Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4304/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmtəə nişanı, kontrafakt, kompensasiya) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000024Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar Cavabdeh2 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 220 kq “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı geyim **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh Fərdi sahibkar Cavabdeh2 (VÖEN:**********) 50000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (P UMA) ünvanladığı 03 may 2024-cü il tarixli Bildiriş №24 (“Bildiriş”) və 03 may 2024-cü il tarixli №3-33-1100/000024Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) əsasən, qeydiyyat ünvanı: ünvan 1 Cavabdeh2(VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 220 kq “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı geyim **********) kontrafakt olması əlamətləri aşkar olunmaqla həmin malların buraxılışı 10 iş günü müddətinə 03 may 2024-cü il tarixindən 20 may 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) Fərdi sahibkar Cavabdeh2 və bəyannaməçi “Azərterminalkompleks” Birliyinə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000024Q saylı saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 03 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli Bildiriş №31 (“Bildiriş”) və 20 may 2024-cü il tarixli №3-33-1100/000031Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarına (“Qərar”) əsasən, həmin malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 20 may 2024-cü il tarixindən 04 iyun 2024-cü il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) Fərdi sahibkar Cavabdeh2 və bəyannaməçi “Azərterminalkompleks” Birliyinə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli №3-33- 1100/000031Q saylı saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 21 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)- 350/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə Ərizəçi “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33- 1100/000024Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” 20 may 2024-cü il tarixli №3-33-1100/000031Q saylı Qərarına əsasən fərdi sahibkar Cavabdeh2 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 220 kq geyim **********) üzərinə həbs qoyulmuşdur. Qeyd etmək istəyirik ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “PUMA” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair PUMA-nın müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “PUMA” X3 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tərəfindən verilmiş “PUMA” əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2019-cu il tarixli müvafiq bildirişləri bu Ərizəyə əlavə olunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “PUMA”-nın əmtəə nişanları tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və qorunur. Bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq məktubu bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin (“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olanmalların buraxılışının dayandırılması”) tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, “PUMA” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “PUMA” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 33-cü maddəsinin müvafiq müddəalarına əsasən, əmtəə nişanına dair müstəsna hüququn pozulması ilə əlaqədar mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaydada məhkəmədə baxılır. Həmin Qanunun 34-cü maddəsinin müvafiq müddəalarına əsasən, əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən hüquq pozuntusunun obyekti olan malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Hüquq sahibi - “İddiaçı” Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. Müvafiq sığorta şəhadətnaməsi bu Ərizəyə əlavə olunur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində “PUMA” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxs(lər) əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, “PUMA” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Fərdi sahibkar Cavabdeh2 hüquq sahibi - “İddiaçı” Şirkətinə, həmçinin, “İddiaçı” Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “PUMA” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, “PUMA” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “PUMA” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili bazarda haqsız rəqabət mühitinin yaradılmasına səbəb olur. Həmin halları nəzərə alaraq hesab edirik ki, hüquq sahibi - “İddiaçı” Şirkətinin qanunla tanınan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh Fərdi sahibkar Cavabdeh2 Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh Fərdi sahibkar Cavabdeh2 50.000 (əlli min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinəödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “İddiaçı” şirkətinə ünvanladığı xx.xx.2029-cü il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı adına qeydiyyata alınan 437626 saylı “PUMA” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 18,25, 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
8. Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiBakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/006 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş Puma əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmiş və xx.xx.2028-ci il tarixinə kimi qüvvədədir.
9. Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1100/000024Q saylı malların buraxılışının dayandırılması haqqında qərarına əsasən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli, 75 saylı inviys sənədi ilə İran İslam Respublikasında 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə daxil olunmuş mallara gömrük bəyannaməsi ilə bəyan edilmiş “Puma” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar edilmiş və malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır.
10. Azərbaycan Respublikası DG Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-39-1100/000091Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla Cavabdeh2 tərəfidən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş və **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Puma” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılması qərara alınmışdır.
11. İddiaçı şirkətin Məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli Bəyanatından görünür ki, Bakı şəhər Baş Gömrük İdarəsi tərəfindən saxlaılan “PUMA” markalı İran mənşəli malların verilən məlumata əlavə olunan fotoşəkilləri də ekspertiza üçün onlara göndərilib. Hər şeydən əvvəl qeyd edirlər ki, Pima Se şirkətinin İranda “Milano”, “Hoseinzadeh” adlı həmin “Puma” markalı malları istehsal edən lisenziyalı heç bir istehsalçı yoxdur. Həmçinin, məhsulların keyfiyyəti üzrə ixtisaslaşdırılmış departamentləri tərəfindən aparılan ekspertiza və təhlillərə əsaslanaraq, qeyd olunan məhsulların saxta (kontrafakt) olduğunun təsdiq edirlər.
12. Məhkəmə iddiaçı tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
13. İlk olaraq iddia tələbinin **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 220 kq “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı geyim **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
14. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun:
15. 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
16. 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
17. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
18. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
19. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
20. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” A zərbaycan Respublikası Qanununun:
21. 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
22. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
23. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
24. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
25. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
26. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə):
27. 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyriqanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir.
28. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur.
29. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
30. 1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
31. 2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
32. 3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi.
33. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
34. Qeyd olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır.
35. Göründüyü işdə olan sübutlar iddiaçının tələbinin təsdiqini tapdığından məhkəmə hesab edir ki, tələb həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
36. Bundan əlavə iddiaçı cavabdehdən 50.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmə iddianın bu hissədə əsasız olduğunu hesab edərək, rədd edilməsi qənayətinə gəlir.
37. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin tələbinə əsasən hüquqi sahibinin “vurulmuş ziyanın və çəkdiyi xərclərin” əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquq vardır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçı 50000 manat məbləğində kompensasiyanın tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir.
40. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
41. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının məhv edilməsini xahiş etdiyi mallar dövriyyəyə buraxılmadan üzərinə öncə Gömrük orqanı tərəfindən, daha sonra məhkəmə qərardadları əsasında həbs qoyulmuşdur. Belə olan halda, iddiaçıya hansı zərərin dəyməsi məhkəmədə sual doğurmuş, iddiaçının nümayəndəsi isə bu suala əsaslandırılmış cavab verə bilməmişdir.
42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakı məqamları eyd etməyi zəruri hesab edir.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
47. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi qiymətləndirilməyən iddia ərizəsinə şamil edildiyindən məhkəmə xərcləri onu ödəməkdən azad edilməyən cavabdehə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000024Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar Cavabdeh2 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 75 saylı invoys sənədi ilə İran İslam Respublikasından 44BF294/44ZA002 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 220 kq “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı geyim **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova