Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4518/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müqavilə şərtlərini pozduğuna görə 418372,13 manat borc, 8496 manat cərimə və ödənilmiş 716,87 manat dövlət rüsumu olmaqla, ümumilikdə 427585 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə etmişdir. xx.xx.2025-ci il tarixdə tərəflər “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş yazılı ərizə və barışıq sazişi təqdim edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Hər iki tərəfin nümyəndəsi məhkəmə iclasında iştirak edərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2025-ci il tarix tarixdə səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin, tərəflərin nümayəndələri məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həlli barədə barışıq sazişi bağladıqlarından, bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Təsdiq və zəmanətlər: Tərəflər aşağıda qeyd edilənləri təsdiq edir:
1. Tərəflər arasında xx.xx.2011-ci il tarixli, xx/xx-2011-15 nömrəli limandan birgə istifadə barədə xidmət müqaviləsi və müqavilənin tərkib hissəsi hesab edilən xx.xx.2011-ci il tarixli 1 saylı, xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2012-ci il tarixli 3 saylı, xx.xx.2013-cü il tarixli 4 saylı, xx.xx.2014-cü il tarixli 5 saylı, 16.01,2015-ci il tarixli 6 saylı, 01,04.2015-ci il tarixli 7 saylı, xx.xx.2016-cı il tarixli 8 saylı, xx.xx.2016-cı il tarixli 9 saylı, xx.xx.2016-cı il tarixli 10 saylı, xx.xx.2018-ci il tarixli 11 saylı və xx.xx.2019-cu il tarixli 12 saylı Əlavələr imzalanmışdır.
2. Müqavilə üzrə cavabdeh öz öhdəliklərini vaxtında yerinə yetirməmiş, müqavilə üzrə ödənilməli olan 418372,13 (dörd yüz on səkkiz min üç yüz yetmiş iki manat, 13 qəpik) manat pul vəsaitini iddiaçıya köçürülməsini həyata keçirməmiş, bu səbəbdən iddiaçı müqavilənin 1.4-cü bəndinə əsasən gecikdirmələrə görə müvafiq olaraq, 8496 (84960x10/100=8496) manat cərimə məbləği hesablamış, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu olaraq 716,87 azn (yeddi yüz on altı manat, səksən yeddi qəpik) pul vəsaiti ödəmişdir.
3. Cavabdeh iddia ərizəsi üzrə ümumi hesablanmış 427585 (dörd yüz iyirmi yeddi min beş yüz səksən beş) manat məbləğində borc məbləğindən iddiaçıya xx.xx.2025-ci il tarixində 50389,33 (əlli min üç yüz səksən doqquz manat, 22 qəpik) manat məbləğində pul vəsaitini ödəmişdir.
4. Tərəflər arasında bağlanmış Müqavilə üzrə xx.xx.2025-ci ¡1 tarixinə cavabdehin yekun borc öhdəliyi aşağıdakı kimidir: a) Əsas məbləğ üzrə borc öhdəliyi: 418372,13 AZN b) İddia ərizəsinin verilməsi üzrə ödənilmiş dövlət rüsumunun məbləği: 716,87 AZN c) xx.xx.2025-ci il tarixində borcdan ödənilmiş məbləğ: 50389,33 AZN d) İddiaçı qarşısında ümumi yekun borc öhdəliyi: 368699,67 AZN
5. Cavabdeh qalıq borc olaraq 368699,67 (üç yüz altmış səkkiz min altı yüz doxsan doqquz manat, 67 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçıya ödənilməsinə dair öhdəlik götürür.
6. Yuxarıda qeyd edilənlərə uyğun olaraq, cavabdeh öz öhdəsinə götürür ki, bu Sazişin 1ci hissəsinin 4-cü bəndinin "d” yarımbəndində göstərilən yekun borc öhdəliyini bu Saziş qüvvəyə mindiyi tarixdən sonrakı 62 (altmış iki) ay ərzində və bu Sazişin 2-ci hissəsində göstərilən qrafik üzrə İddiaçıya tam şəkildə ödəyəcəkdir.
7. Cavabdeh bu sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, İddiaçı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək borcun ödənilməsi üçün icra vərəqəsinin verilməsini xahiş etmək hüququna malikdir.
8. Cavabdeh tərəfindən İddiaçıya olan borc bu sazişin 2.2-ci bəndində göstərilən qaydada ödənilmədiyi təqdirdə, əsas borcun, iddia ərizəsinin verilməsi üzrə məhkəməyə ödənilmiş dövlət rüsumunun məbləğinin tutulması barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi veriləcəkdir.
9. Barışıq Sazişini təsdiq edən Bakı Kommersiya Məhkəməsi İddiaçının ərizəsi əsasında Sazişin 1- ci hissəsinin 8-ci bəndində qeyd olunmuş tələblərin həyata keçirilməsi üçün icra sənədi verəcək və icra olunması üçün müvafiq İcra şöbəsinə göndərəcəkdir.
10. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
11. Bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
12. X3 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
13. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı Saziş əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.
2. Ödənilməmiş pul vəsaitinin geri qaytarılması şərtləri:
1. Cavabdehin iddiaçı qarşısında ümumi yekun borc öhdəliyi: 368699,67 (üç yüz altmış səkkiz min altı yüz doxsan doqquz manat, 67 qəpik) manat təşkil edir.
2. Aylar üzrə cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulan vəsait: 2025-ci il avqust ayından başlayaraq 2030-cu il avqust ayı da daxil olmaqla – 6000 manat, 2030-cu ilin sentyabr ayı üzrə - 2699,67 manat.
3. Cavabdeh tərəfindən aylar üzrə nəzərdə tutulmuş vəsait hər ayın 10-dan gec olmayaraq iddiaçının bu Sazişin 5-ci hissəsində göstərilən bank hesabına köçürülməlidir.
4. Cavabdeh bu Sazişin 2-ci hissəsinin 2-ci bəndində göstərilən qaydada köçürmələr etdikdən sonra bu Saziş üzrə öhdəliklərin yekunlaşması barədə Üzləşmə aktı (ildə 4 dəfə) imzalanacaqdır.
5. Cavabdeh bu Sazişin 2-ci hissəsinin 3-cü bəndində göstərilən müddət ərzində vəsaiti köçürməzsə, hər gecikdirilən gün üçün illik 5% dərəcə ilə hesablanmaqla dəbbə pulu ödəməlidir.
6. Cavabdeh tərəfindən ödəniş edildiyi zaman, gecikdirilmiş gün üçün hesablanmış dəbbə pulu tam silindikdən sonra əsas məbləğ üzrə borc öhdəliyindən silinmə edilir.
3. Digər şərtlər:
1. Bu Saziş üzrə Tərəflərin hüquq və öhdəlikləri yalnız digər Tərəfin yazılı razılığı əsasında üçüncü şəxslərə ötürülə bilər.
2. Bu Sazişin şərtləri, ona edilən dəyişikliklər və ya əlavələr məxfi məlumatlar sayılır və Azərbaycan Respublikasının qanunlarında tələb olunan hallar istisna olmaqla, heç bir üçüncü tərəfə verilməməli və ya açıqlanmamalıdır.
3. Fors major (epidemiya/pandemiya, daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, silahlı iğtişaşlar, moratorium və tərəflərin iradəsindən asılı olmayan digər qarşısıalınmaz hallar) hallarında Sazişin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır, lakin bu dayandırılma Tərəfləri Saziş üzrə yaranmış öhdəliklərinin icrasından azad etmir. Tərəflərin maddi vəziyyətinin və iqtisadi göstəricilərinin pisləşməsi fors-major hallara aid edilə bilməz. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Pərviz Zamanlı