Məhkəmə qərarları › İş №e-2-2(113)-4591/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4591/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4591/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “X1 X3 İhracat Pazarlama ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 X3 İhracat Pazarlama ve Ticaret Limited Şirketi” (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasındakı Fililalının Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 67290,60 manat məbləğində borcun, vəkilə hüquqi yardıma görə ödənilmiş 520 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 300 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “X2 X3 İhracat Pazarlanma və Ticarət Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixdə Məhkəməyə aralarında bağlanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. "xxxx" MMC 63.974.65 AZN borc məbləğini hissə-hissə - 15 avqust 2025-ci il tarixə - 5000 AZN, 15 sentyabr 2025-ci il tarixə - 5000 AZN, qalıq borc məbləğini isə 25 oktyabr 2025-ci il tarixinə tam ödəməyi öhdəsinə götürür. 2.Ödəniş "X1 X3 İhracat Pazarlama ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. 3."xxxx" MMC tərəflər arasında yaranmış və hazırda Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-4591 /2025 saylı iş üzrə yaranmış bütün məhkəmə xərclərini ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə barışıq sazişini şəxsən imza edib möhürlədiyini, şərtləri ilə razı olduğunu göstərib sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “X1 X3 İhracat Pazarlama ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Fililalı və Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. "xxxx" MMC 63974,65 manat borc məbləğini hissə-hissə - 15 avqust 2025-ci il tarixə - 5000 manat, 15 sentyabr 2025-ci il tarixə - 5000 manat, qalıq borc məbləğini isə 25 oktyabr 2025-ci il tarixinə tam ödəməyi öhdəsinə götürür.

2. Ödəniş "X1 X3 İhracat Pazarlama ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.

3. "xxxx" MMC tərəflər arasında yaranmış və hazırda Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-4591 /2025 saylı iş üzrə yaranmış bütün məhkəmə xərclərini ödəməyi öhdəsinə götürür. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar