Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4320/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh6 MMCyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik, ipoteka müqaviləsi, borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Cavabdeh1 MMC-nin nümayəndəsi/direktoru və cavabdeh olaraq Cavabdeh2 iştirakı ilə, Digər cavabdehlərin və iddiaçının iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh6 MMCyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ROFRUİT MMC, AZTRADE COMPANY MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə əsas borca görə 19113,02 manat, faiz borcuna görə 2256,12 manat, cərimə borcuna görə 303,76 manat olmaqla, cəmi 21672,9 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 156 manat məbləğində iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması; 2. Tələbin Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh ROFRUİT MMC xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı kredit müqaviləsi üzrə cəmi 21672,9 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və ödənilmiş dövlət rüsumu 156 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; 3. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər ROFRUİT MMC, AZTRADE COMPANY MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə cavabdehROFRUİT MMCarasında bağlanmış xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə 100 000 (yüz min) manat limit məbləğində kredit ayrılmışdır onun müraciəti ilə ona illik 19 faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 50 000 (əllimin) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzil İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi AZTRADE COMPANY MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Zaminlik müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” xx.xx.2023cü il tarixli RBSB-7018 Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma şərtlərinə görə cavabdeh ROFRUİT MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq ROFRUİT MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh ROFRUİT MMC-nin xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə borcunun məbləği əsas borca görə əsas borca görə 19113,02 manat, faiz borcuna görə 2256,12 manat, cərimə borcuna görə 303,76 manat olmaqla,cəmi 21672,9 manat pul təşkiledir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBSB-7018 Baş Kredit müqaviləsinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər.
3. 06.10.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2-2(113)-4320/2025 saylı mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün LEGAL PRİME MMC-yə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı ASC tərəfindən ödənildiyini və həmin məbləğin – 500 manat pulun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. 14.01.2026-cı il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi/direktoru və cavabdeh olaraq Cavabdeh2 bildird ki, borcu qəbul edir, lakin borcun hissə-hissə ödənilməsi üçün şərait yaradılmasını xahiş edir.
6. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsinin:
10. 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmeti Borc verənin bu Müqavilənin əsasında və bu Müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən Borc verənlə bağlanılacaq ayrıca razılaşmalar (bundan sonra -“Razılaşmalar”) üzrə verilməsi üçün Borcalana aşağıdakı şərtlərlə bərpaolunan kredit limitini (bundan sonra - Limit) ayırması, Borcalanm isə Razılaşmalar üzrə Limit çərçivəsində Borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən (bundan sonra - “Kredit”) bu Müqavilədə və Razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və Krediti qaytarmasına dair pul öhdəliyidir.
11. 1.1.1-ci bəndinə əsasən 100000 AZN (bir yüz min) təşkil edən Kreditin maksimal məbləği (qeyd edilən məbləğ bu Müqaviləyə və onun əsasında bağlanan Razılaşmalara əsasən Borc alanın Borc verəndən ala biləcəyi maksimum kredit məbləğindən ibarətdir);
12. 1.1.2-ci bəndinə əsasən 84 (səksən dörd) ayadək təşkil edən Kreditin qaytarılma müddəti;
13. 1.1.3-cü bəndinə əsasən 30 (otuz) %-dək təşkil edən Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (faiz dərəcəsi Borc verən tərəfindən tələb edilə biləcək ən yüksək faiz dərəcəsini ifadə edir, Borc verənin faiz borcunun tələbi bu Müqavilə və onun əsasında bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır);
14. İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 1 saylı 10 iyun 2023-cü il tarixli Kredit razılaşmasına əsasən:
15. 1.1-ci bəndinə əsasən borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana Dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50000 (əlli min) AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür.
16. 1.2-ci bəndinə əsasən bu Müqavilə Borc verənlə Borc alan arasında bağlanan xx.xx.2023-cü il tarixli, RBSB-7018 saylı Baş Kredit müqaviləsinin (bundan sonra “Baş Kredit Müqaviləsi” adlandırılacaq) ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir.
17. 2-ci bəndinə əsasən kreditin şərtləri
18. 2.1-ci bəndinə əsasən kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.
19. 2.2-ci bəndinə əsasən kredit 18 (on səkkiz) ay müddətinə verilir.
20. 2.3-cü bəndinə əsasən kreditə görə illik 19% (on doqquz) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20% (iyirmi) faiz təşkil edir.
21. 30.08.2024-cü il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən borc alan xx.xx.2023-cü il tarixli, RBSB-7018 №-li müqaviləsi üzrə son ödəniş tarixinin xx.xx.2025-ci il tarixdən əlavə 13 ay olmaqla (ümumilikdə 18 ay olmaqla) xx.xx.2026-cı il tarixədək uzadılması tətbiq edilir.
22. xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi AZTRADE COMPANY MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyır.
23. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə borcunun məbləği əsas borca görə 19113,02 manat, faiz borcuna görə 2256,12 manat, cərimə borcuna görə 303,76 manat olmaqla,cəmi 21672,9 manat pul təşkil edir.
24. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzil xx.xx.2023-cü il tarixli, RBSB-7018 №-li kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
25. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Baş ofis ilə – NİMEX MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşmaşərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2025- ci il tarixinə (ayrı-ayrılıqda) əsas, faiz və cərimə borcu məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
26. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməəmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3376 saylı ekspert rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 10 iyul 2023-cü il tarixli, RBSB-7018 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə olan borcu 21.302,36 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 20.023,63 manat; faiz borcu üzrə 1.278,31 manat müəyyən edilmişdir.
28. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-134/2025 saylı mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilin bazar qiyməti 95.000 manat, likvid qiyməti 86.000 manat müəyyən edilmişdir.
29. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
38. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
39. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
40. Məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/3376 saylı ekspert rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 10 iyul 2023-cü il tarixli, RBSB- 7018 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə olan borcu 21.302,36 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 20.023,63 manat; faiz borcu üzrə 1.278,31 manat müəyyən edilmişdir.
41. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcunun məbləği ekspert rəyi ilə fərqlənir. Belə ki, əsas borc iddia tələbində ekspert rəyində göstərilən məbləğdən daha aşağı həddə müəyyən edildiyi üçün iddia tələbində müəyyən edilən məbləğdə, əsas borca hesablanan faiz borcu isə ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
43. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBSB-7018 №-li Kredit Müqaviləsinə əsasən hesablanmış 303,76 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
44. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
45. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
46. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
47. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 303,76 manat məbləğində müəyyən edilməlidir.
48. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеhlər Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə 19113,02 manat əsas borc, 1278,31 manat faiz borcu, 303,76 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
49. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh4 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.
50. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
51. “İpoteka haqqında” Qanunun:
52. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
53. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
54. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
55. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
56. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
57. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
58. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
59. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
60. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzil açıq hərracda satılmalı, nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır.
61. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
62. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
63. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-134/2025 saylı mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilin bazar qiyməti 95.000 manat, likvid qiyməti 86.000 manat müəyyən edilmişdir.
64. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilin likvid qiyməti 86000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
65. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 156 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 51 manat və əmlakın giymətləndirilməsinə görə 500 manat "xxxx" MMC-yə ödənişlər edilmişdir.
66. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 51 manat və əmlakın giymətləndirilməsi xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdəndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli RBSB-7018 saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair razılaşma üzrə 19113,02 manat əsas borc, 1278,31 manat faiz borcu, 303,76 manat dəbbə pulu olmaqla cəmi 20695,09 manat borc məbləği, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 51 manat, dövlət rüsumunun əvəzi olaraq 152 manat və mütəxəsis rəyinin alınması üçün ödənilmiş 500 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 36.40 kv.m olan mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 86000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh6 MMC, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova