka predmetinin qiymətləndirmə xərci olaraq çəkilmiş 250 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə 12894,12 manat əsas, 1066,95 manat faiz borcu olmaqla, cəmi 13961,07 manat pul və ödənilmiş 132 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh1 məxsus 2011-ci il buraxılışlı, Marka - SCHMİTZ, model-GOTHA YARİMQOŞQU, tipi - özüboşaldan, şassi nömrəsi - WSK**********6927, rəngi: boz ağ, istehsal tarixi: 2011, qeydiyyat nömrəsi: 99YC118 olan nəqliyyat vasitəsinə yönəldilsin, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə 13961,07 manat və ödənilmiş 132 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. 2011-ci il buraxılışlı, Marka - SCHMİTZ, model-GOTHA YARİMQOŞQU, tipi özüboşaldan, şassi nömrəsi - WSK**********6927, rəngi: boz ağ, istehsal tarixi: 2011, qeydiyyat nömrəsi: 99YC118 olan nəqliyyat vasitəsi ilkin satış qisməti (likvid dəyəri) 30000 manat müəyyən edilsin. İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, RBSB-7402 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. 250 manat məbləğində qiymətləndirmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN: **********, "xxxx" ASC Yasamal filialı, Kod: 512565, H/h: AZ30AZRT******************** M/h: AZ02NABZ******************** SWİFT: AZRT AZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı