Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4400/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar Ayhan Çalbayın və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının protokollarının etibarsız hesab edilməsinə dair kommersiya mübahisəsi (açar sözlər: ümumi yığıncaq, protokollar etibarsız) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20 oglunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 oglunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oglunun iştirakı ilə İddiaçılar Ayhan Çalbayın və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi) Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016-cı il tarixli, 13 may 2017-ci il tarixli 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh3 26 may 2019-cu il tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar Ayhan Çalbay və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh3 26 may 2019-cu il tarixindən imzaladığı bütün müqavilələrin, əmrlərin, sərəncamların, adından vergi orqanına göndərilən bəyənnamələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonra iddiaçılar iddia ərizəsinin dəyişdirliməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016-cı il tarixli, 13 may 2017-ci il tarixli 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh3 26 may 2019-cu il tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına (**********242400) əsasən 08 noyabr 2012-ci il tarixində yaradılmış, 14 noyabr 2012-ci il tarixində ********** nömrə dövlət qeydiyyatına alınmış Cavabdeh1 Mənzil Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi Cavabdeh3dur və MTKnın aşağıdakı mütləq payda üzvləri vardır: 1. X7 – 19.8 %, 2. X9 – 4.95 %, 3. Cavabdeh3 – 1 %, 4. X14 – 24.752 %, 5. Əli-X17 – 24.75 %, 6. İddiaçı1 – 4.95%, 7. Çalbay AYHAN – 19.8%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 35 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. MTK-ya qarşı iştirakçıları Ayhan Çalbay və İddiaçı1 Bakı Kommersiya Məhkəməsində “payın müəyyən edilməsi, bölüşdürülməsi və s” tələbinə dair iddia ərizəsi üzrə keçirilən məhkəmə prosesində Protokollar təqdim edilmişdir. Məlumatları olmadan və heç bir Bildiriş verilmədən, qanunvericilikdə nəzərdə tutulan qaydada elan verilmədən MTK-nın üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may 2019-cu il tarixli Protokolda “Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. X1 imza atmışdır ki, həmin vaxt bu dünyada yox idi, ölmüşdür. Bundan başqa məlumatı olmadan və heç bir Bildiriş verilmədən, qanunvericilikdə nəzərdə tutulan qaydada elan verilmədən MTK-nın üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may 2021-ci il tarixli Protokolda“ Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. Protokol yetərsay olmadan imzalanmışdır. Belə ki, Protokola üzvlərdən 4.95% pay sahibi olan X9, 1 % pay sahibi olan Cavabdeh3, 24.75 % pay sahibi olan Əli-X17 imza atmışlar ki, bu üzvlərin cəmi payları 30.7% olmuşdur. Protokola MTK-ya üzv olmayan X18 və X12, eyni zamanda mərhum Koorporativ üzvü X7 imza atmışlar. Göründüyü kimi qanun pozuntusu göz qabağındadır. Cavabdeh3 qanun pozuntuları ilə keçirilmiş ümumi yığıncaq əsasında sədr seçildiyini bilə-bilə Kooperativdə sənədlərə imza atmış və səlahiyyəti olmadan MTK adından üçüncü şəxslərlə mülki hüquqi münasibətləri yaratmış və müqavilələrə, sənədlərə imza atmışdır. Çox güman ki, 26 may 2023-cü il tarixində MTK-da eyni qanun pozuntuları ilə ümumi yığıncaq keçirilmiş və “Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. Bundan başqa Protokolların tərtibatı, forması qanunvericiliyin tələbinə uyğun deyildir və qeydiyyat nömrəsi yoxdur. Bütün bunlar ona dəlalət edir ki, MTK-da özbaşnalıqdır, idarəçilik qanun pozuntuları əsasında aparılır və iştirakçı olaraq iddiaçıların və üçüncü şəxslərin, o cümlədən dövlətin qanuni mənafeləri pozulmuşdur və pozulmaqda davam edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Yuxarıda qeyd edilənlədən göründüyü kimi, MTK-da ümumi yığıncaq qanun pozuntuları ilə keçirildiyindən qanuni təmsilçi barədə qəbul edilən Protokollar Dövlət reyestrinə təqdim edilməmişdir. Hazırda bu pozuntu davam etməklə qanunla qorunan hüquq və azadlıqları, o cümlədən üçüncü şəxslərin hüquqları pozulur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.7-ci maddəsinə əsasən qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməlidir. Dövlət Vergi Xidməti səlahiyyət müddəti bitmiş qanuni təmsilçinin adından sənədləri, məlumatları, bəyənnamələri qəbul etməkdə özü belə qanun pozuntusu törətmişdir. Belə ki, reyestr məlumatlarında vergi orqanı qanuni təmsilçinin səlahiyyət müddətinin qurtarmasını bilə-bilə həmin şəxsin sənədlərini, məlumatlarını, bəyənnamələrini leqallaşdırmışdır. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 01 fevral 2013-cü il tarixli 029 №-li Cavabdeh1 MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ünvan 1 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və başa çatmışdır. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən; 1) ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2017-ci il tarixində 00800003-1-1101- 001233/1217 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 889.9 m2, Binanın ümumi sahəsi – 12558.2 m2 Binanın həcmi – 55727.6 m3 Girişlərin sayı – 1, Mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı –30, 3 otaqlı –54. 2) ünvan 2 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2019-cu il tarixində 00800003-1-1101-002011/0719 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 833.7 m2, Binanın ümumi sahəsi – 17124.9 m2 Binanın həcmi – 57253.2 m3 Mənzillərin yaşayış sahəsi – 10553 m2. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-ya "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırki tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTKnın sədri Cavabdeh3 müraciətə xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 Ümumi Yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. MTK-nın “sədri Cavabdeh3” xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirmir. Onun özü qanun pozuntusu ilə sədr vəzifəsini daşımasını bilə-bilə iddiaçıların hüquq və azadlıqlarını pozmuşdur. Ayhan Çalbay və İddiaçı1 MTK-nın təsisçiləridir, mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - ünvan 1 ərazisində Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, - ünvan 1 ərazisində Cavabdeh1 MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, - Kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. MTK-nın “sədri Cavabdeh3” Kooperativ üzvlərinin ümumi yığncağının çağırılması əvəzinə Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 43 nömrəli məktubunda əvvəlki xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubuna istinad etməklə məlumatların, sənədlərin verilməsindən və ümumi yığıncağın çağırılmasından imtina etmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-ya və Cavabdeh3 “protokolların və Cavabdeh3 sədr olaraq imzaladığı sənədlərin etibarsız hesab olunması” mübahisəsinə mediasiyada baxılması üçün X3 Barədə Təklif irəli sürülmüş, lakin Təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 mübahisəyə baxılması üçün Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Mübahisəyə baxılması ilə əlaqədar Bakı 15 saylı X4 Mediasiya Sessiyası keçirilmiş və sessiyada MTK-nın nümayəndəsi iştirak etməmiş və X5 X11 arayış verilmişdir. Bununla yanaşı Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 tərəfindən MTK-ya xx.xx.2022-ci il tarixində Pretenziya göndərilmiş və Pretenziyada həmçinin 10 gün müddətində ünvan 1 ünvanında tikilmiş hündürmərtəbəli binalarda mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş Kooperativin mənfəəti barədə rəsmi məlumat və sənədlərin verilməsi xahiş olunsa da, məlumat və sənədlər verilməmişdir. İddia ərizəsində qeyd edilən dəlillərdən göründüyü kimi, MTK-nın təsisçiləri və mütləq pay haqqı olan üzvləri Ayhan Çalbay və İddiaçı1 mülki qanunvericiliklə qorunan hüquqları pozulmuş və MTK-dan məlumatlar və sənədlərin alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsələr də mümkün olmamışdır.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oglu məhkəməyə iddiaya etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 cavabdeh "xxxx" MTK-nə qarşı "protokolların və sənədlərin etibarsızlığına dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nin Kooperativ üzvlərinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh3 26 may 2019-cu il tarixindən imzaladığı bütün müqavilələrin, əmrlərin, sərəncamların vergi orqanına göndərilən bəyamnamələrin etibarsız hesab edilməsi, Cavabdeh3 Kooperativin qanuni təmsilçisi barədə məlumatlarının dövlət reyestrindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin olaraq iddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021 -ei il tarixli çıxarışına əsasən "xxxx" MTK-nin qanuni təmsilçisi Cavabdeh3dur və MTK-nın aşağıdakı mütləq payda üzvləri vardır, X7- 19.8%, X9- 4.95%, Cavabdeh3- 1%, Əliyev Fərid 1 lüseyn oğlu- 24.752%, Əli-Zadə Famil 1 lüseyn oğlu_ 24.75%, İddiaçı1- 4.95%, Çalbay Ayhan- 19.8%. MTK onların məlumatı olmadan və heç bir Bildiriş verilmədən, qanunvericilikdə nəzərdə tutulan qaydada elan verilmədən MTK-nın üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may 2019-cu il tarixli Protokolda “Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir" X1 imza atmışdır. Həmçinin qeyd edilmişdir ki, Protokol yetərsay olmadan imzalanmışdı, protokola üzvlərdən 4.95% pay sahibi olan X10, 1% pay sahibi olan Cavabdeh3. 24.75% pay sahibi olan Əli-Zadə hamil Hüseyn oğlu imza atmışlar ki, bu üzvlərin cəmi payları 30.7% olmuşdur. Protokola MTK-nə üzvü olmayan X18 və X12, eyni zamanda mərhum Kooperativ üzvü X7 imza atmışlar, bu səbəblərdən protokolların qanunsuz olduğunu qeyd etmişlər. İddiaçılar Ayhan Çalbay və İddiaçı1 iddia tələbi tamamilə əsassız, absurd və qanunsuzdur. Belə ki, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 "xxxx" MTK-nin fəliyyətində iştirak etməmələri, binaların tikilməsində, ondan sonra saxlanılmasın iştirak etmədiklərindən və ümumiyyətlə kooperativin fəaliyyətində heç bir marağları olmaması səbəbdindən, "xxxx" MTK-nin əsas təsisçisi X14 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və may 2016-cı il tarixli 7 saylı protokoluna əsasən kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 kooperativin üzvlüyündə qalıb qalmayacaqları 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilmələri qərarı alınmışdır. Daha sonra, kooperativin ümumi yığıncağı keçirilmiş və "xxxx" MTK-nin noyabr 2016-ci il tarixli 10 saylı protokoluna əsasən, kooperativ üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqları barədə məlumat vermədikləri üçün axrıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Lakin, iddiaçılar şirkətə yenidən kooperativin üzvlüyündə qalıb-qalmamaları barədə hər-hansı bir məlumat verməmiş, bu səbəbdən yenidən kooperativin ümumi yığıncağı keçirilmiş və "xxxx" MTK-nin üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 nömrəli protokoluna əsasən kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 kooperativ nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə "xxxx" MTK-nin üzvlüyündən çıxarılmışlar. Göründüyü kimi, cavabdeh "xxxx" MTK iddiaçılar Ayhan Çalbay və İddiaçı1 onların kooperativ üzvlüyündə qalıb-qalmayacaqları barədə məlumat vermələri barədə xəbərdarlıq etmiş, lakin iddiaçılar bununla bağlı hər hansı bir məlumat verməmişlər, bu isə iddiaçıların kooperativ üzvlüyündə qalmağa marağı olmamasını təsdiq edir. İddiaçıların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində "xxxx" MTK-nin kooperativ üzvləri siyahısından çıxarılmaması səbəbi odur ki, həmin ərəfələrdə, yəni xx.xx.2018-ci il tarixdə kooperativdə mütləq pay hüququ olan X7 vəfat etmişdir və onların həmin siyahıdan çıxarılmaları mümkün olmamışdır. İddiaçılar Aylıan Çalbay və İddiaçı1 cavabdeh "xxxx" MTK-nə qarşı “protokolların və sənədlərin etibarsızlığına dair” iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud deyildir. Belə ki, yuxarıda göstərilənlərə əsasən, iddiaçılar kooperativin üzvlüyündən çıxarılmışlar, artıq onların kooperativdə olan səlahiyyətlərinə xitam verilmişdir, belə olan halda onların kooperativin fəaliyyətində iştirak etmələri, kooperativdə işlərin hansı formada aparılması ilə bağlı məlumat almaları və bununla bağlı etirazlarını bildirmək üçün hüquqları mövcüd deyildir. Həmçinin qeyd edim ki, Çalbay Ayhan və İddiaçı1 "xxxx" MTK-nə qarşı “gəlir və xərcin müəyyən edilməsi və s.” iddia tələbinə dair AR Ali Məhkəməsinin 2-2(102)-285/2023 saylı xx.xx.2023-cii il tarixli qərarına məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2023 saylı 17 fevral 2023-cü il tarixli qərardadına əsasən iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Həmin iş üzrə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 400/2023-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir, məhkəmə belə nəticəyə gəlmişdir ki, şəxsin hüquqlarının təminatı üçün hər hansı bir mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcüdluğu müəyyən olunsun. Azərbaycan Respublikası Ali Məhkəməsi birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələrin düzgün qiymətləndirmiş və iddiaçıların kassasiya şikayətini təmin etməmişdir. Cavabdeh "xxxx" MTK-nin əsas təmsilçisi olan mərhum X14 2020-ci ilin dekabr ayında vəfat etmişdir və X18 onun vəsiyyət üzrə vərəsəsidir. Eləcə də, mərhum X7 vəfat etmişdir və onun vərəsəsi X2r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2023-cü il tarixli,, **********203900 saylı çıxarışında da, bu məsələ öz təsdiqini tapır. Belə ki, X18 və X6 hal-hazırda Cavabdeh3 "xxxx" MTK-nin sədri olmasına etiraz etmirlər. Bu səbəbdən, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 kooperativ üzvləri olmadığı halda, eləcə də kooperativin üzvlərinin Cavabdeh3 "xxxx" MTK-nin sədri olmasına etirazları olmadığı halda, onun kooperativ üzvlüyündən çıxarılması tələbləri əsassızdır. "xxxx" MTK-nin əsas təsisçisi X14 2017-ci ildə vəfat etdikdən sonra, Cavabdeh3 "xxxx" MTK-nin sədri vəzifəsini bu günədək icra etmiş, 6 il ərzində iddiaçılar tərəfindən bu məsələ mübahisələndirilməməsi və hal-hazırda onların belə iddia tələbi irəli sürmələri ondan irəli gəlir ki, iddiaçılar cavabdehə qarşı qərəzli şəkildə bir neçə iddia tələbləri ilə bağlı məhkəməyə müraciət etmiş və həmin tələbləri təmin edilməməsi səbəbindən, hal-hazırda məhkəməyə məntiqə uyğun olmayan, qanunsuz tələblər irəli sürərək bu məsələnin uzadılmasına nail olmağa çalışırlar.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 oglu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oglu iddiaya etirazın məzmununa uygun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. 111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.
9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “X3 barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “X3 barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. "xxxx" Mənzil tikinti kooperativinin may 2016-cı il tarixli protokolunun surətindən müəyyən olunur ki, mənzil tikinti kooperativinin üzvlərinin ümumi yığıncağı keçirilmiş, iddiaçılar həmin yığıncaqda iştirak etməmiş, iddiaçıların kooperativ üzvlüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
12. 13 may 2017-ci il tarixli "xxxx" Mənzil tikinti kooperativinin ümumi yigincagının protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədikləri üçün iddiaçılar kooperativ üzvlüyündən çıxarılmışlar.
13. "xxxx" Mənzil tikinti kooperativinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli protokolların surətindən görünür ki, kooperativ üzvləri sırasında X16 oglu qeyd edilməklə onun adının qarşısında imza edilmişdir.
14. 17 fevral 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 oglu xx.xx.2018-ci il tarixdə ölmüşdür.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə predmetinə hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsinin müəyyən olunması daxildir.
16. İş materiallarına əlavə olunmuş sənədlərdən və tərəflərin izahatından müəyyən olunur ki, Ayhan Çalbay və İddiaçı1 "xxxx" Mənzil tikinti kooperativinin pay hüququ olan üzvləri olduğu halda kooperativin ümumi yığıncaqları keçirilərkən onlar çağrılmamış, ümumi yığıncağın keçirilməsi barədə onlara bildiriş verilməmiş, onların ümumi yığıncaqda iştirakı təmin edilməmişdir. 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixl ümumi yığıncaq keçirilərkən protokolda ölmüş şəxs X16 oglu iştirakçı kimi qeyd olunmaqla onun yerinə imzası çəkilmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı qanunvericiliyin və hüquqi şəxsin nizamnaməsinin tələblərinə əməl olunmadan keçirilmişdir.
18. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
19. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli X5 X11 arayışdan görünür ki, iddiaçı Bakı 8 saylı Mediasiya təşkilatına 400 manat ödəmişdir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016-cı il tarixli, 13 may 2017-ci il tarixli 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokolları və Cavabdeh3 26 may 2019-cu il tarixindən sədr vəzifəsi səlahiyyətləri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev