Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-449/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4455,04 manat (dörd min dörd yüz əlli beş manat dörd qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 64,55 (altmış dörd manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMCarasında imzalanmış 03 iyun 2015-ci il tarixli, 2405 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, 03 iyun 2015-ci il tarixli, 2405 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.1-ci bəndinə görə koporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozmuşdur. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 4455,04 manat (dörd min dörd yüz əlli beş manat dörd qəpik) ödənilməmiş borcu qalmışdır.
3. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4455,04 manat (dörd min dörd yüz əlli beş manat dörd qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 64,55 (altmış dörd manat əlli beş qəpik) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:
9. İddiaçı (şirkət) ilə Cavabdeh (korporativ abunəçi) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 2405 saylı, 03 iyun 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdehnə 25 ədəd qold nömrə təqdim etməyi, korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtıvaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə görə hazırki müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti Korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq qoşmalarında göstərilib və ödəniş hesaba köçürmə yolu ilə yaxud şirkətin müəyyən etdiyi digər qaydada hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən koporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi təmin etməlidir. 3.2-ci bəndinə görə əgər korporativ abunəçi tərəfindən hazırki müqavilə üzrə ödəniş şərtləri pozularsa, korporativ abunəçi gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05% həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərtilə şirkətə cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 2405 saylı, 03 iyun 2015-ci il tarixli müqaviləyə 1 saylı qoşmada nömrələr, 02 saylı,03 saylı və 04 saylı qoşmalarda xidmətlərin növü və qiymətləri göstərilmişdir.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBEA seriyalı 263983 saylı xx.xx.2024cü il tarixli 1082.74 manat, EBDY seriyalı, 395709 saylı xx.xx.2024-cü il tarixli 1178.30 manat, MT2401 seriyalı 00178081 saylı xx.xx.2024-cü il tarixli 1231.09 manat, EBEB seriyalı 486653 saylı xx.xx.2024-cü il tarixli 1073.23 manat elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.Həmin elektron qaimələrin cəmi 3387.06 manat məbləğində olan hissəsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. 12.İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh adına olan mobil telefon nömrələrinə mobil rabitə xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə rabitə xidmətlərinə görə 3387.06 manat məbləğində borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş elektron qaimələrdən yalnız 3387.06 manat məbləğində olan hissəsi cavabdehin özü tərəfindən , digər qaimələr isə sistem tərəfindən təsdiqləndiyindən, məhkəmə iddiaçı tərəfindən qəbul edilən qaimələrdən yalnəz 3387.06 manat məbləğində olan, cavabdehin özü tərəfindən təsdiq edilən hissəsini xidm\tərin göstərilməsinə dair sübut qismində qəbul edir və hesab edir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış 03 iyun 2015-ci il tarixli müqaviləyə əsasən 3387.06 manat məbləğində xidmətin iddiaçı tərəfindən cavabdehə göstərldiyi süuta yetirildiyindən həmin hissədə iddia təmin edilməli, digər hissədə rədd edilməlidir.
17. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, göstərilmiş mobil rabitə xidmətlərinin müqabilində Cavabdeh MMC-dən 3387.06 manat xidmət haqqı tutularaq İddiaçı MMCyə ödənilməlidir.
18. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilən hissəsinə mütənasib laraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53.87 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 3387.06 (üç min üş yüz səksən yeddi manat altı qəpik) manat əsas borc və 53.87 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova