Məhkəmə qərarları › İş №e-2-2(113)-4317/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4317/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4317/2025 15.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85984,24 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 348 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 iyun 2024-cü il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC-nin xx.xx.2024 -xx.xx.2024 dövr ərzində İddiaçı MMC-yə 85984,24 (səksən beş min doqquz yüz səksən dörd manat iyirmi dörd qəpik) manat borcu yaranmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, “Satıcı” öz tərəfindən müqavilənin müddəti dövründə “Alıcının” yazılı tələbi ilə anbardan istehsalda işlənən elektrik materialları ilə onu təmin etməyi, “Alıcı” isə təhvil aldığı mal müqabilində Elektron Qaiməyə əsasən göstərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş elektron qaimə-fakturalarda göstərilən və cavabdeh tərəfindən ödənilməli olan məbləğlər indiyədək tam şəkildə ödənilməmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalar və tərtib olunmuş “Qarşılıqlı üzləşmə aktı” əsasında Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə 85984,24 (səksən beş min doqquz yüz səksən dörd manat iyirmi dörd qəpik) manat borcu yaranmışdır. Həmçinin bildiririk ki, tərəfimizdən cavabdehə borcun ödənilməsi ilə bağlı həm şifahi, həm də yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq (həm kağız daşıyıcılarda, həm də elektron qaydada) cavabdeh müqavilə üzrə ödənilməli olan borc məbləğini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, işə qiyabi icraat qaydasında baxılaraq iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli müqaviləyə əsasən satıcı öz tərəfindən müqavilənin müddəti dövründə alıcının yazılı tələbi ilə anbardan istehsalda işlənən elektrik materialların ilə onu təmin edir. Alıcı təhvil aldığı mal müqabilində elektron qaiməyə əsasən göstərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsinin öz öhdəsinə götürür.

8. Müqaviləyə əsasən ödəniş mal alıcının ünvanına çatdırıldıqdan sonra satıcının təqdim edəcəyi hesab-faktruaya əsasən 3 gün ərzində həyata keçiriləcəkdir. Alıcı təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirilməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0.1% miqdarında dəbbə pulu tərtib edilir.

9. xx.xx.2024-cü il tarixli, 10225193 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8061,76 manat məbləğində mal təhvil verilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 10226434 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7646,4 manat məbləğində mal təhvil verilmişdir.

11. xx.xx.2024-cü il tarixli, 10261334 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7410,4 manat məbləğində mal təhvil verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, 10223987 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7370,28 manat məbləğində mal təhvil verilmişdir.

13. xx.xx.2024-cü il tarixli, 11062248 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 16534,16 manat məbləğində mal təhvil verilmişdir.

14. xx.xx.2024-cü il tarixli, 10226836 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1640,2 manat məbləğində mal təhvil verilmişdir.

15. xx.xx.2024-cü il tarixli, 11060018 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5504,7 manat məbləğində mal təhvil verilmişdir.

16. xx.xx.2024-cü il tarixli, 11061625 saylı MT2408 seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 31816,34 manat məbləğində mal təhvil verilmişdir

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 85984,24 manat dəyərində elektrik malları təhvil verilmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 85984,24 manat məbləğində borcu yaranmışdır. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 85984,24 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 348 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 85984,24 manat əsas borc, 348 manat dövlət rüsumu, ümumilikdə 86332,24 manat (səksən altı min üç yüz otuz iki manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar