Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4476/2022 13.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6882,31 manat pul, maddi ziyan kimi 100 manat məbləğində mediasiyaya ödənilən rüsumunun cəmi 6982,31 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 288279 saylı elektron qaimə üzrə 3657 manat, xx.xx.2019-cu il tarixli 771752 saylı elektron qaimə üzrə 156 manat, xx.xx.2019-cu il tarixli 130841 saylı elektron qaimə üzrə 282 manat, xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimə üzrə 2787,31 manat, cəmi 6882,31 manat borcu yaranmışdır. Sifariş əsasında alğı-satqı müqaviləsi ilə iddiaçı tərəfindən iş görülmüşdür və 4 elektron qaimə əsasında müqavilə bağlanmış Cavabdeh MMC-nin nəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin qoyulması tərəfimdən təmin edilməsinə baxmayaraq cavabdeh qaimələrin göndərilməsinə və qəbul edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Belə ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli 288279 saylı elektron qaimə üzrə 3657 manat, xx.xx.2019-cu il tarixli 771752 saylı elektron qaimə üzrə 156 manat, xx.xx.2019-cu il tarixli 130841 saylı elektron qaimə üzrə 282 manat, xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimə üzrə 2787,31 manat olmaqla cəmi 6882,31 manat borcu qalmışdır və dəfələrlə ödəyəcəyinı bildirmişdir və bu borcu hissə hissə qaytaracağını bildirsədə 2 il keçməsinə baxmayaraq borcunu qaytarmır. Cavabdeh MMC elektron məhkəmə informasiya sisteminə ərizə və etiraz yükləmiş, ərizədə iddia müddətinin keçməsi ilə əlaqədar, etirazda isə borcun ödənildiyi və bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sisteminə daxil edilmiş ödəniş tapşırıqları ilə bağlı bildirmişdir ki, X3 cavabdehə 2019-cu ildə daimi olaraq xidmət göstərmiş, cavabdeh tərəfindən sistemə yüklənilən ödəniş tapşırıqlarının iddia ərizəsində qeyd olunan elektron qaimələrə əsasən deyil, X3 tərəfindən cavabdehə göstərilmiş əvvəlki dövrlərdə göstərilən xidmətlərə görə aparılmışdır. Bundan əlavə Nümayəndə bildirmişdir ki, hazırki iddia ərizəsi ilə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə müraciət etmiş, müvafiq olaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2492/2022 nömrəli xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2762/2022 nömrəli xx.xx.2022-ci il tarixli və e-2-2(113)- 2844/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadları ilə geri qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “AZEMİS” elektron məhkəmə informasiya sisteminə yüklənilən elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-cu il tarixli 288279 saylı elektron qaimə üzrə 3657 manat, xx.xx.2019-cu il tarixli 771752 saylı elektron qaimə üzrə 156 manat, xx.xx.2019-cu il tarixli 130841 saylı elektron qaimə üzrə 282 manat, xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimə üzrə 2787,31 manat məbləğində xidmət göstərilmişdir. xx.xx.2022-ci il tarixli “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı X3 03 mart 2022-ci il tarixdə 6 saylı Mediasiya Şurasına tərəflər arasında ilkin mediasiya sessiyasının keçirilməsi üçün müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X1 nümayəndəsi vəkil Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2019 və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC X2 göstərilən xidmət üçün müvafiq olaraq 1500 və 2595 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 380.1 567-ci maddələrinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 35.1, 35.2, 32.4.2 və 36.5-ci maddələrinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.“mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 03 mart 2022-ci il tarixdə 6 saylı Mediasiya Şurasına müraciət etmiş və həmin tarixdən ilkin mediasiya sessiyasının keçirilməsi barədə arayışın verildiyi xx.xx.2022-ci il tarixə kimi (1 ay 15 gün) iddia müddətinin axımı dayanmış, 18 aprel 2022-ci il tarixdən isə müddətin axımı bərpa olmuşdur. İddiaçı iddia ərizəsi ilə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2492/2022 nömrəli, xx.xx.2022-ci il tarixli e-2-2(113)-2762/2022 nömrəli və xx.xx.2022-ci il tarixli e-2-2(113)-2844/2022 nömrəli qərardadları ilə iddia ərizələri geri qaytarılmışdır. Qeyd olunan tarixlərdə iddia müddətinin axımı müvafiq olaraq 2, 1 və 3 cəmi 6 gün dayanmış və iddiaçı hazırki iddia ərizəsi ilə 04 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ümumilikdə elektron qaimələrin sistemə yerləşdirildiyi tarixdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə kimi (1 ay 15 gün+6 gün = 1 ay 21 gün) 1 ay 21 gün ərzində iddia müddətinin axımı dayanmış, lakin buna baxmayaraq iddiaçı xx.xx.2019 və xx.xx.2019-ci il tarixli elektron qaimələr üzrə iddia müddətini ötürmüş, belə ki, müddətin üzərinə əlavə 1 ay 21 gün hesablanarkən xx.xx.2019-ci il tarixli qaimə üzrə son müraciət etmə müddəti xx.xx.2022-ci il, xx.xx.2019-ci il tarixli elektron qaimə üzrə son müraciət etmə müddəti xx.xx.2022-ci il olmuş, halbuki iddiaçı hazırki tələblə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2019 və xx.xx.2019-cu il tarixli digər elektron qaimələr ilə bağlı bildirir ki, həmin elektron qaimələr üzrə iddia müddəti ötürülməmiş, belə ki, müddətin üzərinə əlavə 1 ay 21 gün hesablanarkən xx.xx.2019-ci il tarixli qaimə üzrə son müraciət etmə müddəti xx.xx.2022-ci il, xx.xx.2019-ci il tarixli elektron qaimə üzrə son müraciət etmə müddəti xx.xx.2022-ci il olmuş, iddiaçı isə hazırki tələblə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli 130841 saylı və xx.xx.2019-cu il tarixli 155186 saylı elektron qaimələr üzrə cəmi 3069,31 manat məbləğində borc və 100 manat məbləğində mediasiya xərci tələbi hissəısində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən sistemə yüklənilən etirazda borcun ödənilməsi və bununla əlaqədar sistemə yüklənilən ödəniş tapşırıqları ilə bağlı isə bildirir ki, iddiaçı ilə cavabdeh arasında həmin dövrdə davamlı münasibətlər olmuş, cavabdeh həmin ödəniş tapşırığını göstərilən hansı xidmət və yaxud hansı elektron qaimə üzrə ödənilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 3069,31 manat məbləğində borc və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3069,31 manat məbləğində borc və 100 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4476/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4476/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver