Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4323/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18,258.58 manat borc məbləği, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 200 manat mediasiya sessiyası üzrə ödənilən məbləğ, illik beş faiz əsasında hesablanmış faiz borcu 1749 manat olmaqla, cəmi 20507.58 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 17341.58 manat borc məbləği, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 200 manat mediasiya sessiyası üzrə ödənilən məbləğ, illik beş faiz əsasında hesablanmış faiz borcu 1661 manat olmaqla, cəmi 19502.58 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış, barışıq sazişinə əsasən tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bu barışıq sazişi ("Saziş") aşağıdakı tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmışdır: Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən, hüquqi ünvanı AZİ 075, ünvan 1ar Cəmiyyəti (VÖEN: **********) (iddiaçı); və Cavabdeh qeydiyyat ünvanı - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu (cavabdeh) İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə ("Məhkəmə") iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçıdan aldığı mala görə borcu yaranmışdır. 25 iyul 2024-cü il tarixli iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh İddiaçı QSC-nə olan borcu (17341,58 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 1661 manat, ilkin mediasiya sessiyası üçün 200 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 300 manat) cəmi 19502,58 manat təşkil edir. (a) Məhkəmə iddia ərizəsini icraatına almış və e-2-2(l 13)-4323/2024 saylı mülki iş üzrə məhkəmə icraatı başlamışdır. (b) Cavabdeh 17841,58 manat (17341,58 manat əsas borc, 200 manat mediasiya xərci, 300 manat vəkil xərci) borcu olduğunu etiraf edərək, mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş və İddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir; və (c) Beləliklə, tərəflər mübahisənin həll edilməsi üçün aşağıdakı şərtlərlə hazırkı Sazişi imzalayırlar.
1. Sazişin predmeti 1.1 Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1 İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 17841,58 (on yeddi min səkkiz yüz qırx bir manat əlli səkkiz qəpik) manat borcu etiraf edərək həmin məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC -ti iddianın predmeti olan 17841,58 manat məbləği cavabdeh tərəfindən hissəhissə ödənilməsini qəbul edir. 1.1.2 Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: Ödəniş tarixi Ödəniş məbləği Qalıq borc
10 avqust 2024 2000 15841.58 10 sentyabr 2024 2000 13841.58 10 oktyabr 2024 2000 11841.58 10 noyabr 2024 2000 9841.58 10 dekabr 2024 2000 7841.58 10 yanvar 2025 2000 5841.58 10 fevral 2025 2000 3841.58 10 mart 2025 2000 1841.58 10 aprel 2025 1841.58 0
İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçıQSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
2.SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.
4.TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5.1. Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. AR MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
Sazişin predmeti
1.1 Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1 İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 17841,58 (on yeddi min səkkiz yüz qırx bir manat əlli səkkiz qəpik) manat borcu etiraf edərək həmin məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı QSC iddianın predmeti olan 17841,58 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.3 Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: Ödəniş tarixi Ödəniş məbləği Qalıq borc
10 avqust 2024 2000 15841.58 10 sentyabr 2024 2000 13841.58 10 oktyabr 2024 2000 11841.58 10 noyabr 2024 2000 9841.58 10 dekabr 2024 2000 7841.58 10 yanvar 2025 2000 5841.58 10 fevral 2025 2000 3841.58 10 mart 2025 2000 1841.58 10 aprel 2025 1841.58 0
İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçıQSC-yə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
2.SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.
4.TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.
5. DİGƏR MÜDDƏALAR 5.1. Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən İlham Əhmədov