Məhkəmə qərarları › İş №e-2-2(113)-4365/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4365/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4365/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İnvestreyd CO B.S.C Close-də qarşı ("xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) ipoteka müqavilələrinə xitam verilməsi, mənzilin ipotekadan azad edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “İnvestreyd CO B.S.C Close”şirkətinə qarşı ("xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” şirkəti ilə İddiaçı arasında 21 saylı Notariat Kontorunda bağlanmış 19 may 2017-ci il tarixli 3M-277 və 3M- 278 reyestr nömrəli ipoteka Müqavilələrinə xitam verilməsi, ünvan 2akı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllə, 36 saylı 36 evin, 52 saylı mənzilin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh şirkəti (Borc verən) ilə “Pro Kredit” BOKT(Borclu) arasında 19 may 2017-ci il tarixdə mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən borclu bu müqavilə ilə “Cavabdeh şirkəti (borc verən) ilə “Pro Kredit” BOKT arasında 01 aprel 2015-ci il tarixdə bağlanmış baş vəkalə Müqaviləsindən irəli gələn öhdəliklə borc verənə 925.000 ABŞ dolları məbləğində pul borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcu – 925.000 ABŞ dolları məbləğində pulu 19 may 2018-ci il tarixədək tam ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürür və ya tərəflərin qarşılıqlı razılığı ilə borcun qaytarılma müddəti uzadıla bilər. Bu müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll edilir. Eyni zamanda yuxarıda qeyd olunan öhdəliyin icrasını təmin etmək üçün “Cavabdeh” şirkəti ilə İddiaçı Aşir oğlu arasında 21 saylı Notariat Kontorunda 19 may 2017-ci il tarixli 3M-277 və 3M-278 reyestr nömrəli ipoteka müqavilələri bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 2akı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllə,ev 36, 52 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 24 iyun 2019-cu il tarixdə “Cavabdeh” şirkəti, “Pro Kredit” BOKT və İddiaçı Aşir oğlu arasında aşağıda qeyd olunan şərtlərə dair əlavə saziş (Settlement Agreement) bağlanmışdır: 19 may 2017-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə ilə nəzərdə tutulmuş 925.000 ABŞ dolları borcdan hal-hazırda 600.000 ABŞ dolları məbləğdə borcun qalması müəyyən edilmiş; həmin borcun 320.000 ABŞ dolları müəyyən edilməklə, həmin borcdan 260.000 ABŞ dolları məbləğində borcun 14 gün ərzində, qalan 60.000 ABŞ dolları məbləğində borcun isə hər biri 10.000 ABŞ dolları olmaqla 6 ay müddətinə ödənilməsi müəyyən edilmiş; borc verənin ilk ödənişdən sonra ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/130-2131 saylı bağ evinin, digər tranşlardan sonra isə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin ipotekadan azad edilməsi razılaşdırılmışdır. 26 avqust 2019-cu il tarixdə “Cavabdeh şirkəti, “Pro Kredit” BOKT və İddiaçı Aşir oğlu arasında aşağıda qeyd olunan şərtlərə dair əlavə saziş (Settlement Agreement) bağlanmışdır: borclu 260.000 ABŞ dolları məbləğində borcu birdəfəlik olaraq 30 sentyabr 2019-cu il tarixədək, qalan 60.000 ABŞ dolları məbləğində borcu isə iki hissə ilə 10.000 ABŞ dolları 25 iyun 2019-cu il və 50.000 ABŞ dollarını 30 sentyabr 2019-cu iltarixədək ödəməyi öhdəsinə götürür. Daha sonra “Pro Kredit” BOKT 28 iyun 2019-cu il tarixdə 10.000 ABŞ dolları və 07 oktyabr 2019-cu il tarixdə 310.000 ABŞ dolları vəsaiti “Cavabdeh” şirkətinin X1 bank hesabına köçürərək, sonuncu qarşısında üzərinə götürdüyü borc öhdəliyini tam şəkildə icra etmişdir. Bununla yanaşı “Cavabdeh şirkəti 26 sentyabr 2019-cu il tarixdə vəkalətnamə verərək, 19 may 2017-ci il tarixli 3M-277 və 3M-278 reyestr nömrəli ipoteka müqavilələri ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməsini nümayəndəsi Fərid Hüseynova tapşırmışdır. Vəkalətnamənin müddəti 30 gün müəyyən edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəməyə ünvanlandığı ərizədə ünvan 2akı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllə, 36 saylı 36 evin, 52 saylı mənzilin ipotekadan azad edilməsinə etirazının olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC (vəkil) ilə İnvestrade Company B.S.C (müvəkkil) arasında 01 aprel 2015-ci il tarixli baş vəkalə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: A bəndinə əsasən müvəkkil vəkili vaxtaşırı olaraq sərmayə qoymaq/maliyyə vəsaiti qoymaq məqsədilə özünün vəkili təyin etmək istəyir. B bəndinə əsasən vəkil müvəkkilin vəkili təyin edilməyi qəbul edərək, müvəkkilin maliyyə vəsaitlərini vəkilin aktivləri kompeksinə, aktivlər kompleksinin xəzinədarlığına və ya Müvəkkilin Şəriət Komitəsi tərəfindən müəyyənləşdirdiyi kimi, İslam Şəriətinin qayda və prinsiplərinə müvafiq olatraq müvəkkil tərəfindən icazə verilmiş hər hansı digər aktivlərə qoymaq niyyətindədir. 8.2-ci bəndinə əsasən bu müqavilənin etibarlılıq müddəti müqavilənin imzalanması tarixindən sonra bir ildir və bundan sonra tərəflər müqavilənin etibarlılıq müddəti bitdikdən sonra müddətini uzatmaq istəmədiklərinə dair otuz gün qabaqcadan yazılı bildiriş göndərənədək müqavilənin müddəti avtomatik olaraq növbəti bir illik müddət və ya müddətlər üçün uzadılmalıdır və qeyd edilmiş bildiriş verildikdə isə müqavilənin etibarlılıq müddəti növbəti etibarlılıq müddətinin başa çatması tarixində başa çatmalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “İnvestreyd” CO B.S.C Closed (borc verən) ilə "xxxx" ASC (borclu) arasında 19 may 2017-ci il tarixli “Mövcud borcun etiraf edilməsi haqqında” mücərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclu bu müqavilə ilə “İnvestreyd” CO B.S.C Closed ilə "xxxx" ASC arasında 01 aprel 2015-ci il tarixdə bağlanmış Baş Vəkalə müqaviləsindən irəli gələn öhdəliklə borc verənə 925.000 ABŞ dolları məbləğində pul borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən tərəflər bununla bildirirlər və təsdiq edirlər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirməyəcək. 2.1-ci bəndinə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu 925.000 ABŞ dolları 19.05.2018-ci il tarixədək bütövlükdə (tam şəkildə) ödəməklə borc verənə qaytarmağı öhdəsinə götürür və ya tərəflərin qarşılıqlı razılığı ilə borcun qaytarılma müddəti uzadıla bilər. Müqavilə hər iki tərəf tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. “Cavabdeh (ipoteka saxlayan), İddiaçı Aşir oğlu (ipoteka qoyan) arasında 19.05.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayana “İnvestreyd Co B.S.C. Closed” ilə "xxxx" ASC arasında 01.04.2015-ci il tarixdə bağlanmış baş vəkalə müqaviləsindən irəli gələn öhdəlik üzrə "xxxx" ASC-nin 925.000 ABŞ dolları məbləğində pul borcunun olduğunu etiraf etdiyi 19.05.2017-ci il tarixli 3M-276 reyestrli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilənin öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən ipoteka qoyan 19.05.2017-ci il tarixli 3M-276 reyestrli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqaviləsi üzrə və bu müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ni Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 16.11.2016-cı il tarixdə verilmiş daşınmaz əmlakın reyestrində 139 nömrəli reyestr kitabının, 13846 nömrəli vərəqədə qeydə alınmış, reyestr nömrəsi **********72-11301 qeydiyyat nömrəsi ********** daşınmaz əmlakın dövlət reyestr xidmətindən RX № ******* çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/130-2131 ünvanında yerləşən ümumi sahəsi 369.6 kv.metr olan bağ evini ipoteka saxlayana ipotekaya qoymuşdur. 4.3-cü bəndinə əsasən ipoteka qoyan tərəfindən ipoteka müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunduğu təqdirdə ipoteka qoyanın yaızılı müraciəti əsasında ipoteka münasibətlərinə xitam verilməsi barədə ona yazılı sənəd vermək ipoteka saxlayanın öhdəliyidir. Müqavilə hər iki tərəf tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. “Cavabdeh (ipoteka saxlayan), İddiaçı Aşir oğlu (ipoteka qoyan) arasında 19.05.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayana “İnvestreyd Co B.S.C. Closed” ilə "xxxx" ASC arasında 01.04.2015-ci il tarixdə bağlanmış baş vəkalə müqaviləsindən irəli gələn öhdəlik üzrə "xxxx" ASC-nin 925.000 ABŞ dolları məbləğində pul borcunun olduğunu etiraf etdiyi 19.05.2017-ci il tarixli 3M-276 reyestrli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilənin öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən ipoteka qoyan 19.05.2017-ci il tarixli 3M-276 reyestrli Mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqaviləsi üzrə və bu müqavilənin öhdəliklərini tam şəkildə yerinə yetirməyi və müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərinin təminatı olaraq ona məxsus olan ipoteka predmeti kimi çıxış edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ni Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 19.06.2010cu il tarixdə verilmiş daşınmaz əmlakın reyestrində 1180 nömrəli reyestr kitabının, 107111 nömrəli vərəqədə qeydə alınmış, reyestr nömrəsi **********40-05301-093059 qeydiyyat nömrəsi ********** daşınmaz əmlakın dövlət reyestr xidmətindən RX № ******* çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163,3 kv.metr olan mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur. 4.3-cü bəndinə əsasən ipoteka qoyan tərəfindən ipoteka müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunduğu təqdirdə ipoteka qoyanın yaızılı müraciəti əsasında ipoteka münasibətlərinə xitam verilməsi barədə ona yazılı sənəd vermək ipoteka saxlayanın öhdəliyidir. Müqavilə hər iki tərəf tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. - “Cavabdeh şirkəti (İnvestor), “Pro Kredit” BOKT (agent) və İddiaçı Aşir oğlu (girov üzrə borclu)arasında 24 iyun 2019-cu il tarixli əlavə saziş (Settlement Agreement) bağlanmışdır. Həmin Sazişin: B bəndinə əsasən vakala müqaviləsinə uyğun olaraq, investor və agent, qarşılıqlı etimada əsaslanaraq, agentin investor tərəfindən təqdim etdiyi maliyyə vəsaitini Şəriət Qanunu prinsipləri əsasında agentin adına və ya agentin seçdiyi şəxsin adından istifadə edəcəyini qəbul etdiyi bildirmişlər. 1.1-ci bəndinə əsasən agent investora ümumilikdə 320.000 ABŞ dolları vəsaiti hissələrlə qaytarılması müəyyən edilmişdir. 1.2-ci bəndinə əsasən bu Sazişin imzalanmasından sonra 14 gün ərzində birdəfəlik ödənişlə 260.000 ABŞ dolları ("Birinci Tranş"); və 25 iyun 2019; 25 iyul 2019; 25 Avqust 2019; 25 sentyabr 2019; 25 oktyabr 2019; 25 Noyabr 2019-cu il tarixlərdə 10.000 ABŞ dolları olmaqla 6 aylıq hissə- hissə ödənilən 60.000 ABŞ Dolları: 6 aylıq ödənişlərin hamısı birlikdə "İkinci Tranş" olaraq adlandırılır. 2.1-ci bəndinə əsasən investor ipoteka müqavilələrini aşağıdakı kimi azad etməyi öhdəsinə götürmüşdür.

1. Evlə əlaqəli ilk ipoteka müqaviləsi üçün investor tərəfindən birinci tranşın ödənişi alındıqdan sonra;

2. Mənzilə aid ikinci ipoteka müqaviləsi üçün ikinci tranşın tam ödənişini aldıqdan sonra. Müqavilə investor və agentin imzası və möhürü və borclunun imzası ilə təsdiq edilmişdir. 28.06.2019-cu il tarixli 01 saylı köçürmə üzrə ərizəyə əsasən 01 aprel 2015-ci il tarixli baş vəkalə müqaviləsi üzrə Pro Kredit BOKT” ASC tərəfindən 10.000 ABŞ dolları məbləğində pul vəsaitləri “İnvestreyd” CO B.S.C Closed şirkətinin 100-000-217-722 saylı hesabına köçürülmüşdür. 07.10.2019-cu il tarixli 02 saylı köçürmə üzrə ərizəyə əsasən 01 aprel 2015-ci il tarixli baş vəkalə müqaviləsi üzrə "xxxx" ASC tərəfindən 310.000 ABŞ dolları məbləğində pul vəsaitləri “İnvestreyd” CO B.S.C Closed şirkətinin 100-000-217-722 saylı hesabına köçürülmüşdür. 26 sentyabr 2019-cu il tarixli etibarnamə ilə “İnvestreyd” CO B.S.C Closed şirkəti tərəfindən Fərid Hüseynov adlı şəxsə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 488/489-cu məhəllə, ev 36, 52 saylı mənzili və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/130-2131 saylı bağ evi üzərində ipotekaya xitam verilməsi üçün işlər görmək səlahiyyəti verilmişdir. Elektron sistemə əlavə edilmiş “Cavabdeh şirkəti, “Pro Kredit” BOKT və İddiaçı Aşir oğlu arasında bağlanmış 24 iyun 2019-cu il tarixli əlavə sazişə dəyişiklik edilməsi barədə 26 avqust 2019-cu il tarixli razılaşmadan müəyyən edilir ki, əlavə saziş üzrə ödənişlərin edilməsi müddətlərinə dəyişikliklər edilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh “İnvestreyd” CO B.S.C Closed ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC arasında 19 may 2017-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC İnvestreyd” CO B.S.C Closed şirkətinə 01 aprel 2015-ci il tarixli baş vəkalə müqaviləsi üzrə 925.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş və həmin borcu müqavilədə göstərilən şərtlərlə və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə üzrə "xxxx" ASC-nin öhdəliyinin təminatı olaraq İddiaçı və cavabdeh “Cavabdeh arasında 19.05.2017-ci il tarixli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/130-2131 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 369,6 kv.metr olan bağ evi və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163,3 kv.metr olan mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan sonra 24 iyun 2019-cu il tarixdə “Cavabdeh” şirkəti, “Pro Kredit” BOKT və İddiaçı Aşir oğlu arasında əlavə saziş (Settlement Agreement) bağlanmış və həmin saziş ilə “Pro Kredit” BOKT-un 19 may 2017-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə ilə nəzərdə tutulmuş 925.000 ABŞ dolları borcundan hal-hazırda 600.000 ABŞ dolları məbləğdə borcun qalması müəyyən edilmiş, eyni zamanda həmin saziş ilə tərəflər həmin borcdan birinci ödəniş olaraq 260.000 ABŞ dolları borcun 14 gün ərzində, ikinci ödəniş olaraq 60.000 ABŞ dolları borcun isə hər biri 10.000 ABŞ dolları olmaqla 6 ay müddətinə “Cavabdeh” şirkətinə ödənilməsi; borc verənin ilk ödənişdən sonra ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/130-2131 saylı bağ evinin, digər ödənişlərdən sonra isə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin ipotekadan azad edilməsi barədə razılığa gəlmişlər. "xxxx" ASC tərəfindən 28.06.2019-cu il tarixdə 10.000 ABŞ dolları məbləğində və 07.10.2019-cu il tarixdə 310.000 ABŞ dolları məbləğində pul vəsaiti “İnvestreyd” CO B.S.C Closed şirkətinə köçürülmüşdür. Hazırda İddiaçı 24 iyun 2019-cu il tarixli əlavə sazişə əsasən ödənilməsi nəzərdə tutulmuş 320.000 ABŞ dolları məbləğində pul vəsaitinin “Cavabdeh” şirkətinə ödənildiyini əsas göstərərək 19.05.2017-ci il tarixli ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş bağ evi və mənzilin ipotekadan azad edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, ipotekaya xitam verilməsi əsasları “İpoteka haqqında” AR Qanununun 48.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. İddiaçı iddia ərizəsində mübahisəli ipoteka müqavilələri üzrə ipotekaya xitam verilməsi üçün iki əsasa - əsas öhdəliyə xitam verilməsinə (48.1.2) və ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlmələrinə (48.1.1) istinad etmişdir. Birinci əsasa münasibətdə qeyd edilməlidir ki, öhdəliyinə xitam verilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Hazırkı işin hallarından isə görünür ki, İddiaçı tərəfindən məhkəməyə ipotekalar ilə təmin edilmiş 19 may 2017-ci il tarixli mövcud borcun etiraf edilməsi haqqında mücərrəd müqavilədən irəli gələn 925.000 ABŞ dolları məbləğində əsas öhdəlikdən yalnız 320.000 ABŞ dollarının ödənilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Odur ki, təqdim edilmiş sübutlar ipoteka ilə təmin edilmiş əsas öhdəliyin tam icra edilməsi və göstərilən əsasla həmin öhdəliyə tamamilə xitam verilməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bununla yanaşı məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sənədlər əsasında ipotekalar ilə təmin edilmiş əsas öhdəliyə xitam verilməsi üçün Mülki Məcəllənin 527.1-ci maddəsinə göstərilən digər əsasların mövcud olması da müəyyən edilməmişdir. İpoteka saxlayan və ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə razılığa gəlməsi barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə iddiaçı həmin dəlillərini tərəflər arasında 24 iyun 2019-cu il tarixli əlavə sazişin bağlanması və həmin sazişə əsasən cavabdeh “Cavabdeh” şirkətinin əsas öhdəlikdən 320.000 ABŞ dolları məbləğində vəsait ödənildiyi halda ipotekaya xitam verilməsinə dair öhdəlik götürməsi ilə əsaslandırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, ipotekaya xitam verilməsi barədə razılaşma mahiyyət etibarilə ipoteka müqaviləsinin ləğv edilməsi barədə razılaşmadır. MPM-nin 423.1-ci maddəsinə görə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İddiaçının istinad etdiyi əlavə saziş isə ipoteka müqaviləsi üçün qanunda nəzərdə tutulmuş formada bağlanmadığından (notarial qaydada təsdiq edilməmişdir) MPM-in 423.1—ci maddəsinin tələbləri baxımından həmin sazişin ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə etibarlı razılaşma kimi qəbul edilə bilməz. İkincisi, həmin sazişin məzmunundan da n göründüyü kimi sazişə əsasən iddiaçı, cavabdeh və üçüncü şəxs şərtsiz olaraq deyil, borcun bir hissəsinin həmin sazişdə göstərilən şərtlərləvə müddətdə ödənilməsi şərti ilə ipotekaya xitam verilməsi barədə razılığa gəlmişlər. İş materiallarından isə görünür ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən 320.000 ABŞ dolları məbləğində ödəniş sazişlə, eləcə də ona dəyişiklik edilməsi barədə razılaşma ilə müəyyən edilmiş müddətdə həyata keçirilməmişdir. Digər tərəfdən cavabdeh “Cavabdeh” şirkətinin mübahisəli əmlakların ipotekadan azad edilməsi üçün Fərid Hüseynov adlı şəxsə etibarnamə verməsi və göstərilən halın cavabdehin əmlakların ipotekadan azad edilməsinə dair razı olmasını sübut etməsi barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, istinad edilən etibarnamə 26 sentyabr 2019-cu il tarixdə, yəni "xxxx" ASC tərəfindən əlavə saziş üzrə əsas ödəniş həyata keçirilməmişdən əvvəl verildiyindən cavabdehin ödənişi qəbul etdikdən sonra ipotekaya xitam verilməsinə razılıq verməsinə və bununla bağlı tərəflər arasında mübahisənin mövcud olmamasına dəlalət etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ipotekaya xitam verilməsi üçün qanunda və ipoteka müqavilələrində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən həmin müqavilələr üzrə ipoteka xitam verilməsi barədə iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "Cavabdeh" şirkətinə qarşı ipoteka müqavilələrinə xitam verilməsi, daşınmaz əmlakların ipotekadan azad edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar