Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-435/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 16522 (on altı min beş yüz iyirmi iki) manat (xidmət haqqı) borc, ödənilmiş dövlət rüsumuna görə 140 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı, yəni İddiaçı sifarişçinin, yəni Cavabdeh tələbinə uyğun olaraq “X1 layihəsi çərçivəsində özünə məxsus Hyundai markalı, Az 32 T-157 dövlət nömrə nişanlı ekskavator vasitəsilə sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmaya görə müqavilə üzrə bir günlük xidmət haqqı 278,57 manat, aylıq isə 7800 manat təşkil etmişdir. Belə ki, iddiaçı tərəfindən 13 iyul 2023cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsinə uyğun olaraq işlər görülmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə razılaşmaya əsasən xidmət haqqı bir günlük 278,57 manat, aylıq isə 7800 manat təşkil etmişdir. Müqavilə üzrə yerinə yetirilən işlər üzrə hər gün üçün 278,57 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh iddiaçıya 16522 (on altı min beş yüziyirmi iki) manat məbləğində pul verməlidir. İddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur. Tərəflər arasında razılaşmanın 3.6-cı bəndinə görə müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyat keçirilir. Göründüyü kimi, tərəflər arasında razılaşmada öhdəliyin icrası müddətinin təyin edilməsinə, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəməli olduğu 16522 (on altı min beş yüz iyirmi iki) manat borcu bugünədək ödəməkdən boyun qaçırmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 427.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun “iddia tələbinin dəqiqləşdirilməsi barədə” iddia ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 16340 manat (xidmət haqqı) borc, ödənilmiş dövlət rüsumuna görə 140 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd edilmişdir ki, ilkin ödəniş kimi 4000 manat ödəniş edilmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh arasında Avtoqreyder ilə işlərin görülməsi xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi “X1 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı müvafiq işi Hyundai R-200 W markalı ekskator ilə həyata keçirir. Texnikanın icarə haqqı 7800 manatdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən işin görülməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək işin sifarişi sifarişçi tərəfindən verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən sifarişçinin göstərilmiş işin dəyərini ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən icraçının müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi işləri həyata keçirmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən işlərin bir günlük qiyməti müqavilənin 1.2ci maddəsində göstərilən texnika ilə yerinə yetirilən işlərə görə 278,57 manat təşkil edir. Bu məbləğ 6.4.1-ci maddədə göstərilən vaxt çərçivəsini əhatə edən bir günlük iş üçün nəzərdə tutulur. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müvafiq texnika ilə işlərin aylıq həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1, 6.4.2-ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Ay ərzində ödəniləcək məbləğ ümumi olaraq 7800 manat təşkil edir. İşin icrası müddətindən asılı olaraq, aylıq ödəmə qeyd edilən məbləğdən artıq və ya əksik ola bilər. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2023-cü ilədək bağlanılır, öhdəliklər tam icra edilənədək müqavilə öz qüvvəsini saxlayır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən icraçı müqavilədə nəzərdə tutulan işin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən icraçının təqsiri nəticəsində təsadüfən işin icrası nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranln sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.
8. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli əlavə edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 870852 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7800 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə göstərilmişdir. Qaimədə avqust ayı üzrə icarə haqqı göstərilir.
10. 2023-cü il avqust ayı üçün X2 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun avqust ayı üçün icarə haqqı 7800 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
11. 2023-cü il sentyabr ayı üçün X2 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun sentyabr ayı üçün icarə haqqı 7521 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. 2023-cü il oktyabr ayı üçün X2 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun oktyabr ayı üçün icarə haqqı 279 manat təşkil edir. Akt yalnız icarəyə verən tərəfindən imzalanmışdır.
13. 2023-cü il oktyabr ayı üçün X2 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun oktyabr ayı üçün icarə haqqı 740 manat təşkil edir. Akt yalnız icarəyə verənin imzası ilə təsdiq edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına 4497 manat vəsait köçürülmüşdür.
15. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 16522 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında Avtoqreyder ilə işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi “X1 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri görməyi öhdəsinə götürmüşdür. İşlər Hyundai R-200 W markalı ekskator ilə həyata keçirilmişdir. Texnikanın icarə haqqı 7800 manat, görülən işlərin bir günlük qiyməti texnika ilə yerinə yetirilən işlərə görə 278,57 manat təşkil etmişdir. Bu məbləğ bir günlük iş üçün nəzərdə tutulmuşdur. Müvafiq texnika ilə işlərin aylıq həcminin sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunması və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktının tərtib olunması, ödənişlərin üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilməsi, ay ərzində ödəniləcək məbləğin ümumi olaraq 7800 manat təşkil etdiyi, işin icrası müddətindən asılı olaraq, aylıq ödəmənin qeyd edilən məbləğdən artıq və ya əksik ola bilməsi qaydası müəyyən edilmişdir.
19. Hazırda iddiaçı göstərilmiş xidmətlərin haqqının tam ödənilmədiyini bildirərək, Age” MMC-dən 16340 manat (xidmət haqqı) borc məbləğinin tutulmasını xahiş etmişdir.
20. Məhkəməyə sübut qismində icarə ödəniş aktları təqdim edilmişdir. Hesab olunur ki, həmin aktlardan yalnız ikisi, avqust və sentyabr ayları üçün tərtib olunmuş aktları sübut qismində qəbul olunmalıdır (hər iki tərəf təsdiq etmişdir), digər iki akt isə yalnız iddiaçı tərəfindən imzalandığından müqavilə şərtləri də nəzərə alınmaqla sübut qismində qəbul olunmamalıdır. Avqust və sentyabr ayları üçün tərtib olunmuş iki akt üzrə ümumi məbləğ 15321 manat (7800+7521=15321) təşkil edir. Müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına 4497 manat vəsait köçürülmüşdür. 15321 manat məbləğdən 4497 manat çıxıldıqda 10824 manat (15321-4497=10824) qalır və həmin məbləğ cavabdehdən tutulmalıdır.
21. Beləliklə, məhkəmə qanunvericilik normalarını, təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, sifarişçinin göstərilmiş işin dəyərini ödəmək vəzifəsi daşımasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 10824 (on min səkkiz yüz iyirmi dörd) manat borc məbləği tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
22. Eləcə də, iddiaçı ödənilmiş 140 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 92,10 manat (doxsan iki manat on qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 10824 (on min səkkiz yüz iyirmi dörd) manat borc, ödənilmiş dövlət rüsumuna görə 92,10 manat (doxsan iki manat on qəpik) manat olmaqla, cəmi 10916,10 manat (on min doqquz yüz on altı manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova