Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4537/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul”” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 40.542,00 manat məbləğində borcun, ilkin Mediasiya sessiyasında iştirak üçün ödənilmiş 410 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 41.452,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 fevral 2021-ci il tarixli, №0502/2021 nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, “Satıcı” bu Müqavilədə nəzərdə tutulan malları (akloqollu və alkoqolsuz) həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə “Alıcı”-ya verməyi, “Alıcı” isə bu malları razılaşdırılmış miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbuletməyi və bunun müqabilində razılaşdırılmış müddətdən gec olmayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında İddiaçı MMC bu müqavilədə nəzərdə tutulan malları həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müvafiq miqdarda, keyfiyyətdə,çeşiddə, qiymətdə “Alıcı”-ya təhvil verilmişdir. Alıcı isə bunun müqabilində 40.542,00 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürsə də, sonuncu tərəfindən bugünədək ödənişlər həyata keçirilməmişdir. Nəticə olaraq, 05 fevral 2021-ci il tarixli 0502/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödənilməli olan 40.542,00 manat məbləğində pul hələ də ödənilməmiş olaraq qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı çəkilmiş xərcə dair sənəd təqdim edə bilmirlər.
4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini, onun iddiaçıya olan borcunun məbləğinin hazırda iddia edildiyi kimi 40.542 manat deyil, daha az olduğunu, təxminən 20000 manat olmalı olduğunu bildirib məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona təqdim edilən elektron qaimələrdən məlumatı yoxdur, o, yalnız təqdim etdiyi hesab-fakturalarda olan məbləğləri qəbul edir, ödənişləri də o, qardaşı və xalası oğlu etmişdir. Bundan əlavə, iddiaçı digər müştərilərə qiymətlərdə güzəştlər etdiyi halda, ona həmin güzəştlər edilməmişdir. İddiaçı onu mövcud borcla bağlı aydınlaşdırma aparılması üçün dəvət etmiş, o da gedərək həmin üzləşmə aktına qol çəkmişdir. Ona bildirilmişdir ki, onun satıcıya 48541,72 manat borcu var, bundan əlavə onun iddiaçı şirkətdə 8000 manat depoziti vardır. Hazırda iddiaçıya dəqiq nə qədər borcu olmasını bilmir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 0502/2021 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) tərəfin təqdim etdiyi şərtlər və qaydalar daxilində istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya hesab faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə və qiymətdə cavabdehə (alıcı) satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür.
7. Müqavilənin 3.5-ci bəndinə əsasən bu müqaviləyə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti köçürmə və ya nağd formasında hər 10 gündən bir, yəni ay ərzində 3 dəfə, lakin ayın 30-dan gec olmamaq şərti ilə yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır.
8. Müqavilənin 3.12-ci bəndinə əsasən satıcı bu müqavilə üzrə ödəniş öhdəliyinin icrası məqsədilə alıcıdan 10000 manat depozit ödənilməsini tələb edir. Bu müqavilə üzrə alıcının satıcı qarşısında hər ayın sonu və ya müqaviləyə xitam verilərkən borc öhdəliyi qalarsa satıcı depozit hesabdan həmin borcun silinməsi hüququnu saxlayır. Tərəflər arasında borc öhdəlikləri qalmazsa müqaviləyə xitam verilərkən satıcı alıcın depozit məbləğini qaytarmağa borcludur.
9. İddiaçı tərəfindən cavabdehə EBAY 043291 nömrəli xx.xx.2021-ci il tarixli (10271,87 manat), EBAY 043349 nömrəli xx.xx.2021-ci il tarixli (243 manat) , EBAY 054267 nömrəli xx.xx.2021-ci il tarixli (27779,43 manat), EBAY 255852 nömrəli xx.xx.2021-ci il tarixli (963,32 manat), EBAY 535403 nömrəli xx.xx.2021-ci il tarixli (648 manat), EBAY 704611 nömrəli xx.xx.2021-ci il tarixli (1442,89 manat) , EBAY 704661 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBAY 704676 nömrəli xx.xx.2021-ci il tarixli (518,93 manat), EBAZ 073476 nömrəli xx.xx.2021-ci il tarixli (1763,13 manat), EBAZ 906432 nömrəli xx.xx.2021-ci il tarixli (384,55 manat), EBBA 283076 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBBA 283076 nömrəli xx.xx.2021-ci il tarixli (0,01 manat), EBBA 283077 nömrəli xx.xx.2021-ci il tarixli (990,46 manat), EBBA 283078 nömrəli xx.xx.2021-ci il tarixli (550,80 manat) , EBBA 777534 nömrəli xx.xx.2021-ci il tarixli (61,86 manat), EBBA 888767 nömrəli xx.xx.2021-ci il tarixli (676,91 manat), EBBB 459758 nömrəli xx.xx.2021-ci il tarixli (566,77 manat), EBBC 028867 nömrəli xx.xx.2021-ci il tarixli (1933,25 manat), EBBC 329235 nömrəli xx.xx.2021-ci il tarixli (1077,61 manat, EBBD 598414 nömrəli xx.xx.2021-ci il tarixli (303,84 manat), EBBD 598433 nömrəli xx.xx.2021-ci il tarixli (1942,30 manat), EBBD 828478 nömrəli xx.xx.2021-ci il tarixli (341,10 manat), EBBD 828482 nömrəli xx.xx.2021-ci il tarixli (401,24 manat) , EBBE 114584 nömrəli xx.xx.2021ci il tarixli (441,81 manat), EBBE 480033 nömrəli xx.xx.2021-ci il tarixli (1311,05 manat), EBBE 480035 nömrəli xx.xx.2021-ci il tarixli (267,60 manat), EBBE 480067 nömrəli xx.xx.2021-ci il tarixli (1274,89 manat), EBBE 681639 nömrəli xx.xx.2021-ci il tarixli (533,64 manat) , EBBE 681676 nömrəli xx.xx.2021-ci il tarixli (89,85 manat), EBBF 313051 nömrəli xx.xx.2021-ci il tarixli (2262,67 manat), EBBF 952104 nömrəli xx.xx.2021ci il tarixli (220,60 manat), EBBF 952105 nömrəli xx.xx.2021-ci il tarixli (51,84 manat), EBBF 952131 nömrəli xx.xx.2021-ci il tarixli (113,40 manat), EBBF 952132 nömrəli xx.xx.2021-ci il tarixli (688,87 manat), EBBG 304803 nömrəli xx.xx.2021-ci il tarixli (497,67 manat),EBBG 706380 nömrəli xx.xx.2021-ci il tarixli (212,40 manat), EBBG 706389 nömrəli xx.xx.2021-ci il tarixli (1609,53 manat), EBBG 856946 nömrəli xx.xx.2021-ci il tarixli (342,81 manat),EBBH 369194 nömrəli xx.xx.2021-ci il tarixli (108 manat), EBBH 369205 nömrəli 219534 nömrəli xx.xx.2021-ci il tarixli (567,38 manat), EBBM 705591 nömrəli xx.xx.2021-ci il tarixli (367,17 manat), EBBM 749490 nömrəki xx.xx.2021-ci il tarixli (85,77 manat),EBBM 749498 nömrəli xx.xx.2021-ci il tarixli (846,67 manat),EBBM 749606 nömrəli xx.xx.2021-ci il tarixli (246,03 manat),EBBM 749640 nömrəli xx.xx.2021-ci il tarixli (1876,96 manat),EBBM 750066 nömrəli xx.xx.2021-ci il tarixli (136,67 manat),EBBM 750243 nömrəli xx.xx.2021-ci il tarixli (493,15 manat),EBBM 750304 nömrəli xx.xx.2021-ci il tarixli (2202,22 manat),EBBN 664533 nömrəli xx.xx.2021-ci il tarixli (1040,56 manat),EBBN 667563 nömrəli xx.xx.2021-ci il tarixli (116,28 manat), EBBN 667602 nömrəli xx.xx.2021-ci il tarixli (93,89 manat),EBBN 692949 nömrəli xx.xx.2021-ci il tarixli (1222,58 manat),EBBN 764180 nömrəli xx.xx.2021-ci il tarixli (108 manat),EBBN 902957 nömrəli xx.xx.2021-ci il tarixli (811,79 manat),EBBN 902962 nömrəli xx.xx.2021-ci il tarixli (5940,02 manat), EBBN 913270 nömrəli xx.xx.2021-ci il tarixli (225 manat),EBBO 092271 nömrəli xx.xx.2021-ci il tarixli (337,51 manat),EBBO 481435 nömrəli xx.xx.2021-ci il tarixli (711,80 manat), EBBO 969650 nömrəli xx.xx.2021-ci il tarixli (2471,93 manat), EBBP 083357 nömrəli xx.xx.2021-ci il tarixli (1219,97 manat), EBBP 083569 nömrəli xx.xx.2021ci il tarixli (852,83 manat), EBBP 368806 nömrəli xx.xx.2022-ci il tarixli (1656,53 manat), EBBP 940075 nömrəli xx.xx.2022-ci il tarixli (571,50 manat), EBBQ 088163 nömrəli xx.xx.2022-ci il tarixli (910,21 manat), EBBQ 561079 nömrəli xx.xx.2022-ci il tarixli (813,07 manat), EBBR 007369 nömrəli xx.xx.2022-ci il tarixli (2196.87 manat), EBBR 372135 nömrəli xx.xx.2022-ci il tarixli (4932,60 manat), EBBR 640390 nömrəli xx.xx.2022-ci il tarixli (68 manat), EBBR 699947 nömrəli xx.xx.2022-ci il tarixli (108 manat), EBBR 699950 nömrəli xx.xx.2022-ci il tarixli (860,38 manat), EBBR 699957 nömrəli xx.xx.2022-ci il tarixli (81,60 manat), EBBS 002215 nömrəli xx.xx.2022-ci il tarixli (418,20 manat), EBBS 002314 nömrəli xx.xx.2022-ci il tarixli (211,14 manat), EBBS 058736 nömrəli xx.xx.2022-ci il tarixli (218,96 manat), EBBS 638764 nömrəli xx.xx.2022-ci il tarixli (858,15 manat), EBBS 913585 nömrəli xx.xx.2022-ci il tarixli (924,48 manat), EBBT 281795 nömrəli xx.xx.2022-ci il tarixli (845,17 manat), EBBV 287099 nömrəli xx.xx.2022-ci il tarixli (3068,74 manat), EBBW 285034 nömrəli xx.xx.2022-ci il tarixli (894,31 manat), EBBW 888738 nömrəli xx.xx.2022-ci il tarixli (2257,57 manat), EBBX 491565 nömrəli xx.xx.2022-ci il tarixli (2428,44 manat), EBBX 999083 nömrəli xx.xx.2022-ci il tarixli (810,07 manat), EBBY 301062 nömrəli xx.xx.2022-ci il tarixli (1239,65 manat), ), EBBY 893911 nömrəli xx.xx.2022-ci il tarixli (658,70 manat), ), EBBZ 164588 nömrəli xx.xx.2022-ci il tarixli (411,33 manat), EBBZ 165788 nömrəli xx.xx.2022-ci il tarixli (337,92 manat), EBBZ 756874 nömrəli xx.xx.2022-ci il tarixli (2252,47 manat), EBCA 806797 nömrəli xx.xx.2022ci il tarixli (106,51 manat), EBCA 95743 nömrəli xx.xx.2022-ci il tarixli (863,43 manat), EBCC 356952 nömrəli xx.xx.2022-ci il tarixli (44,42manat), EBCC 753047 nömrəli xx.xx.2022-ci il tarixli (1163,51 manat), EBCC 915059 nömrəli xx.xx.2022-ci il tarixli (283,69 manat), EBCE 753047 nömrəli xx.xx.2022-ciil tarixli (2833,59 manat),EBCG 145660 nömrəli xx.xx.2022-ci il tarixli (897,36 manat), EBCG 830415 nömrəli xx.xx.2022-ci il tarixli (773,26 manat) , EBCH 380681 nömrəli xx.xx.2022ci il tarixli (336,36 manat), EBCH 714492 nömrəli xx.xx.2022-ci il tarixli (580,89 manat), EBCH 380677 nömrəli xx.xx.2022-ci il tarixli (1040,41 manat) , EBCH 714492 nömrəli xx.xx.2022-ci il tarixli (580,89 manat), EBCİ 157274 nömrəli xx.xx.2022-ci il tarixli (520,20 manat), EBCİ 157277 nömrəli xx.xx.2022-ci il tarixli (2154,85 manat), EBCİ 290286 nömrəli xx.xx.2022-Ci il tarixli (520,20 manat), EBCJ 200925 nömrəli xx.xx.2022-ci il tarixli (340 manat),EBCJ 515644 nömrəli xx.xx.2022-ci il tarixli (792,49 manat), EBCJ 515666 nömrəli xx.xx.2022-ci il tarixli (112,81 manat), EBCJ 976848 nömrəli xx.xx.2022-ci il tarixli (960,62 manat), EBCK 217444 nömrəli xx.xx.2022-ci il tarixli (59,50 manat), EBCM 147320 nömrəli xx.xx.2022-ci il tarixli (1092,50 manat) elektron qaimələr göndərilmişdir.
10. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində 2500 manat, xx.xx.2022-ci il tarixində 1500 manat, xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2021-ciil tarixində 3000 manat,xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2021-ci il tarixində 3000 manat, xx.xx.2021-ci il tarixində 2000 manat,xx.xx.2021-ci il tarixində 2500 manat,xx.xx.2021-ci il tarixində 3500 manat,xx.xx.2021-ci il tarixində 3800 manat,xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2021-ci il tarixində 2000 manat,xx.xx.2021-ci il tarixində 3000 manat,xx.xx.2022-ci il tarixində 2000 manat,xx.xx.2022-ci il tarixində 2000 manat,xx.xx.2022-ci il tarixində 2500 manat,xx.xx.2022-ci il tarixində 3000 manat,xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 5000 manat,xx.xx.2022-ci il tarixində 2000 manat,xx.xx.2022-ci il tarixində 2500 manat,xx.xx.2022-ci il tarixində 2000 manat,xx.xx.2022-ci il tarixində 2000 manat,xx.xx.2021-ci il tarixində 3500 manat məbləğində iddiaçıya ödəniş etmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə qalıq borcunun məbləği 48541,72 manat təşkil edir, cavabdehin iddiaçı şirkətdə 8000 manat depoziti vardır.
12. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcunun məbləği 40541,72 manat təşkil edir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
25. Belə ki, cavabdeh iddiaya qarşı etirazında hazırkı borcun iddia edildiyi kimi olmadığını, daha az olduğunu bildirsə də, məhkəməyə təqdim etdiyi üzləşmə aktından da göründüyü kimi, borcun məbləği depozit məbləğ çıxılmaqla 40541,72 manat olması göstərilmiş, cavabdeh həmin aktı imzası ilə təsdiq etdiyini məhkəmə iclasında da bildirmişdir.
26. Bundan əlavə, cavabdeh özünün təqdim etdiyi, mötəbərliyini təsdiq etdiyi xx.xx.2022-ci il tarixli hesab-fakturada qalıq borcun həmin tarixə 55213,87 manat göstərilməsinin səbəbini məhkəməyə izah edə bilməmiş, borcla razılaşmadığı halda üzləşmə aktını imzalamasının səbəbini bildirə bilməmişdir.
27. Belə ki, iddia ərizəsində iddiaçı tələb edilən borcun 40542 manat olmasını göstərsə də, özünün təqdim etdiyi maliyyə arayışında borcun 40541,72 manat olmasını təsdiq etmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan borc 40541,72 manat müəyyən edilməlidir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40541,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməlidir.
30. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
31. Məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı iddiaçı tərəfindən hər hansı ödəniş sənədi təqdim edilmədiyindən çəkilmiş həmin xərc iddiaçının özünə aid edilməlidir.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 40541,72 manat məbləğində pul, ödənilmiş 410 manat dövlət rüsumu, ümumilikdə 40951,72 (qırx min doqquz yüz əlli bir manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova