Məhkəmə qərarları › İş №e-2-2(113)-4290/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4290/2025

28.08.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4290/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi, öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kompensasiya) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh MMC-yə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi, öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı (bundan sonra-iddiaçılar) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi, öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə (VEÖN **********) məxsus "xxxx" avtomobil ehtiyat hissələri satışı mağazasında və həmin MMC-yə məxsus digər ehtiyat hissələri satışı mağazalarında “HYUNDAİ” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, yəni adıçəkilən MMC-yə məxsus mağazalarda ehtiyat hissələrinin satışının, həmçinin mağazanın vitrinində, daxilində gözlə görünən yerlərdə, mağazanın reklam xarakterli vizit kartlarında, sosial şəbəkə hesablarında (İnstagram və s.) “HYUNDAİ” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, Cavabdeh tərəfindən iddiaçılar "xxxx" və “X2” Şirkətinin əmtəə nişanlarından 2021-2025-ci illər ərzində qanunsuz istifadə etməsi nəticəsində vurulan 70000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi , ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, “HYUNDAİ” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan KİA əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadəyə son qoyulması, "xxxx" ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə (VEÖN **********) məxsus "xxxx" avtomobil ehtiyyat hissələri satışı mağazasından “HYUNDAİ” və "xxxx" əmtəə nişanlı avtomobillər üçün nəzərdə tutulmuş FİLTER-AİR CLEANER 281131R10028113- 1R100 seria nömrəli ehtiyat hissələrinin satışı həyata keçirilmişdir. Adıçəkilən tarixdə həmin ehtiyat hissələrinin satışını təsdiq edən 47727 nömrəli çek də təqdim edilmişdir. Alınmış ehtiyat hissələrinin “HYUNDAİ” və "xxxx" əmtəə nişanı adı altında Azərbaycan Respublikasına gətirilmiş “original” ehtiyat hissələrinin olması mağaza tərəfindən alqı-satqı zamanı təsdiq edilmişdir. Həmçinin qeyd edilənlərdən əlavə olaraq Cavabdeh MMC-əy (VEÖN **********) məxsus "xxxx" avtomobil ehtiyyat hissələri satışı mağazası aşkar formada “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikası qanununun tələbləriniaşkar formada pozaraq böyük hərflərlə “X2” şirkətinə məxsus olan “ ” və "xxxx"Şirkətinə “ ” məxsus əmtəə nişanından mağazanın fasad örtüyünün müxtəlif hissələrində istifadə edərək, insanlarda yanlış təsurat yaratmaqla, əmtəə nişanın sahibinin lisenziyası əsasında fəaliyyət göstərən rəsmi distributor olan digər hüquqi şəxslərin hüquqlarını pozmaqla, iqtisadi maraqlarına ciddi maddi zərər verir. Bundan başqa bazara bu tipli qeyri-qanuni yolla daxil olmuş « original» ehtiyyat hissələri əmtəə nişan sahiblərinin tətbiq etdikləri vahid qiymət prinsiplərinin tələblərini pozmaqla cəmiyyətdə çaşqınlıq yaratmaqla, əmtəə nişan sahibinin məhsullarına cəmiyyətdə nüfuzuna böyük zərbə vurur. Odur ki, Cavabdeh MMC-əy(VEÖN **********) məxsus "xxxx" avtomobil ehtiyyat hissələri satışı mağazasınnın fasad örtüyündə və müxtəlif hissələrində “X2” şirkətinə məxsus olan “ ” və "xxxx"Şirkətinə “ ” məxsus əmtəə nişanından istifadə etməsini və həmçinin əmtəə nişan sahibinə məxsus və üzərində həmin əmtəə nişanları əks etdirilmiş ehtiyat hissələrinin satışı təşkil etməsini, əmtəə nişanından qeyri-qanuni istifadə hesab edirəm. “X2” Şirkəti“X1 Qeydiyyatı üzrə Madrid Protokoluna əsasən ******* saylı beynəlxalq qeydiyyat üzrə çıxarışı təqdim edir və bildirir ki,“” əmtəə nişanı 01, 04, 07, 09, 11 və 12 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir. "xxxx" Şirkəti X1 Qeydiyyatı üzrə Madrid Protokoluna əsasən ******* saylı beynəlxalq qeydiyyat üzrə çıxarışı təqdim edir və bildirir ki,“” əmtəə nişanı 01, 04, 07,09, 11,11,21 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir. əmtəə nişanı ******* (https://www.wipo.int/madrid/monitor/en/#)-saylı beynəlxalq qeydiyyatla Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlər üzrə qorunur o, cümlədən: - 35-ci sinif : “avtomobillərin satışı ilə əlaqədar internet vasitəsilə məlumatı təmin etmək; avtomobillər üçün satış agentliyi xidmətləri; avtomobillərin satışı üçün satış administrasiyası; avtomobillər üçün topdansatış avtomobillər üçün hissə və aksesuarların topdan və pərakəndə satışı; aidiyyatı satış administrasiyası; avtomobillər üçün hissə və aksesuarların topdan xidmətləri; avtomobillər üçün pərakəndə xidmətlər; avtomobillər üçün hissə və aksesuarlar üçün agentlik xidmətləri; satış xidmətləri; avtomobillər üçün hissə və aksesuarların pərakəndə xidmətləri”, 37-ci sinif : «avtomobillər üçün arxa sensorların təmiri, avtomobillərin təmiri, texniki xidməti və bərpası; nəqliyyat vasitələrinin mühərriklərinin təmiri və texniki xidməti; avtomobilin audio aparatının təmiri və texniki xidməti; avtomobilin təmizlənməsi və yuyulması; avtomobillərin motor və mühərriklərinin tənzimlənməsi”. əmtəə nişanı ******* (https://www.wipo.int/madrid/monitor/en/#)-saylı beynəlxalq qeydiyyatla Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlər üzrə qorunur o,cümlədən: 35-cisinif : « avtomobillərin satışı ilə əlaqədar İnternet vasitəsilə məlumatı təmin etmək; avtomobillər üçün satış agentliyi xidmətləri; avtomobillərin satışı üçün satış administrasiyası; avtomobillərin topdansatışı, avtomobillərin pərakəndə satış xidmətləri; avtomobillər üçün hissə və aksesuarların satış agentliyi xidmətləri; avtomobillər üçün hissə və aksesuarlarının satışının təşkili; avtomobillər üçün hissə və aksesuarların topdan satışının təşkili; avtomobillər üçün hissə və aksesuarların pərakəndə satışının təşkili”; 37-ci sinif : « avtomobillər üçün arxa sensorların təmiri, avtomobillərin təmiri, texniki xidməti və bərpası; nəqliyyat vasitələrinin mühərriklərinin təmiri və texniki xidməti; avtomobilin audio aparatının təmiri və texniki xidməti; avtomobilin təmizlənməsi və yuyulması; avtomobillərin motor və mühərriklərinin tənzimlənməsi”.

3. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət verib iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh vəsatətə etiraz edərək işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4290/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə iddiaçılar tərəfindən verilmiş “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə vəsatət təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia ərizəsi məhkəməyə verilən ana qədər tərəflər arasında hər hansı mübahisə olmamış, əmtəə nişanlarından istifadəyə son qoyulması onlardan tələb edilməmişdir. Hazırkı ərizə məhkəməyə verildikdən sonra cavabdeh həm satış mağazasında, həmçinin sosial şəbəkə hesablarında əmtəə nişanlarından istifadəyə son qoymuş, iddiaçılara məxsus əmtəə nişanlarına dair hər hansı mal onlarda yoxdur, satışı həyata keçirilmir. Cavabdehin vizit kartlarında isə ümumiyyətlə əmtəə nişanlarından istifadə edilməmişdir. İddiaçılara məxsus əmtəə nişanlarına dair hər hansı malın satışını həyata keçirmədikləri üçün onlardan zərər tələb edilə bilməz.

6. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclaslarının iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. “Hyundai” əmtəə nişanı xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər qeydiyyata alınmışdır.

10. "xxxx" əmtəə nişanı xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixə qədər qeydiyyata alınmışdır.

11. Materiallarda olan fotoşəkillərdən görünür ki, (i.v. 51) cavabdehə məxsus "xxxx" adlı avtomobil ehtiyyat hissələri satışı mağazasının fasad örtüyündə və mağazanın daxilində “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadə olunur.

12. Materiallarda olan (i.v. 51-55) cavabdehə məxsus “zzmotors.az” adlı instagram sosial platformasındakı hesabından çıxarışlara əsasən “Hyundai” və "xxxx" əmtəə nişanlarından istifadə olunur.

13. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçılar xarici ölkədə qeydiyyata alınmış xarici ölkənin hüquqi şəxsləridir) məhkəmə tərəfindən ilk növbədə hazırkı Azərbaycan Respublikası məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

16. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

17. 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmin işlərə baxmağa haqlıdır.

18. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə iddiaçıların əmtəə nişanlarından cavabdeh tərəfindən istifadə edilməsindən irəli gəlir.

19. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş, hüquqi ünvanı Azərbaycan Respublikasında olan hüquqi şəxsdir.

20. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

21. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

22. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 26.1ci maddəsinə əsasən ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir.

23. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

24. Hazırkı iddia ərizəsi üç hissədən ibarətdir:

25. 1. Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus "xxxx" avtomobil ehtiyyat hissələri satışı mağazasında və həmin MMC-yə məxsus digər ehtiyat hissələri satışı mağazalarında “HYUNDAİ” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, yəni adıçəkilən MMC-yə məxsus mağazalarda ehtiyat hissələrinin satışının, həmçinin mağazanın vitrinində, daxilində gözlə görünən yerlərdə, mağazanın reklam xarakterli vizit kartlarında, sosial şəbəkə hesablarında “HYUNDAİ” və "xxxx" əmtəə nişanlarından istifadənin qadağan edilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan KİA əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadəyə son qoyulması;

26. 2. Cavabdeh tərəfindən iddiaçıların əmtəə nişanlarından 2021-2025-ci illər ərzində qanunsuz istifadə etməsi nəticəsində vurulan 70000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi;

27. 3. “HYUNDAİ” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların və "xxxx" ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi.

28. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

29. Belə ki “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

30. Həmin Qanunun 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.

31. Həmin Qanunun 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

32. Həmin Qanunun 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

33. Həmin Qanunun 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.

34. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.

35. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.

36. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:

1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;

2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;

3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.

37. Konvensiyanın 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bis maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.

38. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X2” Şirkəti əmtəə nişanı 01, 04, 07, 09, 11 və 12 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir. "xxxx" Şirkəti əmtəə nişanı 01, 04, 07,09, 11,11,21 sinif əmtəələri üzrə Azərbaycan Respulikasının ərazisində qorunan əmtəə nişanının sahibidir.

39. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus əmtəə nişanlarından iddiaçıların hər hansı razılığı olmadan istifadə edilmişdir.

40. Məhkəmə iclasında cavabdehin nümayəndələri etiraf etmişlər ki, həmin mağaza cavabdehə məxsusdur, başqa satış obyekti yoxdur, instaqram səhifəsi də cavabdehindir. Məhkəmə mübahisəsindən xəbər tutan kimi əmtəə nişanlarından istifadəyə son qoyulmuşdur.

41. Cavabdehin nümayəndələri məhkəmə iclasındakı izahatlarında mübahisə yarandıqdan sonra əmtəə nişanlarından istifadəyə son qoyulduğunu bildirib, bunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etsələr də, məhkəmə qeyd edir ki, bu hal cavabdeh tərəfindən iddiaçılara məxsus əmtəə nişanlarından onların razılığı olmadan istifadə etməsi halını aradan qaldırmır, həmçinin gələcəkdə də bu hallara yol verə biləcəyini istisna etmir.

42. İddiaçılar onlara məxsus əmtəə nişanlarından qanunsuz istifadənin qadağan olunmasını tələb etməkdə haqlıdır və ona görə də həmin iddia tələbi təmin edilməlidir.

43. Məhkəmə iddia ərizəsini ikinci, cavabdeh tərəfindən iddiaçıların əmtəə nişanlarından 2021-2025-ci illər ərzində qanunsuz istifadə etməsi nəticəsində vurulan 70000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçılara ödənilməsi hissəsində isə əsassız hesab edir.

44. Belə ki, iddiaçılar onlara 70000 manat dəyərində maddi zərərin dəydiyini bildirsələr də, ümumiyyətlə zərərin mövcud olmasının, yəni cavabdeh tərəfindən iddiaçılara məxsus əmtəə nişanlarından qanunsuz istifadə nəticəsində onların həmin əmtəə nişanlarına aid məhsullarının satışının aşağı düşməsi və ya zərərin digər şəkildə dəyməsinin təsdiqi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə üzələrinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

45. Məhkəmə ərizəni, üçüncü “HYUNDAİ” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların və "xxxx" ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi hissəsində də əsassız hesab edir.

46. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə kompensasiya ödənilmədən məhv edilməsi tələb edilən malların hazırda mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmiş, cavabdeh iddiaya qarşı etirazında onda həmin malların olmadığını bildirmişdir.

47. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan KİA əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadə edilməsi cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməli, qalan 200 manat dövlət rüsumu isə iddiaçıların özlərinə aid edilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1334789 saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan KİA əmtəə nişanından, ******* saylı beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadə edilməsi Cavabdeh MMC-yə qadağan edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar