Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-443/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, tapşırıq, illik 5%) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54274,68 manat borc və dəymiş maddi ziyana görə 5427,46 manat cəmi 59702,14 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müəyyən tarixlərdə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli) 6 xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmətin göstərilməsi haqqında müqavilələrin 1.1-ci maddəsinin tələbinə əsasən icraçı konkret siyahısı müavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunan xidmətlər göstərməyi, sifarişçisi isə göstərilən xidmətlərin dəyərini bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Belə ki, İddiaçı MMC həmin xidmət müqavilələrində qeyd olunan öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh müqaviləyə əlavələrdə nəzərdə tutulan məbləği iddiaçıya ödəməmişdir. Xidmətlərin göstərilməsi iddiaçı tərəfindən cavabdehin ünvanına yazılmış məktublarda, fotoşəkillərdə öz əksini tapmışdır. Sifarişçinin (iddiaçının) xidmət qarşılığında icraçıya (cavabdehə) xidmət müqavilələrinə 1 saylı əlavələrdə göstərilən məbləğləri tam şəkildə ödəməsinə dair 11 ədəd qaiməni iddia ərizəsinə əlavə edilmişdir. Həmin əlavələrdə cavabdeh tərəfində tədbirlərin təşkili, vizit kartların hazırlanması, SAP TechEd materialının internet ehtiyatlarında yerləşdirilməsi və s. kimi xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin bağlanmasından və eyni zamanda xidmətlərin göstərilməsindən 1 ildən artıq vaxtın keçməsinə və iddiaçının dəfələrlə cavabdehi xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh MMC nə müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmir, nə də göstərilən xidmətə görə məbləği ödəmir. Cavabdeh 54.274,68 manat məbləğində pul vəsaitini ödəməməklə iddiaçının hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də hesab edirlər ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MMC-nin ödəməli olduğu 54.274,68 manat bu günə qədər ödənilmədiyi hər gün üçün faizi müəyyənləşdirilmiş və bu məbləğ 5.427,46 manat təşkil edir. Belə ki, xidmətlərin göstərilməsi haqqında müqavilələrin 5.1-ci maddəsinə əsasən xidmətlərin göstərilmə müddətlərinin pozulmasına görə Sifarişçi İcraçıdan hər gecikdirlımiş gün üçün xidmətlərin dəyərinin 0,1 faiz məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir, lakin bu cərimə məbləği müqaviləyə 1 saylı əlavədə müəyyən edilən xidmətlərin dəyərinin 10 (on) faizindən artıq olmamalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.1, 442, 445.1, 445.2.2, 445.7, 448, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına istinad olunmuşdur. İddiaya qarşı etiraz təqdim edilmiş iddia tələbinin qismən təmin edilməsi, dəbbə pulu tətbiq etmədən (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil) hissədə təmin edilməsi qalan hissədə rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə arasında 6 müqavilənin bağlandığını iddia etsə də, müqavilə 5 və müqavilə 6 cavabdeh tərəfindən imzalanmamış, yalnız iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilələr (dörd müqavilə) hüquqi təbiətinə əsasən podrat müqavilələridir. İddiaçının yerinə yetirilmiş işin qəbulu ilə bağlı təsdiqedici sənədin imzalanaraq ona təqdim edilməsini cavabdehdən tələb etmək hüququ olmuşdur və həmin hüquq həyata keçirilmədikdə işin (xidmətin) qəbulu ilə bağlı risklər və sübutetmə yükü cavabdehin üzərinə düşür. Bütün Müqavilələrin 2-ci bəndində xidmətlərin (işin) dəyərinin ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, həmin bəndə əsasən İcraçı (İddiaçı) xidmət göstərildikdən sonra təhvil-təslim aktı və xidmətin göstərilməsini təsdiq edən digər sənədlər əlavə olunmaqla qaimə-fakturanı sifarişçiyə (cavabdeh) göndərir və sifarişçi isə hansının son göndərilməyindən asılı olaraq qaimə-fakturanı aldığı və ya təhvil-təslim aktının imzalandığı tarixdən 60 təqvim günü ərzində göstərilmiş xidmətin dəyərini ödəməlidir. Bundan əlavə, müqavilə 2 istisna olmaqla, qalan bütün müqavilələrin 2.4-cü bəndinə əsasən, icraçı müqavilənin əlavəsində qeyd olunan smetaya uyğun tədbirin təşkili və keçirilməsini sübut edən sənədləri (qəbzlər, 3-cü şəxslərlə müqavilələr, aktlar, ödəniş sənədləri və s.) əlavə etməklə göstərilmiş xidmətlərlə bağlı sifarişçiyə yazılı hesabat verməlidir. Bununla yanaşı, bütün Müqavilələrin 3-cü bəndində bir daha qeyd edilmişdir ki, xidmətlərin göstərilməsinin təsdiqi məqsədilə olaraq icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) imzalanma üçün 2 nüsxədə təhvil-təslim aktı təqdim edir və həmin sənədin imzalandığı andan xidmət icra edilmiş hesab edilir. Həm yuxarıda istinad edilmiş mülki qanunvericilik normalarından, həm də tərəflərin işgüzar münasibətləri çərçivəsində bağladığı Müqavilələlərin müddəalarından məlum olur ki, xidmətlərin göstərilməsi faktı İddiaçı tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilir. Tərəflər arasındakı imzalanan Müqavilələrin şərtlərindən birmənalı şəkildə aydındır ki, xidmətlərin göstərilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə təsdiq edilməklə (təsdiq üçün isə Sifarişçiyə tədbirin təşkili və keçirilməsini sübut edən sənədlər və göstərilmiş xidmətlərlə bağlı yazılı hesabat verilməlidir), ödənişin icra edilməsi üçün həm qaimə-fakturanın, həm də imzalanmış təhvil-təslim aktının hər ikisinin mövcud olması tələb olunur. Belə ki, MM-in istinad edilən normalarını, Müqavilələrin şərtlərini və Konstitusiya Məhkəməsinin müvafiq mövqeyinə əsasən hesab edirlər ki, hazırkı iş üzrə qaimə-fakturalar xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Müqavilə 3-ün məzmununa əsasən İddiaçı tədbirin təşkil edilməsi və bu məqsədlə lazım olan bütün təchizatların (qidalanma, texniki dəstək və s.) təmin edilməsi öhdəliyini götürmüşdür. İddiaçı həmin Müqavilənin icrası ilə bağlı sübut qismində üçüncü tərəflə -“X1 and Mice” MMC şirkəti (bundan sonra “Üçüncü Tərəf”) ilə bağladığı xx.xx.2022-cü il tarixli müqaviləni Cavabdehə təqdim etmişdir. Belə ki, İddiaçı Müqavilə 3-ün icrasını təmin etmək məqsədilə Üçüncü Tərəflə müqavilə bağladığını iddia edir və Müqavilə 3 üzrə Cavabdeh qarşısında öhdəliklərini icra etməsinin yeganə sübutu kimi Üçüncü Tərəflə bağladığı müqaviləyə və həmin müqavilə üzrə təhvil-təslim aktına istinad edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında tədbirin təşkil edilməsi ilə bağlı bağlanılmış ilkin müqavilə (Müqavilə 3) xx.xx.2022-ci il tarixində bağlanıldığı halda, həmin müqavilənin icrası məqsədilə iddiaçı ilə üçüncü tərəf arasında müqavilə daha əvvəl - xx.xx.2022- ci il tarixində bağlanılmışdır. Belə ki, bu hal ağlabatan olmamaqla üçüncü tərəflə bağlanılmış müqavilənin həqiqiliyini və həmin müqavilənin məhz cavabdehlə iddiaçı arasında bağlanılmış müqavilə 3-ün icrasının təmin edilməsi məqsədinə xidmət etdiyini şübhə altına alır. Bundan əlavə, iddiaçının gecikdirilmiş ödəniş öhdəliyi üzrə cərimənin (dəbbə pulunun) tətbiq edilməsi tələbinə münasibətdə isə qeyd edilməlidir ki, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu öhdəlik gecikdirildiyi halda tətbiq edilir. Müqavilələrin ödəniş müddətini müəyyən edən 2-ci maddəsindən aydın olur ki, cavabdehin xidmətin dəyərini ödəmək öhdəliyi hər iki sənədin – qaimə-faktura və təhvil-təslim aktının iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi andan yaranmaqla həmin andan 60 gün ərzində icra edilməlidir. Yuxarıda qeyd edilmiş xüsasatlara əsasən xidmətlərin icrasını təsdiq edən sənəd - təhviltəslim aktı və ona əlavə olunmalı təsdiqedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmədiyindən, iddiaçının ödəniş öhdəliyi yaranmamış və nəticədə yaranmamış öhdəliyin icrasının gecikdirilməsi halı mövcud ola bilməz. Eyni zamanda, bildirirlər ki, cavabdeh tərəfindən aparılan araşdırmalar zamanı aşağıda qeyd olunan hesabfakturalar üzrə xidmətlərin göstərilməsi müəyyən olunmuşdur: (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil). Digər xidmətlərin göstərilməsi və ya göstərilmiş xidmətlərlə bağlı çəkilmiş xərclər təqdim edilmiş sənədlərlə sübuta yetirilmir. Etirazın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 752.1, 770.1, 433.3, 529.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir. Daha sonra etiraza əlavələr təqdim edilmiş, dəbbə pulu tətbiq etmədən (i) xx.xx.2022-ci il tarixli, 425/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 882 ƏDV daxil); (ii) xx.xx.2022-ci il tarixli, 426/2022 nömrəli (Müqavilə 1, elan xidməti, AZN 1985 ƏDV daxil); (iii) xx.xx.2022-ci il tarixli, 448/2022 nömrəli (Müqavilə 4, elan xidməti, ABŞ dollar 547.83); (iv) xx.xx.2022-ci il tarixli, 420/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (v) xx.xx.2022-ci il tarixli, 423/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil); (vi) xx.xx.2022-ci il tarixli, 424/2022 nömrəli (Müqavilə 2, vizit kart xidməti, AZN 70.80 ƏDV daxil) hesabdan başqa əlavə olaraq xx.xx.2022-ci il tarixli, 431/2022 nömrəli (vizit kart xidməti, 70.80 ƏDV daxil manat) hesab üzrə borc hissəsində təmin edilməsi qalan hissədə rədd edilməsi, iddiaçı "X3" MMC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş sübutun iş üzrə ödənişi təsdiq edən sənəd qismində qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, tərəflər arasında daim qarşılıqlı inam, etimad olmuşdur Cavabdeh tərəf borclu olduğunu etiraf etdiyi hissədə belə ödənişləri icra etməmişdir. Çap, media ilə bağlı olan hissə qəbul olunur. Tərəflər arasında bu mübahisənin ortaya çıxma səbəbi məhz tədbirlərlə bağlı məsələlərdə iştirak edən cavabdehin öz işçilərinin ortalıqda olmamasıdır. Bugunki gündə şirkət olaraq Cavabdeh MMC öz işçilərini tapıb bu halı müəyyən edə bilmirlər. Holiday İnn otelində keçirilən tədbir ilə bağlı video yazını təzəlikcə əldə etdikləri üçün e-sistemə əlavə edə bilməyiblər. Tədbirlərin baş tutması barədə bütün sübutları məhkəməyə təqdim edilib. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, 05 noyabr tarixli müqavilə və digər müqavilələrdə otellərin adları qeyd edilmir. Sözügedən müqaviləyə Əlavə N1-də tədbirin baş tutacağı zalların adları göstərilib. Tədbir 3 gün dəvam edib. xx.xx.2022xx.xx.2022-ci il tarixdə İstanbul zalında, xx.xx.2022-ci il tarixdə Moskva zalında açılışın olduğunu göstərir. Bu tədbiri də iddiaçı təşkil edib və tədbirin baş tutması ilə bağlı fotoşəkillər də var.Elektron yazışmalarda adı çəkilən Zaur Məmmədov isə “Holiday İNN” otelinin əməkdaşıdır. xx.xx.2022-ci il tarixli müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Müqavilə 13 dekabrda bağlanılmış lakin baş tutmadığı üçün bu müqavilə üzrə ödənişi digər baş tutmuş tədbirlə əvəzləşdiriblər. Belə ki, X2 MMC şirkətinin təşkilatçılığı ilə baş tutmuş 23 noyabr 2022-ci il tarixli tədbirdə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsinin iştirakını təmin edib və bu tədbir üzrə nümayəndənin iştirakı üzrə ödənilən pul vəsaitini 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə ediləcək ödənişlə əvəzləşdiriblər. Əvəzləşdirmə tərəflər arasında olan elektron yazışmalarda yer alıb. İddiaçı tərəfindən nümayəndənin iştiakının təmin edilməsi ilə əlaqədar edilən ödəniş qəbzi də esistemə əlavə edilib. xx.xx.2022-ci il tarixli müqavilə və xidmətlərin göstərilməsi barədə Əlavənin imzalanmamasına baxmayaraq tədbir baş tutmuşdur. Qarşılıqlı inam, etibar əsasında iddiaçı tədbirin keçirilməsini təşkil edib. Ən sonuncu tədbir bu tədbir idi. Bu tədbirdən sonra tərəflər arasında yeni müqavilə imzalanmayıb. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi replikasında bildirdi ki, bəzi tədbirlərin əvvəlcədən razılaşdırılmış qiymətləri var və hər iki tərəfdən bu qiymətlər təsdiqlənib. İddiaçının tədbiri razılaşdırılmış qiymətdən daha aşağı və ya yuxarı qiymətə etməsinin qarşı tərəf üçün heç bir əhəmiyyəti olmamalıdır. İddiaçı bununla bağlı qarşı tərəfə əlavə sənəd, ödəniş qəbzi təqdim etməli deyildir. Həmçinin suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, 29 dekabr 2022-ci il tarixli müqavilə ilə bağlı keçirilən tədbir üzrə bütün sənədləri, e-qaimələrlə birgə pulun kart hesabından ödənilməsi ilə bağlı da sübutları təqdim ediblər. Bu tədbirlə bağlı pulu işçinin şəxsi bank kartı vasitəsilə digər tərəfin bank kartına köçürüblər. İki dəfə 750 ABŞ dolları, 8905 ABŞ dolları məbləğində pul qarşı tərəfə ödənilmişdir. Hesabdan çıxarışı da məhkəməyə təqdim ediblər. Bütün sənədlər imzalanması üçün qarşı tərəfə təqdim edilsə də, sözügedən müqavilə daxil digər sənədlər də imzalanmamışdır. Müqavilədə imza olmamasına baxmayaraq qarşı tərəf tədbirin baş tutmasını mübahisələndirmir. Müqavilədə qeyd olunan, nəzərdə tutulan tədbir keçirilmişdir. Cavabdeh şirkətin Rusiya Federasiyasında olan nümayəndəliyinin rəhbəri də tədbirin baş tutması ilə bağlı öz “facebook” səhifəsində paylaşım etmişdir. Bu da tədbirin həqiqətən keçirilməsini təsdiq edir. Misirdə keçirilən tədbir zamanı tədbirin təşkil edilməsi, oteldə yerləşmənin təşkili, zalın tutulması, biletlərin alınması və s. xidmətlər göstərilib. Həmin tədbir ilə bağlı 9900 ABŞ dolları məbləğində xidmət göstərilməli idi. Elə xidmətlər olub ki, ödəniş nağd qaydada həyata keçirilib. Həmin ödənilən məbləğlərin qəbzini təqdim etmək mümkün deyil. Qarşı tərəf də etiraf edib ki, dekabrda təşkil edilən tədbir baş tutub. Müqavilə dekabr ayında bağlanmış olsa belə, tədbir fevral ayında keçirilib. 20 fevralda akt tərtib olunub ki, xidmətlər tam icra edilib. Bu müqavilə üzrə tələb olunan məbləğlə müqavilədə qeyd edilən məbləğ arasında 245 dollar fərq olmasının səbəbi, nağd qaydada ödənilən pul məbləğləri ilə bağlıdır. Nağd qaydada ödənilən pulların qəbzini təqdim edə bilmirlər. Şirkət xaricdə yerləşdiyi üçün həmin şirkətin hesabına pul vəsaitini köçürə bilmirdilər, çətinlik var idi. Müqavilə tədbirdən əvvəl, digər sənədlər isə tədbirdən sonra göndərilmişdir. Lakin müqavilənin imzalanmama səbəbini bilmirlər. Müqavilənin imzalanıb- imzalanmamasından asılı olmayaraq tərəflər arasında həmişə qarşılıqlı inam olmuşdur. Dekabr ayında keçirilən tədbir ilə bağlı sübut qismində təqdim edilən ödəniş digər şəxsin bank kartına ödənilmişdir. Həmin şəxs rəsmi olaraq iddiaçı şirkətin işçisi olmamışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə xidmətlərin həyata keçirilməsi üçün “X1 and Mice” MMC şirkəti ilə müqavilə bağlayıblar və tədbir təşkil olunub. Elektron qaimə dekabr ayında təqdim edilib və qarşı tərəfə də göndərilmişdir. Göstərilən Xidmətlərin siyahısında ümumi məbləğ 11000 avro qeyd olunubdur. xx.xx.2022-ci il tarixli müqavilə sonuncu müqavilə olub, lakin bu müqavilədə də digər müqavilə kimi imza yoxdur. Bu müqavilə üzrə nəzərdə tutulan tədbir baş tutmamışdır. Tərəflər şifahi olaraq razılaşıblar ki, “X2” MMC şirkətinin təşkilatçılığı ilə tədbir keçiriləcək və İddiaçı MMC bir nəfərin iştirakı üçün SAP AZ MMC-yə yer təşkil edəcəkdi. Bunun üçün də 5350 manat məbləğ pul köçürülmüşdür. Bu ödəniş olunduqdan sonra onların nümayəndələri “X2” MMC-də iştirak etmişdir. Müqavilədə nəzərdə tutulan qalan məbləğlə bağlı qarşı tərəfə çap məhsulları verilmişdir. Həmin çap məhsullarının təqdim edilməsi ilə bağlı yazışmaları məhkəməyə təqdim ediblər. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh şirkət bütün sənədlər tam təqdim edildikdən sonra ödənişləri həyata keçirirdi. Mübahisə yaranan müqavilələr ilə bağlı tələbləri ödənişi təsdiq edən sənədlərin təqdim edilməməsidir. Qarşı tərəfin bildirdiyi çap, elan, media xidmətləri ilə bağlı qiymətlərin hammıya məlum olması səbəbilə mübahisə yoxdur. Bazarda dəyəri fərqli olan xidmətlər ilə bağlı xərclərin çəkildiyini sübut edən sənədlər təqdim olunmalıdır. Burada agent xidmətindən söhbət gedir. Ödənişlərin həyata keçirilməsi üçün müqavilə şərtlərinə tam riayət olunmalıdır. Suallara cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə təşkil edilmiş tədbir barədə cavabdeh tərəfin məlumatı yoxdur, tədbirin baş tutub-tutmaması məsələsinə münasibət bildirə bilmirlər. Müqavilənin məzmununa əsasən iddiaçı tədbirin təşkil edilməsi və bu məqsədlə lazım olan bütün təchizatların təmin edilməsi öhdəliyini götürmüşdür. İddiaçı həmin müqavilənin icrası ilə bağlı sübut qismində “X1 and Mice" MMC şirkəti ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləni cavabdehə təqdim etmişdir. Belə ki, iddiaçı 3 saylı müqavilənin icrasını təmin etmək məqsədilə digər tərəflə müqavilə bağladığını iddia edir və bu müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərini icra etməsinin yeganə sübutu kimi digər tərəflə bağladığı müqaviləni və həmin müqavilə üzrə təhvil-təslim aktını göstərir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanılmış ilkin müqavilə xx.xx.2022-ci il tarixində bağlanıldığı halda, həmin müqavilənin icrası məqsədilə iddiaçı ilə üçüncü tərəf arasında müqavilə daha əvvəl - xx.xx.2022-ci il tarixində bağlanılmışdır. Bütün prosedur üzrə rəsmi formada sənədləşmə aparılmalı idi. Bu tədbirlə bağlı ödənişi təsdiq edən heç bir sübut, ödəniş sənədləri təqdim olunmadığı üçün cavabdeh ödəniş etmir. xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı nümayəndənin orada iştirakının təmin edilib-edilməməsi barədə məlumatları yoxdur. 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə Veyseloğlu tədbiri keçirilməli idi. Əvəzləşdirmə ilə bağlı nə müqavilədə, nə də hər hansı rəsmi sənədlərdə yazışmalar yoxdur. xx.xx.2022-ci il tarixli müqavilə üzrə sənədlərdən görünür ki tədbir keçirilib. Cavabdeh tədbirin keçirilməsini mübahisələndirmir sadəcə ödənişlə bağlı rəsmi sənədlər olmadığı üçün ödəniş edilmir, çünki qiymətlərlə bağlı şübhələri var. Cavabdehin nümayəndəsi replikasında bildirdi ki, müqavilədə smeta sözündən istifadə olunur. Əvvəlcədən razılaşdırılmış qiymət konkret olaraq xidmətin qiyməti deyil, bu, razılaşdırılmış büdcədir, smetadır. Smeta da sonradan təsdiq olunmalıdır. Hansı ki qarşı tərəfdən ödəniş sənədləri təqdim olunduqdan sonra cavabdeh smetanı təsdiqləyir. İddiaçı burada agent rolunda çıxış edir və vasitəçi rolunu realizə edir. Göstərilən xidmətlərin siyahısındakı qiymətlər iddiaçının cavabdehə göstərəcəyi xidmətin haqqı deyildir. Həmçinin suallara cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, Misir şəhərində keçirilməli olan tədbirin baş tutub-tutmaması barədə cavabdehin dəqiq məlumatı yoxdur. Bunu təsdiq edəcək şəxs də yoxdur. Fotoşəkillərə əsasən tədbir olub, lakin bunun həmin tədbirlə əlaqələndirmək, ödənişləri bir-biri ilə əlaqələndirmək mümkün deyildir. Müqavilənin imzalanması işlərin icra edilməsi demək deyildir. İddiaçı tərəf nə xərc çəkibsə, onun sənədlərini təsdiq etməlidir. Qiymətlər o şərtlərlə razılaşdırılır ki, sonradan sənədlər təqdim olunacaq. Bütün müqavilələrdə qeyd olunur ki, smetaya uyğun olaraq, aktlar və digər sənədlər təqdim olunmalıdır. Müqavilədəki məbləğ ehtimaldır, smetadır. Bu xidmət haqqı ehtimal xidmət haqqıdır. 29 dekabr 2022-ci il müqaviləsinin 2.4.-cü bəndində də qeyd edilir ki, icraçı 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri yəni, qəbzlər, aktlar, ödəniş tapşırıqlarını təqdim etməlidir. Aktlar tədbir keçirilib qurtarıldıqdan sonra yəni çox gec təqdim edildi. Akta qoşulan qoşmaların olmaması səbəbilə sənədlərin imzalanmayıb. Ödəniş edilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. 29 dekabr tarixli tədbirlə bağlı tədbirin keçirilibkeçirilməməsinə münasibət bildirə bilmirlər. Rusiya Federasiyasında yerləşən nümayəndəlik ləğv olunduğu üçün dəqiq cavab deyə bilmirlər. Misirdə keçirilən tədbir ilə bağlı təqdim olunan sənədlərdən məlum olmur ki, edilən ödəniş hansı xidmətlə bağlıdır. 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə təşkil edilən tədbirlə ödəniş edilməməsinin səbəbi kimi, elektron qaimələrin bütün müqavilələr üzrə təqdim edildiyini, sözügedən qaimədən imtina edilməməsinin səbəblərinin cavabdehə məlum olmamasını göstərdi. Eyni zamanda bildirdi ki, bu tədbirlə bağlı ödənişi təsdiq edən heç bir sübut, ödəniş sənədləri təqdim olunmayıb. Xidmətin göstərilməsi mübahisə predmeti deyil, alt sənədlərin təqdim eilməməsidir. Tədbir baş tutub.Göstərilmiş xidmətdə qüsur olmayıb, mübahisə ödəniş sənədləri ilə bağlıdır. 13 dekabr 2022-ci il müqaviləsi üzrə tədbir baş tutmayıb, lakin tərəfin bildirdiyi şifahi razılığa əsasən nümayəndənin iştirakının təmin edilməsi ilə bağlı hər hansı məlumatları da yoxdur. İddiaçı tərəfindən təqdim edilən yazışmalarda bu müqavilənin cavabdehin nümayəndəsinin digər tədbirdə iştirakının təmin edilərək əvəzləşdirilməsi məsələsi qeyd edilməmişdir.Nümayəndənin hansı tədbirdə iştirak etməsi barədə məlumatı yoxdur. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xidmət müqavilələrinin predmetindən görünür ki, icraçı konkret siyahısı bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qeyd olunan xidmətləri göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. 2.1 və 2.2-ci bəndinə əsasən xidmətlərin ümumi dəyəri hazırkı müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmişdir. Müvafiq xidmətlər siyahısında digər qayda müəyyən edilmədiyi halda icraçı xidmətlərin göstərilməsindən sonra sifarişçiyə ödəniş üçün hesabı təqdim edir. İcraçı hesabı Sifarişçiyə Azərbaycan Respublikasının Milli Bankının hesabın göndərildiyi gün üçün müvafiq məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə təqdim edir. 2.3-cü bəndinə əsasən İcraçı hesaba hesab - fakturanı, xidmətlərin təhvil təslim aktını, eləcə də, Sap tərəfindən ödəniləcək məbləğlərin düzgün hesablandığının təsdiqi üçün əsaslı şəkildə tələb edilən müşayiətedici sənədləri və digər məlumatları əlavə edir. 2.4-cü bəndinə əsasən hesabın ödənilmə müddəti- Sifarişçinin düzgün qeyd edilmiş daxili sifariş nömrəsi ilə (PO) hesabın əslini aldığı tarixdən və ya xidmətlərin təhvil - təslim aktının sifarişçi tərəfindən imzalandığı tarixdən altmış (60) təqvim günü təşkil edir (hansı daha sonra baş vermiş olarsa). Ödənişin vaxtında alınmasını təmin etmək məqsədi ilə ödəniş tarixi SAP-ın xidmət bankı tərəfindən müvafiq ödəniş tapşırığının alındığı tarix hesab olunur. Hər hansı digər xidmətlərin göstərilməsinə görə İcraçıya heç bir əlavə ödənişlərin və ya mükafatların təqdim olunacağı nəzərdə tutulmur. Digər şərtlər razılaşdırılmış olmazsa, İcraçı SAP MMC - yə göstərdiyi Xidmətlər haqqında yazılı hesabat təqdim edir. Əlavə olaraq İcraçı 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3 cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim etməlidir. 3.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi faktına dair icraçı sifarişçiyə göstərilmiş xidmətlərin təhvil-təslim aktını imzalanması üçün iki nüsxədə təqdim edir, eləcə də, 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3 - cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim edir. 3.2-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərin təhvil - təslim aktını aldığı gündən 10 (on) təqvim günü ərzində aktı imzalamalı və onun bir nüsxəsini İcraçıya göndərməlidir və ya hər hansı çatışmazlıqların mövcud olduğu təqdirdə aktı imzalamaqdan imtina barədə İcraçıya əsaslandırılmış şəkildə məlumat verməlidir. 3.4-cü bəndinə əsasən tərəflər arasında xidmətlərin göstərilməsinə dair təhvil - təslim aktının imzalandığı andan xidmətlər göstərilmiş hesab olunur. 5.2-ci bəndinə əsasən ödəniş müddətlərinin gecikdirilməsinə görə icraçı sifarişçidən hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1 % məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir, lakin, bu cərimə məbləği müqaviləyə 1 saylı əlavədə müəyyən edilmiş xidmətlərin dəyərinin 10 (on) faizindən artıq olmamalıdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr yalnız icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 saylı Əlavə olan göstərilən xidmətlərin siyahısına əsasən xidmətlərin göstəriləcəyi dövr xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixləri əhatə edir. Xidmətlərə sahənin seçilməsi və bron edilməsi, qidalanmanın təşkili, tədbirin texniki təminatı daxildir. Siyahıda müxtəlif avadanlıqlar (X8, Projector, Microphone, internet), tədbirlər (İstanbul xx.xx.2022, xx.xx.2022, Moskva xx.xx.2022, coffee break 3 gün, açıq bufet lunch və kokteyl menu) və çap materialları (beyclər və yönləndirici) hər birinin sayı, qiyməti göstərilməklə cəmi 10890 ABŞ dolları kimi qeyd edilmişdir. “X1 and MİCE” MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən podratçı təfərrüatlara uyğun olaraq xidmətlər göstərmişdir. Xidmətin göstərildiyi yer Azərbaycan, Bakı, X7 oteli göstərilmişdir. Xidmtlərin siyahısına əsasən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə keçirilən tədbirlər üzrə cəmi qiyməti 17980 manant olmaqla xidmətlər göstərilmişdir. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli xidmətlərin göstərilməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən, icraçı əlavələrdə müəyyən edilmiş xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilənin 2-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin qarşılığında haqqı ödəməyi öz öhdəliyinə götürür. 2.1-ci bəndinə əsasən xidmətlərin ümumi haqqı müqavilənin əlavələrində müəyyən edilir. 2.2-ci bəndinə əsasən müvafiq xidmət siyahısında digər qayda ilə müəyyən edilmədiyi halda, icraçı xidmət göstəriləndən sonra hesabı SAP-a göndərir icraçı hesabı Azərbaycan Manatı ilə göstərməlidir. 2.3-cü bəndinə əsasən icraçı hesaba hesab-faktura, təhvil-təslim aktı və SAP tərəfindən tələb edilə biləcək hesabı əsaslandıran digər sənəd və məlumatları əlavə edir hesab-faktura və təhvil-təslim aktı Azərbaycan manatı ilə göstərilməlidir.2.4-cü bəndinə əsasən hesabın ödəniş müddəti daha sonra baş verəcək hallardan asılı olaraq sifarişçi tərəfindən daxili sifariş nömrəsi düzgün göstərilmiş hesabın orijinalı alındığı və ya sifarişçi tərəfindən təhvil-təslim aktı imzalandığı andan 60 (altmış) təqvim günu ərzində Ödənişin vaxtında həyala i keçirildiyim müəyyən etmək uçun tarixi SAP-a xidmət göstərən bank tərəfindən ödəniş tapşırığının alındığı gün hesab edilir. İcraçıya digər xidmətlərin göstərilməsinin qarşılığında heç bir əlavə ödəniş və ya mükafat verilmir Ayrı hal razılaşdırılmayıbsa, İcraçı Sifarişçiyə həyata keçirdiyi xidmətlər barədə yazılı hesabat verir. 3-cü bəndinə əsasən xidmətlərin göstənlməsinin təsdiqi olaraq icraçi sifarişçiyə imzalanma üçün 2 nüsxədə təhvil-təslim aktı təqdim edir. Təhvil-təslim aktı alındıqdan sonra 10 (on) təqvim günü ərzində sifarişçi tərəfindən imzalanmalı və nüsxələrdən birini icraçıya göndərməli və ya imzalanmaya imtina edildiyi halda müvafiq əsaslandırma verilərək geriyə göndərməlidir. Xidmətlər təhviltəslim aktı imzalandığı andan həyata keçirilmiş hesab edilir. 5.2-ci bəndinə əsasən ödəniş müddətinin ötürülməsinə görə icraçı sifarişçidən hər gecikdirilmlş gün üçün ödənilməmiş məbləğin /müəyyən edilmiş faiz/ 0,1 %-i miqdarında, lakin Əlavədə gösterilmiş məbləğin 10%-den artıq olmamaq şərti İle, dəbə pulu tələb etmək hüququna malikdir. EBCİ seriyalı, 654832 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1985,94 manat, EBCJ seriyalı, 653939 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 654121 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 655082 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 653629 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat, EBCJ seriyalı, 654526 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 882,64 manat, EBCK seriyalı, 761370 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 19676,80 manat məbləğində görülmüş işlər "X3" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 426/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 1985,94 manat, xx.xx.2022-ci il tarixli 431/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 424/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 423/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 420/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə (bir tərəfli vizit kartların çapı) ƏDV daxil 70,80 manat, xx.xx.2022-ci il tarixli 425/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 882,64 manat, xx.xx.2022ci il tarixli 448/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə 931,30 manat və xx.xx.2022-ci il tarixli 461/2022 nömrəli hesaba əsasən göstərilmiş xidmətlərə görə ƏDV daxil 10890 ABŞ dolları Cavabdeh MMC tərəfindən "X3" MMC-yə ödəniləcəkdir. “X5” tərəfindən tərtib edilmiş vauçerə və müəssisəyə aid terminal vasitəsilə edilmiş ödəniş qəbzinə əsasən müəyyən edilir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə 750 ABŞ dolları və 8905,85 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabı üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə aid çıxarışdan görünür ki, 548290......kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 750 ABŞ dolları və 8905,85 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Aleksandr Meteçko (Sap CEEM-də idarəedici direktor) “Facebook” sosial şəbəkəsində özünə aid səhifədə fevral ayının 16-17 Misir şəhərində Qazaxstan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikasına aid neft və qaz şirkətlərinin iştirakı ilə tədbirlər keçirildiyini qeyd etmiş, paylaşdığı məlumata tədbirdən fotoşəkil əlavə etmişdir. Fotoşəkillərdən görünür ki, tədbirlər təşkil edilmiş, elektron lövhədə Oil & Gas Academy by Sap yazısı qeyd edilib. Elektron yazışmalar: xx.xx.2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: xx.xx.2024-cü il tarixli mailto:zaur.mammadov@hi-baku.comElektron ünvan 1 ilə info(5)azerbaiian-adventures.az elektron poçtu arasında oan yazışmalara əsasən “X7” otelinin satış meneceri, Zaur Məmmədov otelin audit apardığını və oteldən bu tədbirin həqiqətən keçirildiyi və ödənişin onlar tərəfindən tam ödənilməsi barədə rəsmi təsdiq tələb etdiyini qeyd etmişdir. 13 dekabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: Həmin yazışmalar mailto:darya@carlton.azElektron ünvan 2 və mailto:irina.morozova@sap.comElektron ünvan 3 elektron poçt sahiblər arasında keçib. Yazışmalarda "xxxx" MMC-nin nümayəndəsi müqavilə, smeta və digər səbədlərin imzalanması üçün təqdim edilməsini gözlədiyini bildirir və 5000 AVRO məbləğində büdcənin olduğunu qeyd edir. Eyni zamanda xx.xx.2022-ci il tarixli yazışmalarda mailto:irina.morozova@sap.comElektron ünvan 3 elektron poçt vasitəsilə müraciət edərək qeyd edir ki, “Biz bugün forumda iştirak edirik, zəhmət olmasa təşkilatçılarla əlaqə saxlayın. İştirakımız üçün 3000 AVRO ödəməliyik.” 29 dekabr 2022-ci il tarixli tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə: mailto:Fb@sultangardens.comElektron ünvan 4 və mailto:md@carlton.azElektron ünvan 5 arasında olan yazışmalarda tədbirin təşkili ilə bağlı danışıqlar əks olunmuşdur. mailto:irina.morozova@sap.comElektron ünvan 3 Elektron ünvan 6 arasında olan danışıqlarda X4 Gardnes otelinə Carlton şirkətini agenti kimi təqdim edir, şirkətin tədbir ilə bağlı köməklik edəcəyini bildirir. 22 iyul 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 10 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış müxtəlif xidmətlərin göstərilməsi haqqında müqavilələrə əsaslanan podrat və tapşırıq hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən iddiaçı konkret siyahısı müqavilələrinin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, tədbirlərin keçirilməsini təşkil etməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı 6 fərqli müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri olan 54274,68 manat məbləğin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də həmin öhdəliklərinin icra edilməməsi ilə bağlı 5427,46 manat dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilələr üzrə tərtib edilmiş 425/2022, 426/2022, 448/2022, 420/2022, 423/2022, 431/2022, 424/2022 saylı hesablara əsasən tələb edilən borcun tutulması hissəsində iddia tələbini qəbul etsə belə, qalan hissədə, yəni 13 dekabr 2022-ci il tarixli, 29 dekabr 2022-ci il tarixli və 05 noyabr 2022-ci il tarixli müqavilələr üzrə göstərilmiş xidmət haqqlarını ödənilməsi hissəsində iddianın rədd edilməsini xahiş edir. Buna səbəb kimi 13 və 29 dekabr 2022-ci il tarixli müqavilələrin imzalanmadığını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə keçirilməli olan tədbirin baş tutumadığını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə təşkil edilmiş tədbir ilə bağlı təsdiqedici sübutların omadığını habelə 05 noyabr 2022-ci il müqavilə tarixli müqavilə üzrə xidmətlərin göstərilməsinə baxmayaraq müqavilələrin 2.4-cü bəndinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri o cümlədən qəbzlər, üçüncü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqlarının təqdim edilmədiyini əsas göstərir. Göründüyü kimi tərəflər arasında bağlanmış 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə xidmətlərin göstərilməsi faktı cavabdeh tərəfindən etiraf edildiyindən MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı həmin halları sübuta yetirmək vəzifəsindən azad edilir. Belə olan halda 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə tərtib edilmiş 425/2022, 426/2022, 448/2022, 420/2022, 423/2022, 431/2022, 424/2022 saylı hesablarda göstərilmiş xidmətlərin göstərilməsi işin mübahisəsiz hallarını təşkil etdiyindən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən 4083,09 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Tərəflər arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə tutulmalı olan pul vəsaitinə gəldikdə isə məhkəmə qeyd edir ki, sözügedən müqaviləyə əlavə olaraq tərəflər göstəriləcək xidmətlərin siyahısını tərtib etmiş, görüləcək işlər və onların dəyəri ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilə ilə bağlı məhkəmə icasında verdiyi izahatda cavabdehin nümayəndəsi 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə tədbirin baş tutduğunu, lakin xidmətlərin dəyərinin müəyyən edilməsi üçün zəruri olan sübutların, yəni tədbirin keçirilməsi üçün xərclədiyi vəsaitə dair sənədlərin təqdim edilməməsi səbəbilə təhvil-təslim aktının sifarişçi tərəfindən imzalanmadığını və bununlada xidmətlərin sifarişçi tərəfindən qəbul edilmədiyinə istinad etmişdir. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, sifarişçi işi qəbul edibetməmək imkanı ilə yanaşı təqdim edilən xidmət barədə pretenziya bildirmək öhdəliyi daşıyır. Belə ki, AR Mülki Məcəlləsinin 773-cü maddəsinin məzmunundan görünür ki, sifarişçinin pretenziya bildirmək imkanından istifadə etməməsi onu gələcəkdə həmin qüsur ilə bağlı tələb irəli sürmək hüququndan məhrum edir. Belə olan halda, cavabdehin pretenziya bildirmədiyi qüsurlara istinad edərək (görülmüş işlərin dəyərinin qeyrimüəyyənliyi) muzd ödəmək öhdəliyindən imtina etməsi əsassızdır. Düzdür, həmin müqavilədə nəzərdə tutulmuşdur ki, İcraçı 1 saylı Əlavənin smeta maddələrinə uyğun olaraq tədbirin təşkil olunmasını və həyata keçirilməsini təsdiq edən bütün sənədləri (qəbzlər, 3-cü tərəflərlə razılaşmalar, aktlar, ödəniş tapşırıqları və sair) təqdim etməlidir. Lakin buna baxmayaraq tədbirin baş tutması və bu barədə bu günə qədər cavabdehin iddiaçıya həmin tədbir barədə irad və ya preteniya bildirməməsi, həqiqətəndə həmin tədbirin müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə və qaydada qüsursuz keçirildiyini deməyə əsas verir. Bundan başqa cavabdehin nümayəndəsi xidmətlərin göstərilməsi faktını təsdiq edən sübutun təhvil-təslim aktı olduğunu göstərsə belə, 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə təhvil-təslim aktları təqdim edilməməsinə baxmayaraq cavabdeh həmin hissədə iddia tələbini qəbul edir. Bununla da tərəflər arasında formalaşmış işgüzar münasibətləri, tərəflərin qabacadan göstəriləcək xidmətlərin siyahısı və dəyəri ilə bağlı razılığa gəldiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 19676,8 manat məbləğində pul tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı yalnız onun tərəfindən imzalanmış, cavabdeh tərəfindən imzalanmamış 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə də borcun tutulmasını da tələb edir. Məhkəmə hesab edir ki, həmin müqavilələrə aid hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutmamasına baxmayaraq “X2” MMC şirkətinin təşkilatçılığı ilə baş tutmuş 23 noyabr 2022-ci il tarixli tədbirdə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsinin iştirakının təmin edildiyini və bu tədbir üzrə nümayəndənin iştirakı üzrə ödənilən pul vəsaitinin 13 dekabr 2022-ci il tarixli müqavilə üzrə edilməli olan ödənişlə əvəzləşdirildiyini bildirsə belə, sözügedən müqavilələrin heç birində öhdəliklərin əvəzləşdirilməsi faktı aşkarlanmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli müqavilə üzrə tədbirin təşkil edilməsi əvəzində xx.xx.2022-ci il tarixli tədbirdə cavabdehin nümayəndəsinin iştirakının təmin olunması da anlaşılan deyil, çünki sonuncu tədbir əvəzləşdirilməli müqavilədən öncə baş tutumuşdur. Bundan başqa iddiaçı yuxarıda qeyd edilən halların elektron yazışmalarda əks olunmasını iddia etsə belə, məhkəməyə təqdim edilmiş yazışmalarda müqavilələr üzrə göstərilmiş xidmətlərin dəyərinin əvəzləşdirilməsi barədə hər hansı razılıq ifadə edilməmişdir. 29 dekabr 2022-ci il tarixli müqavilə üzrə tələb edilən pul vəsaitinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə keçirilməsi nəzərdə tutulan tədbirin baş tutması barədə tərəflər arasında birbaşa mübahisə olmasa belə, iş materiallarına əsasən göstərildiyi iddia edilən xidmətlərin siyahısı ilə bağlı tərəflər arasında razılıq olması müəyyən edilmədiyi kimi, təqdim edilmiş sənədlər tədbirin təşkil edilməsi ilə bağlı icraçının çəkdiyi xərclərin həcmini təsdiq etmir. Bele ki, iddiaçı tələb edilən pul vəsaitinin həcmini təsdiq edən sübut kimi hesabdan çıxarış və ödəniş qəbzlərini göstərsə belə, sözügedən ödənişlərin nə üçün ödənilməsi, həmçinin kim tərəfindən ödəniş edilməsi həmin sənədlərdən müəyyən edilə bilmir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli müqavilələr üzrə tədbir təşkil olunduğu və müvafiq olaraq 4950 ABŞ dolları və 9900 ABŞ dolları həcmində vəsait sərf olunduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin 13 dekabr 2022-ci il tarixli və 29 dekabr 2022ci il tarixli müqavilələrə aid hissədə rədd edilməsi, 17 avqust 2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli müqavilələr üzrə 4083,09 manat, 05 noyabr 2022-ci il tarixli müqavilə üzrə 19676,8 manat olmaqla, cəmi 23759,89 manat pul vəsaitinin tutulması qənaətinə gəlir. Bundan başqa iddiaçı cavabdehdən vurulmuş maddi ziyan kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 2 illik gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 5427,46 manat məbləğin də tutulmasını tələb etmişdir. Məhkəmə cavabdehin borclu olduğu müəyyən edilən müqavilələr üzrə ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixdən keçən 2 il müddəti və 23759,89 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış (23759,89 x 5% x 2il = 2376) 2376 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını və mediasiya xərcinin tam olaraq iddiaçı tərəfindən ödənilməsini, tərəflərin hər ikisinin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş 410 manat mediasiya xərcinin 205 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xidmətlərin göstərliməsi haqqında müqavilələr əsasən 23759 (iyirmi üç min yeddi yüz əlli doqquz) manat 89 (səksən doqquz) qəpik əsas borc, əsas borc məbləğinə illik beş faiz kimi hesablanmış 2376 (iki min üç yüz yetmiş altı) manat, habelə ödənilmiş mediasiya xərcinin 205 (iki yüz beş) manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-443/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-443/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver