Məhkəmə qərarları › İş №e-2-2(113)-4519/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4519/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4519/2022 30.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-ya qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektrik enerjisindən və sudan istifadəyə görə yaranmış 1012,70 manat məbləğində əsas borc, 60 manat dövlət rüsumu, cəmi 1072.70 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində “İM-458” nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında Bakı Dəmir Yolu Vağzalı binasının 7-ci və 8-ci mərtəbələrində yerləşən ümumi sahəsi 688 kv.m olan icarə obyekti icarəçi cavabdehə icarəyə verilmişdir. Müqavilənin 6.5-ci bəndinə əsasən elektrik enerjisindən və sudan istifadə haqqı səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş qiymətlərə uyğun olaraq icarəçi tərəfindən İcarəyəverənə ödənilir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 518,70 manat və sudan istifadəyə görə 494 manat, cəmi 1012,70 manat borcu yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Hüseynbəyli iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı Dəmir Yolu Vağzalı binasına "xxxx" ASC və "xxxx" ASC tərəfindən bir sayğac quraşdırılmış, hər ay həmin sayğac əsasında iddiaçıya müvafiq hesab fakturalar təqdim edilir və iddiaçı tərəfindən həmin fakturalar üzrə ödənişlər edilir. İddiaçı icarədar olaraq Bakı Dəmir Yolu Vağzalı binasında yerləşən icarə obyektlərini icarəyə götürmüş icarəçilərlə əldə etdiyi razılaşmaya əsasən sonuncuların öz vəsaitləri hesabına icarə obyektlərinə sayğaclar quraşdırılır, hər ay icarəyə verən həmin sayğacın göstəriciləri əsasında cavabdehə və digər icarəçilərə hesab faktura təqdim edir. Həmin fakturalar əsasında elektrik enerjisindən və sudan istifadəyə görə yaranmış borclar iddiaçıya ödənilir. Müvafiq razılıq tərəflər arasında bağlanmış icarə müqaviləsinə də daxil edilmişdir. Əvvəlki ödənişlər də məhz bu qaydada ödənilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli İM-458 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24 ünvanında yerləşən Bakı Dəmir Yolu Vağzalı binasının 7-ci və 8-ci mərtəbələrində yerləşən əsas icarə sahəsi 432 kv.m, köməkçi hissəsi 256 kv.m olmaqla, ümumi sahəsi 688 kv.m olan qeyriyaşayış sahəsi üçün icarəçi hər ay icarəyəverənə icarə haqqı verməyi öhdəsinə götürür. Müqavilənin 6.5-ci bəndinə əsasən həmçinin icarə sahəsi elektrik enerjisi, istilik, soyuq hava (yay aylarında icarə obyektinin soyudulması) və su ilə “icarəyəverən” tərəfindən təmin edilir. Elektrik enerjisindən və sudan istifadə, istilik və ya soyuq hava haqqı tərəflərin dövri olaraq tərtib edəcəkləri və özündə sayğacın son göstəricisini əks etdirəcək akt əsasında, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş qiymətlərə uyğun olaraq icarəçi tərəfindən icarəyəverənə ödənilir. Müvafiq olaraq kommunal xidmətlər üçün lazımi sayğaclar icarəçi tərəfindən təmin ediləcəkdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli 173523 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2018ci il tarixli İM-458 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə hesablanmış 1012,70 manat borcun 10 gün ərzində ödənilməsini tələb etmişdir. DY 001642 nömrəli qəbz talonu ilə 150 manat elektrik enerjisi pulu, DY 001651 nömrəli qəbz talonu ilə 50 manat su pulu, DY 001647 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 001649 nömrəli qəbz talonu ilə 66 manat su pulu, DY 001643 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001644 nömrəli qəbz talonu ilə 200 manat elektrik enerjisi pulu, DY 001650 nömrəli qəbz talonu ilə 50 manat su pulu, DY 001648 nömrəli qəbz talonu ilə 184 manat su pulu, DY 001645 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001646 nömrəli qəbz talonu ilə 400 manat elektrik enerjisi pulu, DY 000449 nömrəli qəbz talonu ilə 150 manat soyuq su pulu, DY 000397 nömrəli qəbz talonu ilə 300 manat işıq pulu, DY 000430 nömrəli qəbz talonu ilə 211 manat elektrik enerjisi pulu, DY 000429 nömrəli qəbz talonu ilə 1249 manat işıq pulu, DY 000361 nömrəli qəbz talonu ilə 362,25 manat soyuq su pulu, DY 00360 nömrəli qəbz talonu ilə 187,75 manat işıq pulu, DY 000431 nömrəli qəbz talonu ilə 39,86 manat soyuq su pulu, DY 000453 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 000454 nömrəli qəbz talonu ilə 97 manat su pulu, DY 000377 nömrəli qəbz talonu ilə 300 manat işıq pulu, DY 000837 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 000771 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 001269 nömrəli qəbz talonu ilə 50 manat elektrik enerjisi pulu, DY 001271 nömrəli qəbz talonu ilə 50 manat işıq pulu, DY 001303 nömrəli qəbz talonu ilə 50 manat soyuq su pulu, DY 001307 nömrəli qəbz talonu ilə 66 manat soyuq su pulu, DY 001249 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 001215 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 001288 nömrəli qəbz talonu ilə 50 manat soyuq su pulu, DY 001280 nömrəli qəbz talonu ilə 50 manat soyuq su pulu, DY 001464 nömrəli qəbz talonu ilə 13 manat, DY 001424 nömrəli qəbz talonu ilə 50 manat elektrik enerjisi pulu, DY 001458 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 001472 nömrəli qəbz talonu ilə 50 manat işıq pulu, DY 001465 nömrəli qəbz talonu ilə 52 manat soyuq su pulu, DY 000884 nömrəli qəbz talonu ilə 75 manat işıq pulu, DY 000501 nömrəli qəbz talonu ilə 134 manat su pulu, DY 000885 nömrəli qəbz talonu ilə 75 manat, DY 001484 nömrəli qəbz talonu ilə 60 manat soyuq su pulu, DY 001473 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001172 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 000978 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 000923 nömrəli qəbz talonu ilə 3 manat su pulu, DY 000922 nömrəli qəbz talonu ilə 77 manat su pulu, DY 001009 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001003 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 000729 nömrəli qəbz talonu ilə 634 manat soyuq su pulu, DY 000728 nömrəli qəbz talonu ilə 76 manat isti su pulu, DY 000726 nömrəli qəbz talonu ilə 134 manat soyuq su pulu, DY 000727 nömrəli qəbz talonu ilə 302,67 manat işıq pulu, DY 000694 nömrəli qəbz talonu ilə 200 manat elektrik enerjisi pulu, DY 000725 nömrəli qəbz talonu ilə 666,79 manat işıq pulu, DY 000573 nömrəli qəbz talonu ilə 300 manat soyuq su pulu, DY 000591 nömrəli qəbz talonu ilə 200 manat su pulu, DY 000571 nömrəli qəbz talonu ilə 200 manat elektrik enerjisi pulu, DY 000540 nömrəli qəbz talonu ilə elektrik enerjisi pulu, DY 001301 nömrəli qəbz talonu ilə 51 manat soyuq su pulu, DY 001216 nömrəli qəbz talonu ilə 50 manat soyuq su pulu, DY 001282 nömrəli qəbz talonu ilə 50 manat, DY 001465 nömrəli qəbz talonu ilə 52 manat soyuq su pulu, DY 001458 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 001127 nömrəli qəbz talonu ilə 100 manat soyuq su pulu, DY 001171 nömrəli qəbz talonu ilə 100 manat soyuq su pulu, DY 001113 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 001381 nömrəli qəbz talonu ilə 50 manat soyuq su pulu, DY 001383 nömrəli qəbz talonu ilə 50 manat elektrik enerjisi pulu, DY 001373 nömrəli qəbz talonu ilə 50 manat işıq pulu, DY 001109 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 001080 nömrəli qəbz talonu ilə 100 manat işıq pulu, DY 001065 nömrəli qəbz talonu ilə 100 manat su pulu, DY 001058 nömrəli qəbz talonu ilə 115 manat su pulu, DY 001051 nömrəli qəbz talonu ilə 100 manat soyuq su pulu, DY 001645 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001650 nömrəli qəbz talonu ilə 50 manat su pulu, DY 001651 nömrəli qəbz talonu ilə 50 manat su pulu, DY 001648 nömrəli qəbz talonu ilə 184 manat su pulu, DY 001649 nömrəli qəbz talonu ilə 66 manat su pulu, DY 001642 nömrəli qəbz talonu ilə 150 manat elektrik enerjisi pulu, DY 001646 nömrəli qəbz talonu ilə 400 manat işıq pulu, DY 001644 nömrəli qəbz nömrəsi ilə 200 manat elektrik enerjisi pulu, DY 001643 nömrəli qəbz talonu ilə 100 manat elektrik enerjisi pulu, DY 001647 nömrəli qəbz talonu ilə 100 manat su pulu, iddiaçı tərəfindən hesablanaraq cavabdehə təqdim edilmişdir. Su sərfinə görə iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişlərdən görünür ki, 2022-ci ilin fevral ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün cəmi 378 manat borc, 7-ci mərtəbədə yerləşən obyekt üçün 116 manat, 2018-ci ilin dekabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 152 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 24 manat, 2019-cu ilin yanvar ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 242 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 24 manat, 2019-cu ilin fevral ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 156 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 26 manat, 2019-cu ilin mart ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 92 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 258 manat, 2019-cu ilin aprel ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 112 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 120 manat, 2019-cu ilin may ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 82 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 82 manat, 2019-cu ilin iyun ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 194 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 212 manat, 2019-cu ilin iyul ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 184 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 188 manat, 2019cu ilin avqust ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 184 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 188 manat, 2019-cu ilin sentyabr ayı üçün 8-ci mərtəbədə yerləşən obyekt üçün 366 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 274 manat, 2019-cu ilin oktyabr ayı üçün 8-ci mərtəbədə yerləşən obyekt üçün 538 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 328 manat, 2019-cu ilin noyabr ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 360 manat, 8-ci mərtəbədə yerləşən obyekt üzrə 732 manat, 2019-cu ilin dekabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 850 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 26 manat, 2020-ci ilin yanvar ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 920 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 56 manat, 2020-ci ilin fevral ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 554 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 62 manat, 2020-ci ilin iyun ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 130 manat, 2020-ci ilin iyul ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 130 manat, 2020-ci ilin avqust ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 56 manat, 2020-ci ilin sentyabr ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 76 manat, 2020-ci ilin mart ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 554 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 62 manat, 2020-ci ilin aprel ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 554 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 98 manat, 2020-ci ilin iyul ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 750 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 98 manat, 2020-ci ilin avqust ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 750 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 26 manat, 2020-ci ilin sentyabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 387,75 manat, 7-ci mətərəbə yerləşən obyekt üçün 78 manat, 2020-ci ilin oktyabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 197,89 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 270 manat, 2020-ci ilin noyabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 0,89 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 574 manat, 2020-ci ilin dekabr ayı üzrə 8-ci mərtəbədə yerləşən obyekt üçün 0,89 manat, 7-ci mərtəbədə yerləşən obyekt üçün 752 manat, 2020ci ilin oktyabr ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 76 manat, 2020-ci ilin noyabr ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 76 manat, 2020-ci ilin dekabr ayı üzrə 7-ci mərtəbədə yerləşən obyekt üçün 76 manat, 2021-ci ilin yanvar ayı üzrə 7-ci mərtəbə üçün 249,66 manat, 8-ci mərtəbə üçün 592,92 manat, 2021-ci ilin fevral ayı üzrə 7-ci mərtəbə üçün 302,67 manat, 8-ci mərtəbə üzrə 866,79 manat, 2021-ci ilin mart ayı üzrə 7-ci mərtəbə üçün 53,28 manat, 2021-ci ilin mart ayı üzrə 8-ci mərtəbə üçün 321,57 manat, 2021-ci ilin aprel ayı üzrə 7-ci mərtəbə üçün 77,59 manat, 8-ci mərtəbə üzrə 217,32 manat, 2021-ci ilin may ayı üzrə 7-ci mərtəbə üçün 113,77 manat, 8-ci mərtəbə üçün 307,65 manat, 2021-ci ilin iyun ayı üzrə 7-ci mərtəbə üçün 39,70 manat, 8-ci mərtəbə üzrə 279,91 manat, 2021-ci ilin iyul ayı üzrə 7-ci mərtəbə üçün 15,11 manat, 8-ci mərtəbə üçün 256,76 manat, 2021-ci ilin avqust ayı üzrə 7-ci mərtəbə üçün 82,16 manat, 8-ci mərtəbə üçün 248,28 manat, 2021-ci ilin sentyabr ayı üzrə 7-ci mərtəbə üçün 131,48 manat, 8-ci mərtəbə üçün 203,71 manat, 2021-ci ilin oktyabr ayyı üzrə 7-ci mərtəbə üçün 90,07 manat, 8-ci mərtəbə üçün 239,38 manat, 2021-ci ilin noyabr ayı üzrə 7-ci mərtəbə üçün 123,12 manat, 8-ci mərtəbə üçün 389,46 manat, 2021-ci ilin dekabr ayı üzrə 7-ci mərtəbə üçün 189,23 manat, 8-ci mərtəbə üçün 715,5 manat, 2022-ci ilin yanvar ayı üzrə 7-ci mərtəbə üçün 249,84 manat, 8-ci mərtəbə üçün 961,02 manat, borcunun olması barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixinə Bakı sərnişin stansiyası ərazisində 131 icarə obyekti fəaliyyət göstərir. Bu icarə obyektləri tərəfindən sərf olunan elektrik enerjisinin və suyun hesabatının aparılması üçün 131 ədəd elektrik sayğacı və 34 ədəd su sayğacı quraşdırılmışdır. İddiaçı Bakı sərnişin stansiyasının 2018-ci il üzrə su sərfiyyatı barədə arayışdan görünür ki, stansiya üzrə sərf olunmuş suya görə cəmi 55394,94 manat məbləğində ödənişlər aparılmışdır. İddiaçinin sərnişin daşıma departamentinin Bakı sərnişin stansiyası üzrə 2019-2021ci illər və 2022-ci ilin yanvar-mart ayları ərzində sərf olunmuş elektrik enerjisi və su sərfiyyatı barədə elektrik enerjisi sərfinə görə 109034,56 manat, su sərfinə görə 12245,66 manat ödənişlər olunmuşdur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya elektrik enerjisi və sudan istifadə ilə bağlı yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli İM-458 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 679-cu maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” AzərbaycaN Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.3-cü maddəsinə əsasən icarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində elektrik enerjisindən və sudan istifadə ilə bağlı yaranmış xərclərin icarəçi tərəfindən icarəyəverənə ödənilməsi razılaşdırıldığından iddiaçı Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini (belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində elektrik enerjisindən və sudan istifadə ilə bağlı yaranmış xərclərin icarəçi tərəfindən icarəyəverənə ödənilməsi razılaşdırılmışdır) onun həmin müqavilə üzrə iddiaçıya elektrik enerjisindən və sudan istifadəyə görə yaranmış 1012,70 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1012,70 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1012,70 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-3997 nömrəli arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdeh iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1012,70 (bir min on iki manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar