Məhkəmə qərarları › İş №e-2-2(113)-4537/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4537/2021

30.09.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4537/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X6, Kreditor Maraqlı şəxs1 nümayəndəsi X4, Kreditor Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 27.04.2012-ci il tarixindən dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalının miqdarı 10 manat təşkil edir. Hal-hazırda İddiaçı təsisçisi X7r və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. Cəmiyyətin direktor vəzifəsini isə X15 icra edir. İddiaçı maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə İddiaçı 18 yanvar 2021-ci il tarixində “müflis elan edilmə və iflas prossesinə başlanılması barədə” qərar qəbul etmişdir. İddiaçı balansında heç bir əmlak yoxdur. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 605,83 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2919,22 manat borc məbləğləri müəyyən edilmişdir. Məlum kredirotların siyahısı isə aşağıdakı kimidir: 1) Maraqlı şəxs1 – 54.952,47 manat 2) “X13” – 75,000 manat. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 24.03.2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 İddiaçınə qarşı iddiası təmin edilərək, 52.922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54.952,47 manatın tutularaq Maraqlı şəxs1nə ödənilməsi qət edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X12 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Kreditor Maraqlı şəxs1 nümayəndəsi X10 məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında bildirdi ki, ərizə əsassızdır. Məhkəmə qətnaməsi vardır. Sonda kreditorun nümayəndəsi ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Kreditor Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 nümayəndəsi X16 məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında bildirdi ki, ərizəçi borcdan yayınmaq üçün müflis elan edilməsini istəyir. Sonda kreditorun nümayəndəsi ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Kreditorlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X20 X14 X21 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, İddiaçı 27.04.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Təsisçilərinin ümumi yığıncağının 18 yanvar 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi ilə bağlı əmlak inzibatçısının təyin edilməsi üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 27.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçındən 52.922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54.952,47 manatın tutularaq iddiaçı Maraqlı şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 İddiaçınə qarşı borcun ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, 95251,38 manat məbləğində xidmət haqqının və 1000 manat məbləğində penya omaqla ümumilikdə 96251,38 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 61,17 manat məbləğində pul vəsaitinin 56,17 manat məbləğində hissəsinin İddiaçındən, 5 manat məbləğində hissəsinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, ərizəçinin vergi üzrə 605,83 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2919,22 manat borcu vardır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 22.04.2021-ci il tarixli 108-1-20/982-21 saylı məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsinə əsasən ərizəçinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödəməli olduğu borcun məbləği 96251,38 manat təşkil edir. 01.04.2021-ci il tarixli rəsmi bəyanatdan görünür ki, İddiaçı bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmamasını bəyan etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytından 24 sentyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə elan dərc olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsi və vəkilinin, kreditorların nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə - borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı 27.04.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Təsisçilərinin ümumi yığıncağının 18 yanvar 2021-ci il tarixli qərarı ilə İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi ilə bağlı əmlak inzibatçısının təyin edilməsi üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. Ərizəçinin kreditor borcları vergi üzrə 605,83 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2919,22 manat,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 27.03.2018ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs1nə 54.952,47 manat, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 96251,38 manat təşkil edir. Ərizəçi bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətində deyildir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə borclu İddiaçı kreditorların tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Yuxarıda göstərilmiş qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilən hallardan məlum olur ki, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X13 ilə ərizəçi İddiaçı arasında yaranmış kommersiya münasibətləri üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə tərəflər arasında məhkəmə mübahisələri mövcud olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-361/2018 nömrəli, 27.03.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçındən 52.922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54.952,47 manatın tutularaq iddiaçı Maraqlı şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2021 nömrəli iş üzrə 12.02.2021-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X8 İddiaçınə qarşı borcun ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, 95251,38 manat məbləğində xidmət haqqının və 1000 manat məbləğində penya omaqla ümumilikdə 96251,38 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X9 ödənilməsi, məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 61,17 manat məbləğində pul vəsaitinin 56,17 manat məbləğində hissəsinin İddiaçındən, 5 manat məbləğində hissəsinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Ərizəçi həmin qətnamələr üzrə əmələ gələn tələblərin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2018 və 2021-ci il tarixli məhkəmə qətnamələrinin icrası müddətləri bitməmişdir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü (c) maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 (c)-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar