Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4303/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X7 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İdddiaçı İddiaçı İB-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı İB (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindənİddiaçı İB-nin Salyan RQİİ-nin “Qarasu” qaz paylayıcı stansiyasına hesablanmış 3306,70 manat borcun **********4 abonent hesabından silinməsi və 53,07 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Təchizatı və Satış idarəsi ilə Salyan RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X5 Təchizatı və Satış idarəsiSalyan RQİİ-ninHacıqabul rayonu üzrə xidmət sahəsinin “Qarasu” Qaz paylayıcı stansiyasını elektrik enerjisi ilə təmin etməyi, Salyan RQİİ-si isə istifadə edilmişelektrik enerjisinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Salyan RQİİ tərəfindən istifadə olunmuş elektrik enerjisinin dəyəri təqdim olunmuş hesab-faktura əsasında ödənilir. X5 Təchizatı və Satış idarəsinin X1 Salyan RQİİ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda Salyan RQİİ-ninHacıqabul rayonu üzrə xidmət sahəsinin “Qarasu” Qaz paylayıcı stansiyasındaX2yə görə "xxxx" ASC-yə 3306,70 manat borcu olması qeyd olunmuşdur. Bildiririk ki, “Qarasu” Qaz paylayıcı stansiyasıSOCAR-ın Qaz İxrac İdarəsinin tərkibində olmuşdur. SOCAR-ın “Əsas vəsaitlərin balansdan-balansa verilməsi haqqında” xx.xx.2021-ci il tarixli SOCAR**********40020020A00123 nömrəli sərəncamı ilə SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan və siyahısı sərəncama əlavə edilmiş əsas vəsaitlər əvəzsiz olaraq İddiaçı balansına verilmiş, Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli əmri ilə Salyan RQİİ-nin xidməti ərazilərini təbii qazla təchiz edən qaz paylayıcı stansiyalar, o cümlədən “Qarasu” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verilmişdir. “Qarasu” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verildikdən sonra 2023cü ilin yanvar ayında "xxxx" ASC-nin X4 arasında, xx.xx.2024-cü il tarixdə X5 Təchizatı və Satış idarəsi ilə Salyan RQİİ arasında “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektri enerjisinin alqısatqısının birtipl müqavilə”si bağlanmış, İddiaçı İB-nin Salyan RQİİ tərəfindən müqavilə şərtlərinə əməl olunaraq istifadə olunmuş elektrik enerjisinin dəyəri tam ödənilmişdir. Cavabdeh tərəfindən Salyan RQİİ-ilə elektrik enerjisi təchizatı ilə bağlı müqavilələr bağlanarkən “Qarasu” qaz paylayıcı stansiyasında X2yə görə borcun olması ilə bağlı heç bir məlumat, xəbərdarlıq, bildiriş təqdim edilməmişdir. 3306,70 manat borcun yaranma səbəbləri barədə "Azəriqaz" İB-də heç bir məlumat yoxdur. Qeyd olunan 3306,70 manat borc təmamilə əsassızdır. Belə ki, qeyd etdiyimiz kimi “Qarasu” Qaz paylayıcı stansiyasıSOCAR-ın Qaz İxrac İdarəsinin tərkibində olmuş, xx.xx.2022-ci il tarixdə Salyan RQİİ-nin balansına verilmişdir.“Rəncbər” Qaz paylayıcı stansiyası Salyan RQİİ-nin balansına verildikdən sonra xx.xx.2023- cü il tarixdə cavabdehlə elektrik enerjisi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə bağlanan zaman X2yə görə borcun olması ilə bağlı Salyan RQİİ-nə heç bir məlumat təqdim edilməmişdir. Yalnız cavabdeh xx.xx.2024-cü il tarixdə 0180 saylı xəbərdarlıq məktubu verərək 3306,70 manat borc olmasını bildirmiş və borc ödənilmədiyi təqdirdə xx.xx.2024-cü il tarixdə elektrik enerjisinin verlişinin dayandırılacağını bildirmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, qeyd edilən borc enerji sərfiyyatına görə yaranmış borcdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. X5 Təchizatı və Satış idarəsi ilə Salyan RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X5 Təchizatı və Satış idarəsi Salyan RQİİ-nin Hacıqabul rayonu üzrə xidmət sahəsinin “Qarasu” Qaz paylayıcı stansiyasını elektrik enerjisi ilə təmin etməyi, Salyan RQİİ-si isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı Salyan RQİİ məxsus abunə haqqında məlumat cədvəlinə əsasən 3307,90 manat elektrik enejisindən istifadəyə görə borcu olması qeyd olunmuşdur.
9. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanlanmış 12 mart 2024-cü il tarixli, 0180 saylı məktubda göstərilmişdir ki, Hacıqabul rayon Qarasu kəndi QPS-in (abonent kodu 2410**********4) X2yə görə 3306,70 manat məbləğinda borcu yaranmışdır.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2005-ci İ tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş, X2 qaydalarının 9.10 bəndinin tələbinə əsasən sərf olunan elelktrik enerjisinin haqqını vaxtında müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsi təmin olunmadığı təqdirdə,həmin qaydaların 9.13.2 bəndinə uyğun olaraq xəbərdrlıq edilmədən elektrik enrjinin verilişi dayandırılacaqdır.
V. Tətbiq edilən hüquq:
1. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın: - 18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
11. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. VI. Məhkəmənin mövqeyi:
12. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
13. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçının təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şifahi olaraq bildirilsə də ki, silinməsi tələb olunan borc sərfiyyatla bağlı yazılmış məbləğdir, lakin həmin borcun dəqiq olaraq hansı dövrü əhatə etməsini, həmin dövrdə hesablanmış borcun ödənilməsinə dair hesab-fakturaların iddiaçıya göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.
14. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
16. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh qurum yaranmış borc məbləğini hansı illəri əhatə etməsinə və buna dair hesab-fakturaları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindənİddiaçı İB-nin Salyan RQİİ-nin“Qarasu” qaz paylayıcı stansiyasına hesablanmış 3306,70 manat borc **********4 abonent hesabından silinməlidir.
17. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilməli idi.
18. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 53,07 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddaçı İddiaçınə hesablanmış 3306,70 (üç min üç yüz altı manat yetmiş qəpik) manat borc məbləği silinsin və dövlət rüsumunun əvəz olaraq 53,07 manat "xxxx" ASC-dən tutularaq iddiaçı "Azəriqaz" İB-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova