Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4341/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: daşıma müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1300,00 (min üç yüz manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılsın; 2. Məhkəmə xərclərinin və 33 (otuz üç manat) məbləğində dövlət rüsumunun Cavabdehdən tutulmaqla İddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC (bundan sonra – İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – Cavabdeh) arasında 13 saylı “PUDO məntəqələrində xidmətlərin göstərilməsinə dair Müqavilə” bağlanmışdır. Müqaviləyə və ona əlavə olunmuş təhvil-təslim aktlarına əsasən, İddiaçı tərəfindən Cavabdehə istifadəyə aşağıdakı avadanlıqlar təhvil verilmişdir: 2 ədəd POS-terminal – ümumi dəyəri 1.300,00 (min üç yüz manat). 01 may 2024-cü il tarixində İddiaçı və Cavabdeh Müqaviləyə qarşılıqlı razılığla xitam vermişdir. Müqavilənin 5.1.9-cu maddəsinə əsasən, Müqavilə müddətinin başa çatması və ya ona xitam verilməsi halında Cavabdeh təhvil aldığı avadanlıqları demontaj edərək İddiaçıya qaytarmaqla öhdəliyini yerinə yetirməli idi. Lakin Müqaviləyə xitam verilməsinə baxmayaraq, Cavabdeh bu öhdəliyi yerinə yetirməmiş və təhvil aldığı avadanlıqları geri qaytarmamışdır. İddiaçı tərəfindən bu barədə Cavabdehə dəfələrlə şifahi bildirişlər verilmiş, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixli rəsmi pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq, avadanlıqlar bu günədək qaytarılmamışdır və Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir.
3. İddiaçı iddia tələlbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən avadanlıqların qaytarılması və ya onların 1.300,00 (min üç yüz manat) manat məbləğində dəyərinin, həmçinin ödənilmiş 33 (otuz üç manat) manat dövlət rüsumunun, cəmi 1.333,00 (min üç yüz otuz üç manat) manat tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
2. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
3.
IV. Sübutların tədqiqi:
4. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında 01 may 2025-ci il tarixli 32 saylı PUDO məntəqələrində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 3.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən İcraçı Sifarişçidən sifarişlərin qəbul edilməsi, sifarişlərin müştərilərə verilməsi, o cümlədən, sifarişlərin verilməsi zamanı Müştəridən bank kartı vasitəsilə ödənişin qəbul edilməsi, tələb olunmayan malların geri qaytarılması, təqdim edilmiş Sifarişlərə görə müştəridən alınmış pul vəsaitlərini Sifarişçiyə təqdim edilməsi üzrə xidmətlər göstərməyi (bundan sonra Xidmət), habelə bu Müqavilədə nəzərdə tutulmuş əlavə xidmətləri göstərməyi öz öhdəsinə götürür. Sifarişçi İcraçı tərəfindən keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilmiş işlərə görə hazırkı Müqavilənin şərtlərində müəyyənləşdirilmiş həcmdə xidmət üzrə ödəniş etməyi öhdəsinə götürür. - 5.3.3-cü bəndinə əsasən “sifarişçi” bu müqavilədə və ona Əlavələrdə göstərilən qaydada yerinə yetirilən xidmətlər üçün İcraçıya haqq ödəyir. - 6.1-ci bəndinə əsasən Bu Müqavilənin məbləği 1 saylı Əlavədə göstərilən tariflərə uyğun olaraq bu Müqavilə çərçivəsində İcraçı tərəfindən göstərilən Xidmətlərin dəyərindən ibarətdir. - 6.2-ci bəndinə əsasən tərəflər arasında bütün hesablaşmalar Azərbaycan Respublikasının milli valyutasında aparılır. Haqqın ödənişi bank köçürməsi ilə, Sifarişçi tərəfindən İcraçının hesablaşma hesabına vəsaitin köçürülməsi yolu ilə həyata keçirilir. Ödəniş üzrə bütün vergilər və digər icbari ödəmələr Xidmətlərin dəyərinin məbləğinə daxildir - 12.1-ci bəndinə əsasən Bu Müqavilə '‘01’ İyun 2025 tarixinədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Müqaviləyə 01 saylı Əlavədə icarçı tərəfindən göstərilən xidmətlərin haqqı razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. Müqaviləyə 02 saylı Əlavədə tərəflər arasında PUDO məntəqələrinin iş qrafiki razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. Müqaviləyə 03 saylı Əlavədə tərəflər arasında PUDO məntəqələrinin müvafiq avadanlıqlarla təmin olunması razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli 0567 saylı təhviltəslim aktı ilə təsdiq olunur ki, 1 ədəd 650 manat məbləğində Wireless POS Terminal PAX ,DUAL WİFİ S/N V1E0340572 R100İ039, 1 ədəd 650 manat məbləğində Wireless POS Terminal PAX ,DUAL WİFİ S/N VİE03392** Rİ ***0915, 1 ədəd 650 manat məbləğində Wireless POS Terminal PAX ,DUAL WİFİ S/N VİE0343922 Rİ001033,1 ədəd 650 manat məbləğində Wireless POS Terminal PAX ,DUAL WİFİ S/N V1E09689** Rİ ***031, 1 ədəd 650 manat məbləğində Wireless POS Terminal PAX ,DUAL WİFİ S/N VİE0480915 R1001027 iddiaçı tərəfindən cavabdehə verilmişdir. Həmin təhvil təslim aktında tərəflər imzaları ilə, təsdiqləmişlər ki, icraçı razılaşır ki, əmlakın salamatlığı üzrə tam və şəxsən məsuliyyət daşıyır və həmin əmlaklar zədələndiyi, itirildiyi təqdirdə əmlakın dəyərinin 100 faizi məbləğində maddi məsuliyyət daşıyır.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 may 2024-cü il tarixli 01 may 2024-cü il tarixli 32 saylı Pudo məntəqələrində xidmətlərin göstərilməsinə dair müqaviləyə xitam verilməsi üzrə Razılaşma imzalanmışdır. V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
13. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
14. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində “PUDO məntəqələrində xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən 2 ədəd pos-terminal avadanlıqlarını cavabdehə verməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqaviləyə xitam verilməsinə və, ona təhvil verilən post terminal avadanlıqlarının tamlığına dair onların dəyəri barədə tam məsuiyyəti öz üzərinə götürməsinə baxmayaraq, həmin post terminallardan 2 ədədini cavabdehə qaytarmamış, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
10. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2 ədəd pos-terminal avadanlıqları (birinin dəyəri 650 manat, ikisinin dəyəri 1300 manat olmaqla) və ya avadanlıqlar olmadıqda isə onların dəyəri (birinin dəyəri 650 manat, ikisinin dəyəri 1300 manat olmaqla) cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməlidir.
15. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 33 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
16. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən təhvil verilmiş 2 ədəd pos-terminal avadanlıqları (birinin dəyəri 650 manat, ikisinin dəyəri 1300 manat olmaqla) və ya avadanlıqlar olmadıqda isə onların dəyəri (birinin dəyəri 650 manat, ikisinin dəyəri 1300 manat olmaqla) İddiaçı MMC-yə verilsin. Ödənilmiş 33 (otuz üç manat) manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova