Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4506/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2022-ci il tarixli əkin sahəsində xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən ödənilmiş 5.400 manat vəsaitin və əldən çıxmış fayda qismində illik beş faiz olmaqla, 270 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, vəkilə edilən ödənişə görə 300 manat və 77 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 04 noyabr 2022-ci il tarixdə “Əkin sahəsində xidmətlərin göstərilməsi haqqında” 02 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən təqdim edilən 400 hektar ərazinin Cavabdeh MMC tərəfindən əkilməsi və disklənməsi xidmətləri həyata keçirməli idi. Ərazidə İddiaçı MMC tərəfindən işlər görüldüyündən, yalnız disklənmə işlərinin görülməsi Cavabdeh MMC-nin üzərinə düşmüşdür. Razılaşmaya əsasən, İddiaçı MMC xidmətlərin göstərilməsini sifariş edib, icraçı Cavabdeh MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, Cavabdeh MMC isə İddiaçı MMC-nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi qarşılıqlı şəkildə öhdələrinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə görə göstərilən xidmətlərin həcmi 500 hektar ərazi üzrə hər 1 hektar üçün 70 manat, cəmi ödənilməli məbləğ (ƏDV xaric) 35.000 (otuz beş min) manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 11 noyabr 2022-ci il tarixdə 10.000 (on min) manat, 25 noyabr 2022-ci il tarixdə isə 7000 (yeddi min) manat olmaqla, cəmi 17.000 (on yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən görülmüş işlərin həcmi pul ifadəsində 11.600 manat təşkil edir. 5.400 manat həcmində iş isə Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən ərazinin bir hissəsində disklənmə işləri icra edilmişdir. Lakin yerdə qalan 135 hektar ərazidə isə disklənmə işləri icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2022-ci ildə 02 nömrəli əkin sahəsində xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
11. Müqavilənin 1-ci bəndinə əsasən sifarişçi xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür.
12. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi 500 hektar ərazi üzrə hər 1 hektar üçün 70 azn, cəmi ödənilməli məbləğ ədv xaric 35000 (otuz beş min) manat təşkil edir. İlkin olaraq 50% məbləğ avans olaraq ödənilməli, qalıq 50% məbləğ isə iş və xidmətlərin başa çatdığı gündən etibarən 3 iş günü müddətində ödənilməlidir.
13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi 400 ha ərazinin əkilməsi və disklənməsi xidmətlərini həyata keçirir.
15. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
17. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
18. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
19. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam, müqavilə üzrə cavabdeh tərəfindən xidmətin icra edilib-edilməməsidir.
22. Hazırda iddiaçı yəni, sifarişçi tərəf müqavilə üzrə cavabdeh, yəni icraçı tərəfindən disklənmə işlərinin görülməsi üçün ona avans olaraq 17.000 manat məbləğində ödəniş etdiyini, lakin icraçı tərəfindən yalnız 11.600 manat məbləğində xidmətlər görüldüyünü bildirərək, ödənilmiş 5.400 manat məbləğində pulun cavabdehən iddiaçıya geri qaytarılmasını tələb edir.
23. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş sənədindən məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq 10.000 manat və 7.000 manat məbləğində ödəniş edilmişdir.
24. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilə üzrə xidmətlərin tərəfindən icra edilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
25. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5.400 manat məbləğində pul və əsas borca illik 5 faiz hesablanmaqla 270 məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 300 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 300 manat məbləğində pul “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənmişdir.
28. Ona görə də, hüquqi yardımla əlaqədar çəkilmiş vəkil xəcinin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Bundan başqa, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5.400 (beş min dörd yüz) manat və əsas borca illik 5 faiz hesablanmaqla 270 (iki yüz yetmiş) manat, ümumilikdə 5.670 (beş min altı yüz yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov