Məhkəmə qərarları › İş №e-2-2(113)-437/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-437/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-437/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 070 220-45-66, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, 070 220-00-19, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinə görə 14.972 manat xidmət haqqının, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2007-cü il tarixli, 216600 saylı və xx.xx.2007-cü il tarixli, 216600 saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqavilələrinə və həmin müqavilələrə AN 216600 saylı əlavələrə əsasən iddiaçı cavabdehə telekommunikasiya xidmətləri göstərir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürür. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 məhkəməyə izahatında iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2007-cü il tarixli, 216600 saylı və xx.xx.2007-cü il tarixli, 216600 saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqavilələri, müqavilələrə Əlavələr imzalanmışdır.

9. İş materiallarına əlavə olunmuş hesab/invoysdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin ***-***-**- ** mobil nömrə üzrə 14.909,76 manat, ***-***-**-** mobil nömrə üzrə 63,19 manat borcu yaranmışdır.

10. Bundan başqa, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə və müqaviləyə əlavələrə əsasən cavabdehə 19 mobil nömrə təqdim edilmiş, cavabdehin 070 ***-**-** mobil nömrə üzrə 1.012,33 manat, ***-***-**-** mobil nömrə üzrə 648,60 manat, ***- ***-**-** mobil nömrə üzrə 5.56 manat, ***-***-**-** mobil nömrə üzrə 5.225,70 manat, ***-***- **-** mobil nömrə üzrə 99,38 manat, ***-***-**-** mobil nömrə üzrə 99,38 manat, 070 ***-**-** mobil nömrə üzrə 1.222,85 manat, ***-***-**-** mobil nömrə üzrə 722,15 manat, ***-***-**-** mobil nömrə üzrə 99,38 manat, ***-***-**-** mobil nömrə üzrə 1.358,59 manat, ***-***-**-** mobil nömrə üzrə 498,08 manat, ***-***-**-** mobil nömrə üzrə 1.398,23 manat, ***-***-**-** mobil nömrə üzrə 103,38 manat, ***-***-**-** mobil nömrə üzrə 237,92 manat, ***-***-**-** mobil nömrə üzrə 64 manat, ***-***-**-** mobil nömrə üzrə 272,10 manat, ***-***-**-** mobil nömrə üzrə 737,05 manat, ***-***-**-** mobil nömrə üzrə 66.10 manat, ***-***-**-** mobil nömrə üzrə 1.102,20 manat olmaqla, ümumilikdə 14.972,94 manat borcu yaranmışdır.

11. İş materiallarında olan hesab/invoysdan görünür ki, 070 ***-**-** və ***-***-**-** mobil nömrələr üzrə tələb olunan borc xx.xx.2019-cu il tarixinədək hesablanmış borc məbləğidir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tələb olunan borc məbləği 2019-cu ildən əvvəlki dövrdə göstərilmiş xidmətlərə görə yaranmış borcdur.

13. Bundan başqa, məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi mobil nömrələrdən istifadəyə görə xidmət haqqının ödənilmədiyi halda nömrələr üzrə rabitə xəttinin kəsilməməsinin səbəbi kimi müştərinin VİP müştəri olduğunu, ona limit ayrıldığını qeyd etmişdir.

14. Beləliklə məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehə dəyəri 14.972,94 manat təşkil edən xidmətlər göstərilmiş, cavabdeh isə borcu ödəməmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələb olunan borc məbləği üzrə iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

17. İşdən də, göründüyü və iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan da, aydın olur ki, iddiaçı tərəfindən tələb edilən borc məbləği 070 ***-**-** və ***-***-**-** nömrələr üzrə xx.xx.2019-cu ilədək, digər nömrələr üzrə isə 2019-cu il tarixdən əvvəlki tarixləri əhatə edir.

18. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, mediasiya tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ilə aiddir.

19. Göründüyü kimi, borcun hesablandığı tarixdən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, göstərilmiş xidmətlərə görə hesablanmış borc xx.xx.2019-cu il tarixinədək hesablandığından, qanunda nəzərdə tutulmuş iddia müddəti artıq xx.xx.2022-ci il tarixində bitmişdir.

20. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

21. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar