Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4267/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 2.938,20 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 12,20 manat, hüquqi xidmətin göstərilməsi üçün 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 manat məbləğin, cəmi 3.303,45 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 15 mart 2024-cü il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdehndən №703C/MT-0683 nömrəli satınalma sifarişi almışdır. №703C/MT-0683 saylı sifarişə uyğun olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli, İSÖ №978 olan malların təhvil qəbul aktı ilə Cavabdeh MTK-na ümumilikdə 2938, 20 manatlıq mal təhvil verilmişdir. Satılan alın miqdarı, qiyməti malın üzərində təqdim olunan xx.xx.2024-cü il tarixli təhvil təslim aktında və xx.xx.2024-cü il tarixli EBEB seriyalı 121395 nömrəli qaimədə öz əksini tapmışdır. Lakin, Sifarişçi təhvil verilən malların dəyərini bu günədək ödəməmiş, bununla da İddiaçı QSC qarşısında borc öhdəliyi yaranmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İSÖ №978 olan malların təhvil qəbul aktının məzmunundan görünür ki, Cavabdeh İddiaçı QSC-ə ödəməli olduğu məbləğ, sifariş əsasında aldığı mallar üzrə 938,20 manat təşkil edir. Həmçinin xx.xx.2025-ci il tarixli №168 saylı maliyyə arayışınında məzmunundan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 2938,20 manat təşkil etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli satınalma sifarişinə əsasən Cavabdeh tərəfindən təchizatçı İddiaçı QSC-yə 2.490 manat məbləğində mallar sifariş verilmişdir.
8. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilk növbədə müəyyən edilməli məqam sifari verilən malların İddiaçı QSC tərəfindən Cavabdehnə verilib-verilməməsidir.
9. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBEB seriyalı, 121395 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri ƏDV-siz 2.490 manat (ƏDV daxil 2.938,20 manat) olan elektron qaimə göndərmişdir.
10. Hazırda iddiaçı tərəf cavabdehin ümumilikdə 2.938,20 manat manat borcunun qaldığını bildirir.
11. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən göndərilən elektron qaimə ilə bağlı cavabdeh tərəfindən etiraz daxil olmadığı nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
13. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 2.938,20 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
14. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
15. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 2.938,20 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.
16. Məhkəmə 12,20 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinin mümkünlüyü barədə razılaşma olmadığından iddia, 12,20 manat cərimənin tələb edilməsi hissəsində təmin edilə bilməz.
18. Məhkəmə hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
19. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı Sirius Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.
20. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Sirius Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
22. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 53 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 49,38 manat təşkil edir.
24. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 2.938 (iki min doqquz yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov