Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-438/2023 07.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 50380,28 manat məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 09 oktyabr 2019-cu il tarixdə 150 saylı “X1” bağlanmış, müqavilədə göstərilən xidmətlər tam yerinə yetirilmişdir.Müqavilənin predmetinə görə iddiaçı "xxxx" MMC tərəfindən nəqliyyat və nəqliyyat ekspedisiyası xidmətləri, hər növ stansiya xidmətləri, gömrük rəsmiləşdirilməsi və ya digər rəsmiləşdirmələr, keyfiyyət və kəmiyyət ölçüləri, yüklərin /malların saxlanılması/ anbarlaşdırılması, yüklərin /malların aşırılması, tərəflərin razılaşdırdığı digər əməliyyatlar həyata keçirilməli, əvəzində ödəniş əldə edilməlidir. Göstərilən xidmətlər tam şəkildə həyata keçirilsə də bu günədək ödəniş həyata keçirilməmişdir. Belə ki, müqaviləyə əsasən yerinə yetirilmiş xidmətə görə Cavabdeh1 MMC-nin iddiaçı "xxxx" MMC-yə 50380,28 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qeyd edilən borc məbləğinin olması haqqında məlumatlıdır, bu barədə ona ödəniş edilməsi haqqında dəfələrlə bildirildikdə yaxın günlərdə borcun ödəniləcəyinə vəd verməsinə baxmayaraq, ödənişi təmin etməmişdir. O, müqavilə ilə birgə fəaliyyət göstərdiyi vaxtda qeyd edilən pul məbləğinin başqa yerə ödədiyindən "xxxx" MMC-yə ödəyə bilməyərək borclu qaldığına dair izahat vermişdir. Bu səbəbdən də hazırda kommersiya mübahisəsi yaranmışdır. Müqaviləyə əsasən sifarişçi 12595,28 manat yerinə yetirilmiş işlərə görə pul vəsaiti ödənilməsini öhdəsinə götürmüş, lakin noyabr 2021-ci il tarixə kimi heç bir pul vəsaiti ödənilməmişdir. Müqavilənin 4.1.5-ci bəndinə əsasən ödənişin gecikdirilmiş hər günü üçün 0,5% miqdarında cərimə ödənilməsi öztəsdiqini tapır. İcraçı kimisifarişçiyə müqavilə üzrə xidmətlərin göstərilməsi xx.xx.2020-ci il tarixdə başa çatmışdır. qeyd edilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üzrə keçən 600 günə görə 12595.28 manat əsas borca x 0,5% = 62,97 manat x 600 gün = 37785 manat cərimə ödənilməlidir. Son nəticədə borclu Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-yə 12595.28 manat əsas borc, 37785 manat cərimə, cəmi 50380,28 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi qanunvericiliklə Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq izahatında hazırki iddia tələbinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsinə əsasən təsdiq edilən barışıq sazişində ödənilməsi nəzərdə tutulan xidmətlərə əsasən deyil, bu müqavilə ilə göstərilən digər xidmətlərə aid olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında iddiaçı "xxxx" MMC-yə borcun olmadığını, həmçinin iddiaçının elektron qaimələrdən başqa heç bir sübutun olmadığını nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh1 MMC-nin təqdim etdiyi sifarişlərə əsasən bir sıra əməliyyatların icrasını və ya icrasının təşkilini, Cavabdeh1 MMC isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 866935 nömrəli qaimədən görünür ki, M-Line Logistics MMC 22022.28 manat məbləğində yükdaşıma xidmətləri görmüşdür xx.xx.2020-ci il tarixli 499545 nömrəli EBAG seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh1 MMC-yə 840 manat məbləğində yükdaşıma xidmətləri göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 049126 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC AA Transport Servis” MMC-yə 2500 manat məbləğində yükdaşıma xidmətləri göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 049651 nömrəli elektron qaimədən görünür ki, M- Line Logistics MMC AA Transport Servis” MMC-yə 4233 manat məbləğində yükdaşıma xidmətləri göstərmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-nin hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC-nin hesabına 7000 manat məbləğində ödəniş edilmişdir. 04 fevral 2020-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, müqavilə üzrə "xxxx" MMC AA Transport Servis” MMC-yə ümumilikdə 29595,28 manat məbləğində xidmət göstərmiş, AA Transport Servis” MMC isə 17000 manat məbləğində ödəniş etmiş və 12595,28 manat məbləğində qalıq borc qalmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsindən görünür ki, 24 noyabr 2021-ci il tarixli "xxxx" MMC, "xxxx" MMC və X3 arasında mediasiya prosesində bağlanmış barışıq sazişi həmin sazişin 2.3-cü bəndi istisna olmaqla təsdiq edilmişdir. Barışıq sazişi 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli müqavilə üzrə yaranmış 20675 manat məbləğində borcun "xxxx" MMC və X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında yükdaşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı yükdaşıma xidmətləri göstərməyi, Cavabdeh1 MMC isə göstərilən xidmətin müqabilində nəzərdə tutulan ödənişi etməyi öz üzərinə götürmüşdür, iddiaçı tərəfindən 2020-ci ilin fevral və may aylarında sistemə vurulan elektron qaimələrə əsasən 29595,28 manat məbləğində xidmət göstərilmiş, bunun qarşılığında isə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 10000 manat və xx.xx.2020-ci il tarixli 7000 manat, ümumilikdə 17000 manat məbləğində ödəniş edilmişdir. 04 fevral 2020-ci il tarixdə isə iddiaçı tərəfindən maliyyə arayışı tərtib olunmuş, buna əsasən cavabdehin 12595,28 manat məbləğində borcunun qaldığı qeyd edilmişdir. Bununla yanaşı iddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və X3 arasında 24 noyabr 2021-ci il tarixli barışıq sazişi bağlanmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsinə əsasən sözügedən barışıq sazişi ilə 09 oktyabr 2019-cu il tarixli, 150 nömrəli müqavilə üzrə yaranmış 20675 manat məbləğində borcun "xxxx" MMC və X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi təsdiq edilmişdir. Təsdiq edilmiş barışıq sazişində 20675 manat məbləğində borcun hansı xidmətlər üzrə, hansı elektron qaimələr üzrə yarandığı qeyd edilməmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş elektron qaimələr tərəflər arasında bağlanılan 24 noyabr 2021-ci il tarixli barışıq sazişindən daha əvvəlki tarixlərə aiddir, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-(113)-1430/2022 nömrəli qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişində tələb olunan məbləğ hazırki iddia tələbindən daha çoxdur və iddiaçı ərizəsində xahiş etdiyi 2020-ci il tarixdə yaranmış 12595 manat məbləğində əsas borcun barışıq sazişində göstərilən 20675 manat məbləğində borca aid olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, belə ki, iddiaçı 2020-ci ildə yaranmış əsas borc kimi 12595 manat tələb etmiş, halbuki 24 noyabr 2021-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən iddiaçı Cavabdeh1 MMC ilə 20675 manat məbləğində borcun ödənilməsi ilə bağlı, yəni tərəflərin barışıq sazişini imzaladığı 24 noyabr 2021-ci il tarixdən əvvəl yaranmış borcla bağlı razılaşmışlar, hazırda tələb olunan borc isə barışıq sazişi imzalanan tarixdən sonra deyil, əvvəl (2020-ci il) yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, borc iki hüquqi şəxsin arasında yaranmış, barışıq sazişində, həm də hazırki tələb üzrə olan fiziki şəxslərdən X3 Cavabdeh1 MMC-nin əvvəlki, Cavabdeh2 isə indiki direktordur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 2020-ci ildə yaranmış 12595 manat məbləğində əsas borcun 24 noyabr 2021-ci il tarixli barışıq sazişində göstərilən xidmətlərə görə yaranmış 20675 manat məbləğində borcdan fərqli göstərilən xidmətlərə görə yaranmasını sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC 12595,28 manat əsas borc və 37785 manat cərimə cəmi 50380,28 manat məbləğində borcun olduğunu qeyd etsə də, məhkəməyə elektron qaimələrdən başqa heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" MMCnin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı 50380,28 manat (12595.28 manat əsas borc və 37785 manat cərimə) məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun tutulması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı 50380,28 manat (12595.28 manat əsas borc və 37785 manat cərimə) məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-438/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-438/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver