Məhkəmə qərarları › İş №e-2-2(113)-4309/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4309/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4309/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 34 000 manat əsas borc və gecikmiş hər günə görə 2635 manat faiz borcunun, ödənilmiş 200 manat mediasiya rüsumunun, ümumilikdə 36835 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “Aves" MMC arasında xx.xx.2021-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehi “Həcmlərin hesablanması və Xərclərə Nəzarət“ xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 4.1-ci bəndində qeyd olunduğu kimi bir dəfəlik yekun xidmət üçün 10 000 AZN, aylıq xidmət üçün 2300 AZN məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC cavabdeh həmin müqaviləyə əsasən 2020-ci ilin may ayından etibarən Cavabdeh MMC-ni “Həcmlərin hesablanması və Xərclərə nəzarət“ xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə ƏDV daxil xx.xx.2022-ci il tarixli 834962 nömrəli elektron qaiməyə əsasən 5000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 581555 nömrəli elektron qaiməyə əsasən 10000 manat dəyərində,xx.xx.2021-ci il tarixli 353855 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 597680 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 597607 nömrəli elektron qaiməyə əsasən 10000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 036870 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 572784 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 115290 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində,xx.xx.2021-ci il tarixli 392383 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 638951 nömrəli elektron qaiməyə əsasən 5000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 840592 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində,xx.xx.2021-ci il tarixli 783126 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 736066 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində,xx.xx.2021-ci il tarixli 035422 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 035446 nömrəli elektron qaiməyə əsasən 5000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 035461 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 042209 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 502603 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 127253 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2022-ci il tarixli 717048 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 433129 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 962201 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2022-ci il tarixli 325551 nömrəli elektron qaiməyə əsasən 4000 manat dəyərində, xx.xx.2021-ci il tarixli 036573 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixi 340163 nömrəli elektron qaiməyə əsasən 2300 manat dəyərində, xx.xx.2021-ci il tarixli 339617 nömrəli elektron qaiməyə əsasən 4000 manat olmaqla ümumi 102 000 manat dəyərində xidmət göstərilmişdir. İddiaçı MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 34000 AZN ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 4.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən hər növbəti ayın ilk 5 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.2-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Tərəfimizdən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə hazırda açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. Həmçinin iddiaçı yekun məhkəmə qətnaməsi ilə iddia tələbi təmin ediləcəyi təqdirdə ödənilməmiş borc məbləğinin iddiaçıya verilməsinin təminat altına alınması məqsədi ilə cavabdeh “Aves" MMC-yə məxsus Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklardakı hesablarının, daşınmaz əmlakın dövlət reyestrində həmin MMC-nin adına qeydə alınmış mülkiyyətində olan daşınmaz əmlakların və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsində dövlət qeydiyyatından keçirilmiş və uçota alnmış mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə gələcək iddia tələbi həcminə 34 000 AZN mütənasib olaraq həbs qoyulmasına dair “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi' haqqında ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bir daha qeyd edilməlidir ki, iddianın təmin edilməsinə dair yekun məhkəmə qətnaməsinin çıxarılmasına kifayət qədər əsaslı sübutlar mövcuddur. Məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən öncə iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin prosesdə iştirak etməməsi səbəbilə iddiaçıya Bakı 9 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01003 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir və bununla bağlı 9 saylı Bakı Mediasiya Təşkilatına 200 azn rüsum ödənilmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. .4.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. 5.Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bir tərəfdən bundan sonra “icraçı” adlanacaq İddiaçı MMC, digər tərəfdən bundan sonra “sifarişçi” adlanacaq Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, X-002/2021 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən icraçı müqavilənin ilk ayından etibarən müqavilə müddəti bitənədək sifarişçinin tapşırığı əsasında sifarişçiyə may 2020-dekabr 2020-ci il aralığı üçün bir dəfəlik yekun və yanvar 2021-ci il tarixindən etibarən isə aylıq olaraq “Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Modernizasiya və Yenidənqurma layihəsi” çərçivəsində "xxxx" QSC və Cavabdeh MMC arasında imzalanmış 28 avqust 2020-ci il tarixli 114B/20 nömrəli podrat müqaviləsi üzrə həcmlərin hesablanması “Quantity Survey) Xərclərə Nəzarət (Cost Control) Xidməti göstərir. Aylıq Xidmətin alt detallarına daxildir. a) May 2020-dekabr 2020-ci il aralığı üçün bir dəfəlik həcmlərin hesablanması (Quantity Survey) və xərclərə nəzarət (Cost Control) b) Yanvar 2021-ci il tarixindən etibarən aylıq həcmlərin hesablanması və xərclərə nəzarət 4.1. Sifarişçi icraçı tərəfindən müqavilənin 1.1-ci maddəsində qeyd olunan Xidmətə görə a) Bir dəfəlik yekun xidmət üçün 10 000 manat , o cümlədən 5000 manat birdəfəlik xidmət işinin əvvəlində avans, qalan 5000 manat isə birdəfəlik xidmət işinin sonunda olmaqla b)Aylıq xidmət üçün isə hər ay 2300 manat məbləğində xidmət haqqı ödəyir. 4.2. Sifarişçi müqavilənin 4.1-ci maddəsində qeyd edilən xidmət haqqını əvvəlcədən hər ayın ilk 5 təqvim günündən gec olmayaraq ödəyir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli 834962 nömrəli elektron qaiməyə əsasən ƏDV daxil 5000 manat, xx.xx.2022-ci il tarixli 581555 nömrəli elektron qaiməyə əsasən 10000 manat,xx.xx.2021-ci il tarixli 353855 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2021-ci il tarixli 597680 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2021-ci il tarixli 597607 nömrəli elektron qaiməyə əsasən 10000 manat, xx.xx.2021-ci il tarixli 036870 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2021-ci il tarixli 572784 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 115290 nömrəli elektron qaiməyə əsasən 2300 manat,xx.xx.2021-ci il tarixli 392383 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 638951 nömrəli elektron qaiməyə əsasən 5000 manat, xx.xx.2021-ci il tarixli 840592 nömrəli elektron qaiməyə əsasən 2300 manat,xx.xx.2021-ci il tarixli 783126 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 736066 nömrəli elektron qaiməyə əsasən 2300 manat,xx.xx.2021-ci il tarixli 035422 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 035446 nömrəli elektron qaiməyə əsasən 5000 manat, xx.xx.2021-ci il tarixli 035461 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 042209 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2022ci il tarixli 502603 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli 127253 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2022-ci il tarixli 717048 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli 433129 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli 962201 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli 325551 nömrəli elektron qaiməyə əsasən 4000 manat, xx.xx.2021-ci il tarixli 036573 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixi 340163 nömrəli elektron qaiməyə əsasən 2300 manat, xx.xx.2021-ci il tarixli 339617 nömrəli elektron qaiməyə əsasən 4000 manat olmaqla , ümumi məbləği 102000 manat təşkil edən elektron qaimə göndərilmişdir.

9. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat ,xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 9200 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 11900 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 8000 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 10 000 manat xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 3500 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 10400 manat məbləğində ödəniş edilmişdir.

10. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş hesabat sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, EBCC 581555 nömrəli qaiməyə əsasən 5000 manat, xx.xx.2022-ci tarixli, EBCA 834962 nömrəli qaiməyə əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli, EBBY 325551 nömrəli qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli EBBV 962201 nömrəli qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli, EBBU seriyalı 433129 nömrəli qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli, EBBS 717048 nömrəli qaiməyə əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli EBBS 127253 nömrəli qaiməyə əsasən 4000 manat və xx.xx.2022-ci il tarixli EBBQ 502603 nömrəli qaiməyə əsasən 4000 manat olmaqla, ümumilikdə 34 000 manat məbləğində borc ödənilməmiş qalmışdır.

11. İş materiallarına əlavə edilmiş e-mail yazışmalarının çıxarışlarından görünür ki, müvafiq xidmətlərin göstərilməsi və bununla bağlı ödənişlərin aparılması ilə əlaqədar İddiaçı MMC və Cavabdeh MMC-nin əməkdaşları arasında e-mail yazışmaları olmuşdur.

12. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, X-006/2021 saylı xidmət müqaviləsinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 34000 manat borcu vardır. 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə „həcmlərin hesablanması və xərclərə nəzarət“ xidmətinin göstərilməsi, cavabdeh isə bunun müqabilində bir dəfəlik yekun xidmət üçün 10000 manat, aylıq xidmət üçün isə 2300 manat məbləğində ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür.Göstərilmiş xidmətlərin müqabilində iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən ödənişlərin müəyyən bir qismi həyata keçirilmiş, lakin ümumilikdə 34 000 manat məbləğində pul ödənilməmiş qalmışdır. Aparılmış ödənişlərlə bağlı müvafiq ödəniş sənədləri, eyni zamanda xidmətlərin göstərilməsi ilə bağlı e-mail yazışmaları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 34000 manat məbləğində icarə haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 22.Eyni zamanda iddiaçı iddia ərizəsində gecikmiş hər günə görə 2635 manat məbləğində pulun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

23. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 24.Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

25. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 26.Məhkəmə qanunvericiliyin tələblərini və 2022-ci il üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank uçot dərəcəsinin 7,75% müəyyən edildiyini nəzərə almaqla bu hissədə də iddia tələbini əsaslı hesab edir. 27.İddiaçı iddia tələbində ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 29 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

V Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 34 000 (otuz dörd min) manat əsas borc, gecikmiş hər günə görə 2635 (iki min altı yüz otuz beş) manat faiz borcu, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci, ümumilikdə 36835 (otuz altı min səkkiz yüz otuz beş) manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar