Məhkəmə qərarları › İş №e-2-2(113)-4607/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4607/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4607/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26343.72 (iyirmi altı min üç yüz qırx üç manat, yetmiş iki qəpik) manat əsas borcun, 170 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçı "xxxx" MMC-yə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında30 avqust 2024-cü il tarixli GTG/055/24 saylıxidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 4.5.-ci bəndində qeyd olunmuşdur ki, xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Məhsullar cavabdehə təhvil verilmiş, ümumi 32243.72 azn (ƏDV daxil) borc yaranmış, cavabdeh bu borcdan yalnız 5900 azn (ƏDV daxil) ödəmiş, 6 aydan çox zaman keçməsinə baxmayaraq hələ də 26343.72 azn borc cavabdeh tərəfindən iddiaçıya ödənməmişdir. Bununla da müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh hüquqi şəxsin əməkdaşları ilk vaxtlar borcun tezliklə ödənəcəyini vəd etsə də bu borc bugünə qədər ödənilməmişdir. Odur ki, pozulmuş hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı "xxxx" MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış 30 avqust 2024-cü il tarixli GTG/055/24 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşma sənədlərə əsasən xidmətlərin göstərilməsini sifariş verir, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra «Xidmət») göstərməyi öz öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur,imzalanır və möhürlənir. - 4.5.-ci bəndində qeyd olunmuşdur ki, xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. - 5.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır. - 2.1.2-ci bəndinə əsasən Analiz ödənişləri hər ayın 14-cü və 28-ci günlərində yerinə yetirilməsini təmin edir. - 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini lazımınca icra etməməsinə görə digər tərəfə vurulmuş ziyanla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə MT2410 12136706 saylı xx.xx.2024-cü il tarixli 1815.40 manat, MT2411 10339057 saylı xx.xx.2024-cü il tarixli 30428.30 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. 13.09.2024-cü 01 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1815.41 manat məbləğində xidmətlər göstərilmişdir.

12. 14.10.2024-cü 01 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 30428.31 manat məbləğində xidmətlər göstərilmişdir.

13. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. - 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 30 avqust 2024-cü il tarixli GTG/055/24 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında imzalanan müqavilə, təhvil-təslim aktları və elektron qaimələrlə təsdiqini tapır. Hal-hazırda Cavabdeh MMCnin göstərilən müqavilə üzrə "xxxx" MMC -yə olan əsas borcu 26343.72 manat təşkil edir.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun 26343.72 manatın tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir.

21. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 170 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 170 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 26343.72 (iyirmi altı min üç yüz qırx üç manat yetmiş iki qəpik) manat əsas borc, 170 (yüz yetmiş) manat dövlət rüsumu və 300 (üç yüz) manat məbləğində vəkil xərci tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar