Məhkəmə qərarları › İş №e-2-2(113)-4267/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4267/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4267/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AX129/1219 saylı, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən icraçı tərəfindən yerinə tam yetirilmiş xidmətlərə görə sifarişçi tərəfindən ödənilməmiş 238851,78 manat (18% ƏDV-si daxil) manat borc, mediasiya xidmətinə görə 400,00 manat və dövlət rüsumu kimi ödənilmiş 100,00 manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli, AX 129/1219 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən “sifarişçi” yəni "xxxx" ASC-nin tapşırığı əsasında “İcraçı” – yəni İddiaçı MMC Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararsız, yararlı materialların qazılması və daşınması işləri (bundan sonra “Xidmətlər” adlandırılacaq) həyata keçir. Sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini “İcraçıya” ödəyir. Müqaviləyə əsasən Xidmətlər sifarişçi tərəfindən təhvil-təslim aktları (Forma-2 və Forma-3) əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Görülən xidmətlərin müqabilində təhvil-təslim aktları (Forma-2 və Forma-3) tərtib edilımiş və tərəflər tərəfindən imzalanmışdır. Müqavilə üzrə xidmətlərin dəyəri cədvəldə göstərilmişdir. Sifarişçiyə təqdim edilərək təsdiqlənmiş EBAF seriyalı, 528543 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 235764,00 manat, EBAF seriyalı, 516930 nömrəli, xx.xx.2020-ci il tarixli, elektron qaimə üzrə 58528.00 manat, EBAH seriyalı, 029633 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 366744,00 manat, EBAİ seriyalı, 277605 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 145156,02 manat, EBAJ seriyalı 328440 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 116820,00 manat, EBAK seriyalı, 544339 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 77880,00 manat, EBAL seriyalı, 782117 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 110784,30 manat, EBAN seriyalı, 041171 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 79242.90 manat olmaqla ümumi məbləği (18 % ƏDV-si daxil) 1190919,21 manatlıq iş və xidmətlər göstərilmişdir. Elektron Qaimələr üzrə sifarişçi tərəfindən icraçıya (18 % ƏDV-si daxil) 952067.44 manat ödənilmiş və sifarişçi tərəfindən icraçıya (18 % ƏDV-si daxil) 238851,78 manat məbləğində ödənilməmiş pul borcu qalmışdır (təqdim olunmuş elektron qaimələr ilə, təhvil-təslim aktı, həyata keçirilən ödənişlər və ödənilməyən borclar barəsində ətraflı məlumat arayış formasında hazırki iddia ərizəsinə əlavə olunur). Beləliklə, tərəflər arasında bağlanmış AX-129/1219 saylı, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə 202416,76 manat əsas borc,36435,02 manat məbləğində 18 % ƏDV-si ilə birlikdə 238851,78 manat ödənilməmiş qalır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2022-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş yaranmış borcun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınmış və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC “Sifarişçi”, “Qal Alar “ MMC “İcraçı” olmaqla imzalanmış AX129/1219 saylı 21 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən “İcraçı” Gəncə-Qazax- Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararsız, yararlı materialların qazılması və daşınması işləri (bundan sonra “Xidmətlər” adlandırılacaq) həyata keçir, “Sifarişçi” isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini “İcraçıya” ödəyir. “Qal Alar “ MMC tərəfindən "xxxx" ASC-yə EBAF seriyalı, 528543 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 235764,00 manat, EBAF seriyalı, 516930 nömrəli, xx.xx.2020-ci il tarixli, elektron qaimə üzrə 58528.00 manat, EBAH seriyalı, 029633 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 366744,00 manat, EBAİ seriyalı, 277605 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 145156,02 manat, EBAJ seriyalı 328440 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 116820,00 manat, EBAK seriyalı, 544339 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 77880,00 manat, EBAL seriyalı, 782117 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 110784,30 manat, EBAN seriyalı, 041171 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 79242.90 manat ödənilməsi üçün təqdim edilmiş, e-qaimələrin təsdiqindən imtina olunmamışdır. İcraçının görülmüş işlərə dair qəbul aktı olaraq tərtib edilmiş (forma-2 və forma-3) aktlardan görünür ki, həmin aktlar əsasında görülmüş işlər "xxxx" ASC tərəfindən qəbul edilərək möhürlə təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 238851,78 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 400 manat mediasiya xərci və 100 manat ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-dən 238851,78 manat (18% ƏDV daxil) manat , mediasiya xərci 400,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,00 manat tutularaq “Qal Alar“ MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-dən 238.851,78 manat (18% ƏDV daxil) manat, mediasiya xərci 400,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat tutularaq “Qal Alar“ MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar