Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-446/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğ və mediasiya xərci kimi ödənilmiş 200 manat olmaqla, ümumilikdə 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdehin nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 27 mart 2023-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sazişin predmeti 2.1 . Tərəflər sözü gedən kommersiya işilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 . Bu sazişə uyğun olaraq birinci tərəf İddiaçı ikinci tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 . "xxxx" ASC İddiaçı xx.xx.2018-ci il tarixli ASFX 18/242 saylı icra müqaviləsi üzrə 21000 (iyirmi bir min) manatı hər ay 3000 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 30-na qədər aparılacaqdır. 2.4 . Hər iki tərəf kommersiya işinin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.
4. Digər müddəalar 4.1. Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədə tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sazişin predmeti 2.1. Tərəflər sözü gedən kommersiya işilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2. Bu sazişə uyğun olaraq birinci tərəf İddiaçı ikinci tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 . "xxxx" ASC İddiaçı xx.xx.2018-ci il tarixli ASFX 18/242 saylı icra müqaviləsi üzrə 21000 (iyirmi bir min) manatı hər ay 3000 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 30-na qədər aparılacaqdır. 2.4 . Hər iki tərəf kommersiya işinin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.
4. Digər müddəalar 4.1. Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədə tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova