Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4370/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə barədə iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış SS24/78 nömrəli, xx.xx.2024-cü il tarixli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə birlikdə 4915 manat əsas və 884,7 manat ƏDV məbləği olmaqla,cəmi 5799,70 manat məbləğində borcun; eləcə də, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 85 manat dövlət rüsumunun və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 700 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, tərəflər arasında imzalanmış SS24/78 nömrəli, xx.xx.2024-cü il tarixli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə birlikdə 2415 manat əsas və 434,7 manat ƏDV məbləği olmaqla,cəmi 2849,7 manat məbləğində borcun; eləcə də, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 85 manat dövlət rüsumunun və nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 700 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, hazırda cavabdehin iddia tələbi üzrə nəzərdə tutulan məbləğləri tam olaraq ödədiyini, bu səbəbdən də məhkəmə icraatının davam etdirilməsi zərurətinin aradan qalxdığını bildirmişdir. İddiaçı iddia tələblərindən imtina edərək, iddia tələbindən imtinan hüquqi nəticələrinin aydın olduğunu və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və işin materiallarını araşdıraraq hesab edirəm ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə hesab edirəm ki, iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin iddiadan imtinası qəbul olunsun. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4370/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4370/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver