Məhkəmə qərarları › İş №e-2-2(113)-4272/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4272/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4272/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə haqqı, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fərdi sahibkar Cavabdeh xx.xx.2020-ci il tarixli abunə müqaviləsinə əsasən 79.09 manat (yetmiş doqquz manat 09 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş əlavədə müəyyən edilən nömrələr ilə cavabdehi təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, və cavadeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydadatəqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtıvaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikər pozulmuş, göstərilmiş xidmətlərin haqqı vaxtında ödənilməmişdir. Nəticədə, hazırki vaxtacavabdehin iddiaçıya79.09 manat (yetmiş doqquz manat 09 qəpik) borcu qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli AZF- SL/2020/2290 saylı abunə müqaviləsinə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçı mobil telefon şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən abunəçi bu müqaviləni imzalamaqla bu müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir.

7. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə olan 2 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir.

8. Müqavilənin 5.2-ci bəndinə əsasən abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda abunəçi ödənişi hesabfakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakurada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərltərinin kobud şəkildə pozulması hesab edilir.

9. Müqavilənin 5.3-cü bəndinə əsasən abunəçi İddiaçı tərəfindən müəyyən olunan və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilən tarif planı və qaydalarda nəzərdə tutulan ödəniş şərtlərinin pozulmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 01.% həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə, cərimə ödəyir. Abunəçiyə təqdim olunan cərimələr, onun istifadə etdiyi nömrə hesabından və ya depozit hesabından İddiaçı tərəfindən birtərəfli qaydada tutulur.

10. AZF-SL/2020/2290 saylı abunə müqaviləsinə 1 saylı Qoşmaya əsasən tərəflər arasında xidmətlərin tarixləri razılaşdırılmışdır.

11. AZF-SL/2020/2290 saylı abunə müqaviləsinə 2 saylı Qoşmaya əsasən fərdi qaydada ödənilən nömrələrin siyahısı (774990099, 7********) müəyən edilmişdir.

12. AZF-SL/2020/2290 saylı abunə müqaviləsinə 3 saylı Qoşmaya (Təhvil-təslim aktına) əsasən 774990099, ********* nömrələr iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

13. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC ilə abunəçi Cavabdeh arasında imzalanmış 21 may 2020-ci il tarixli abunə müqaviləsinə əsasən "xxxx" siyahısı müqaviləyə əlavə edilmiş nömrələr və telekommunikasiya xidmətləri ilə abunəçini təmin etməyi, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Hal-hazırda Cavabdeh "xxxx" MMC-yə 21 may 2020-ci il tarixli abunə müqaviləsinə əsasən 79,09 manat (yetmiş doqquz manat 09 qəpik) ödənilməmiş borcu qalmışdır.

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. “Telekommunikasiya haqqında” Qanun:

22. 4.2-ci maddəsinə əsasən telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.

23. İşdən göründüyü kimi xx.xx.2020-ci il tarixli, AZF-SL/2020/2290 saylı Abunə müqavilənin Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə olan 2 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmət haqlarını ödəməkdən yayınmışdır.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığı üçün iddiaçının cavabdehdən 79,09 manat borcun tutulması tələbi əsaslıdır.

25. Məhkəmə xərclərinə gəldikdə, görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli abunə müqaviləsinə əsasən 79,09 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar