Məhkəmə qərarları › İş №e-2-2(113)-4352/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4352/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4352/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: müqavilədən yaranan öhdəliklər, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin hallari:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24768,20 manat xidmət haqqının, ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 02 sentyabr 2024-cü il tarixli, AZF/2024/389 saylı "Qısa nömrələr üzrə distribyutorluq" müqaviləsinə əsasən iddiaçı cavabdehi ərazidə SN üzrə distribyutor təyin edir və nömrələr təqdim edir, buna müvafiq olaraq cavabdeh təyinatı qəbul edir, ərazidə SN-lərə tələbat yaradılması və SN-lərin satışı sahəsində məntiqə uyğun səylər göstərir. Müqavilənin B saylı əlavəsinə görə qoşulmuş hər SN üçün cavabdeh iddiaçıya 10 manat ödəniş etməlidir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, 2024-cü ilin oktyabr ayı üçün 351 nömrə üzrə, 2024-cü ilin noyabrı ayı üçün 350 nömrə üzrə, 2024-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayına görə 1051 qısa nömrə üzrə və 2024-cü ilin aprel ayında 347 qısa nömrə üzrə, hər nömrə üçün 10 manat ödəniş etməli olduğu halda bu günə kimi həmin ödənişləri etməmişdir. Hazırki günə yuxarıda göstərilən dövr üzrə, cəmi ƏDV daxil 24.768,20 manat ödənilməmiş borc qalmışdır. Bununla bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə elektron qaimələr göndərilmişdir. Qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Borcla bağlı cavabdehə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə pretenziya məktubları göndərilmiş, lakin borc bu günə kimi ödənilməmişdir.

Tərəflərin mövqeləri:

3. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı bə yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən hər hansı məlumat vermədiyindən məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Azerfon MMC və Cavabdeh MMC arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli müqavilənin: 2-ci bəndlərinə əsasən, Operator OSS-ı ərazidə SN üzrə distribyutor qismində təyin edir və OSS Operatorun adından nömrələr təqdim edir (2.1.). Buna müvafiq olaraq OSS bu təyinatı qəbul edir və ərazidə SN-lərə tələbat yaradılması və SN-lərin satışı sahəsində məntiqə uyğun səylər göstərir (2.2). Tərəflərin hər biri, hər hansı bir yol ilə bu müqavilənin imzalanmasının və icra edilməsinin məhdudlaşdın İmasına dair heç bir hüquqi, dövlət və ya digər maneələrin olmadığını bəyan edirlər (2.3); 3-cü bəndinə əsasən, OSS ərazidə öz məsləhətinə uyğun hazırlanmalı olan marketinq planına müvafiq olaraq SN lərin reklam və satışının artması sahəsində məntiqə uyğun bütün səyləri göstərəcək (3.1.); OSS-yə Ərazidə öz siyasətinə uyğun SN-lər üzrə yerli distribyutorlar təyin etməyə icazə veriləcək (3.2); OSS, Müştərilərlə SN-lərin verilməsinə dair Müqavilə imzalayacaq (3.3). 4-cü bəndinə əsasən, SN-nin distribyutoru kimi OSS-in öz məsləhətinə uyğun olaraq OSS istənilən SN ni Müştərilərə verməyə hüququ var (4.1). OSS Müştərilərdən SN-nin ayrılmasına və ya istifadəsinə görə bütün ödəmə və haqları yığacaq (4.2). OSS Müştərilərə hər hansı bir SN-nin ayrılmasını Operatora xəbər verəcək və Operator bu xəbəri alandan sonra 5 iş günü ərzində bu SN-i Müştəri tərəfindən təqdim edilmiş telefon nömrəsinə qoşacaq (4.3). Müştəriyə ayrılan hər OSSN üçün və bu cür ayrılmanın müddəti başa çatana qədər OSS Əlavə B-də qeyd olunan ödənilməli məbləği Şirkətə ödəyəcək. Ödəmə şərtləri və endirimlər Əlavə B də qeyd olunduğu kimidir (4.4). Operator istənilən vaxt OSS-ə sorğu verərək hər hansı dövr ərzində aktivləşdirilən və ya ləğv edilən, habelə digər OSS nömrələr haqqında lazımi məlumatın təqdim edilməsini tələb edə bilər (4.2).

7. İddiaçı tərəfindən cavabdehə ümumi məbləği ƏDV daxil - ümumi məbləği 4141,8 manat təşkil edən MT2411 seriyalı, 12578391 nömrəli, xx.xx.2025-ci il tarixli; ümumi məbləği 12401,8 manat təşkil edən MT2503 seriyalı, 11802799 nömrəli xx.xx.2023-cü il tarixli; ümumi məbləği 4094,60 manat təşkil edən MT2504 seriyalı 12255092 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimələr göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. İşin məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında təqdim edilmiş xidmətlər üzrə ödənişləri həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanan 02 sentyabr 2024-cü il tarixli distribyutor müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında həmin müqavilədən gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavədə müəyyən edilən qısa nömrələri cavabdehə təqdim etməyi, cavabdeh isə öz növbəsində müqavilə üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan nömrələrə görə haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 24768,2 manat olan 4 ədəd elektron qaimə-faktura göndərilmişdir.

11. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

12. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini pozaraq aldıqı nömrələrə görə müqavilədə müəyyənləşdirilmiş pul vəsaitlərini iddiaçıya ödəməmişdir. Odur ki, iddia təmin edilməlidir.

13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulraq iddiaçıya ödənilməlidir.

14. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 24768,20 manat (iyirmi dörd min yeddi yüz altmış səkkiz manat iyirmi qəpik) manat borc məbləği və ödənilmiş 165 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə vermə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar