Məhkəmə qərarları › İş №e-2-2(113)-4538/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4538/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4538/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 44.612,00 manat məbləğində borcun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 410 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 45.522,00manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 44.612,00 manat məbləğində borcun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 410 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 45.522,00manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdeh məhkəməyə vəsatət verərək, qeydiyyat ünvanının Beyləqan rayonu olduğuna görə işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia verilən zaman aidiyyət qaydalarının pozulduğunu bildirərək, işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 2in rəsmi qeydə alındığı ünvan Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün mübahisəyə həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23.3-cü bəndinə əsasən Beyləqan rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 0502/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 44.612,00 manat məbləğində borcun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 410 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 45.522,00manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar