Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4359/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun əsaslılığını sübutetmə vəzifəsi, əsassız hesablanmış borcun silinməsi, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktı”) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı İB) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 (bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının X6 İstismar İdarəsinin Şirvan xidmət sahəsinə hesablanmış 22506,09 manat borcun 440142 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 157,52 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Şirvan Sukanal İdarəsi ilə X6 İstismar İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19276659 nömrəli müqaviləyə əsasən, Şirvan Sukanal İdarəsi X6 İstismar İdarəsinin Şirvan rayonu üzrə xidmət sahəsinə su və kanalizasiya xidmətlərini göstərməyi, X6 İstismar İdarəsi isə istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini ödəməyi öhdəlik götürmüşdür. Şirvan xidmət sahəsinin su xətti üzərində əvvəlcədən ödənişli su sayğacı quraşdırılmışdır və istifadə olunan suyun dəyəri əvvəlcədən, kanalizasiya xidmətinin dəyəri isə təqdim olunmuş hesab-faktura əsasında ödənilir. Şirvan Sukanal İdarəsindən X6 İstismar İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2024-cü il tarixə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 22506,09 manat borcun olması qeyd olunmuşdur. 23347,09 manat borcun yaranma səbəbləri barədə iddiaçıda heç bir məlumat yoxdur. Qeyd olunanlar 22506,09 manat borcun əsassız olmasının birbaşa sübutudur. Həmçinin adıçəkilən məktubda borc ödənilmədiyi təqdirdə su təchizatının dayandırılacağı bildirilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 443.1-ci və s. maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında üzləşmə aktı cavabdeh tərəfindən su təchizatının dayandırılmaması üçün tərtib edilmişdir. Hazırda iddiaçı həmin borcu qəbul etmir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, tərəflər arasında 19 yanvar 2021-ci il tarixli və 20 aprel 2023-cü il tarixli üzləşmə aktları tərtib edilmiş və borc məbləği iddiaçı tərəfindən təsdiq edilmişdir. Abonent saldosundan görünür ki, hazırda mübahisələndirilən borc məbləği 2011-ci ildə yaranmayıb, həmin borc 2011-ci il tarixədək yaranmışdır. Borc məbləği Abşeron Rayon Sukanal İdarəsinin bazasında olan məlumatlar əsasında abonent saldosuna daxil edilmişdir.
7. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, cavabdehin Şirvan Sukanal İdarəsi ilə iddiaçının X6 İstismar İdarəsi arasında xx.xx.2024-cü il tarixli 19276659 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, cavabdeh su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasını həyata keçirməyi, iddiaçının Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür. Şirvan xidmət sahəsinin 440142 nömrəli abonent haqqında məlumatına (xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli) əsasən, 2011-ci il tarixində içməli su üzrə 87 manat satış, 83 manat ödəniş, tullantı suyu üzrə 26,1 manat satış, 24,91 manat ödəniş olmuş, həmçinin həmin tarixdən əvvəlki tarixdən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borc keçmişdir.
12. İddiaçı 22506,09 manat məbləğində borcun əsassız olduğundan silinməsini tələb edir.
13. Cavabdeh mübahisələndirilən borc məbləğinin 2011-ci il tarixindən əvvəl hesablandığını və məlumat bazasından əldə edilərək daxil edildiyini bildirir və üzləşmə aktları ilə iddiaçının borcu təsdiq etdiyini bildirərək iddianın rədd olunmasını xahiş edir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. İstehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsi həyata keçirən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
17. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.
18. Göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istehlak edilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur.
19. Sadalanan qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd edir ki, istehlak edilmiş su və axıdılmış tullantı sularına görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, borcun hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi daşıyır.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Başqa sözlə, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
21. Lakin cavabdeh abonent haqqında məlumatda göstərilmiş əvvəlki tarixdən keçən 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borcun əsaslılığına dair hər hansı sübut təqdim etməmiş, həmin borcun əsasında duran suölçən cihaz göstəriciləri, hesab-faktura, qaimə və s. sənədləri iş materiallarında mövcud olmamışdır. Bu mənada məhkəmə xüsusilə qeyd edir ki, “abonent haqqında məlumat” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran adıçəkilən məlumatlar təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Cavabdeh isə borcun Abşeron Rayon Sukanal İdarəsinin bazasından əldə edildiyini bildirməklə kifayətlənmişdir.
22. Məhkəmə cavabdehin etirazının digər əsası olan üzləşmə aktları ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. İş materiallarında 19 yanvar 2021-ci il tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə içməli suya görə 16731,63 manat, tullantı suya görə 6690,46 manat, 20 aprel 2023-cü il tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə xx.xx.2023-cü il tarixə içməli suya görə 16921,63 manat, tullantı suya görə 6740,46 manat borc təsdiq edilmişdir.
24. Məhkəmə hesab edir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz.
25. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir.
26. Göründüyü kimi, “Sudan istifadə Qaydaları”na əsasən, üzləşmə aktını tərtib etmək istehlakçının öhdəliyi hesab olunur. Başqa sözlə, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktının” xüsusi statusu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Eyni zamanda cavabdeh Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2011-ci il tarixdən əvvəlki dövr üçün hesablanan 15071,68 manat içməli su, 7100,02 manat tullantı suyuna görə borcun əsaslılığı sübut oluna bilmir və bu səbəbdən həmin borc məbləğləri silinməlidir.
28. Digər tərəfdən, iddiaçının silinməsini tələb etdiyi 334,39 (22506,09- (15071,68+7100,02)) manat borc isə 2011-ci il tarixdən əvvəlki dövr üçün qalıq keçən deyil, həmin tarixdən sonra hesablanan, lakin ödənilməyən borcdur. Bu isə həmin hissədə iddianın təmin edilməsini qeyri-mümkün edir.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı İB-yə (Salyan RQİİ-nin Şirvan xidmət sahəsi) məxsus 440142 saylı abonent koduna hesablanmış 22171,70 (15071,68+7100,02) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin üzərinə qoyulmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eyni zamanda ödənilmiş 157,52 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 157,52 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156,52 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tutularaq İddiaçı İB-yə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçınə (Salyan RQİİ-nin Şirvan xidmət sahəsi) məxsus 440142 saylı abonent koduna hesablanmış 22171 (iyirmi iki min yüz yetmiş bir) manat 70 (yetmiş) qəpik məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 (bir yüz əlli altı) manat 52 (əlli iki) qəpik məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova