Məhkəmə qərarları › İş №e-2-2(113)-462/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-462/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-462/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı müəyyən hərətkətlərin qadağan edilməsi və qanunsuz olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı müəyyən hərətkətlərin qadağan edilməsi və qanunsuz olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan “Bolkart iş kartı”nın valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə əməliyyatın aparıdığı gün Bankın sa'ş məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi və İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8.48 AZN vəsaitin cavabdeh “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə cavabdeh “Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bank hesab müqaviləsi və hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsi bağlanılmışdır. Həmin gün iddiaçının adına bank hesabı açılmış və “Bolkart iş kartı” təqdim edilmişdir. Bank tərəfindən göstərilən xidmətin şərtləri yuxarıda qeyd olunan müqavilələrlə tənimzlənir. Lakin Bank tərəfindən xidmət şərtləri kobud şəkildə pozulur və başqa valyutada kartla aparılan əməliyyatlara görə iddiaçının hesabından qanunsuz olaraq əlavə pul vəsaitləri silinir. İddiaçı bu halla bağlı dəfələrlə banka müraciət etsədə əlavə vəsaitlərin silinməsi davam edir. İddiaçı ona məxsus “Bolkart iş kartı” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə AliExpress.com saytından 230.99 USD-lıq alış-veriş etmiş, ödənişin həyata keçirildiyi gün Bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 392.80 AZN vəsait silinmişidir. Üzərindən 2 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə həmin əməliyyata görə iddiaçının bank hesabından 399.52 AZN məbləğ silinmişdir. Həmin müddət ərzində Bankın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 6.72 AZN (399.52-392.80=6.72) əlavə vəsait silinmişdir. Eyni hal təkrar baş vermiş, belə ki iddiaçı həmin kartla xx.xx.2019-cu il tarixdə Pegasus saytından 53.00 USD lik bilet almış, ödənişin həyata keçirildiyi gün Bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 90.13 AZN vəsait silinmişidir. Üzərindən 4 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə həmin əməliyyata görə iddiaçının bank hesabından 91.89 AZN məbləğ silinmişdir. Yenə də “Bank”ın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq, bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 1.76 AZN (91.89-90.13=1.76) əlavə vəsait silinmişdir. Bu kimi hallar dəfələrlə baş vermiş, iddiaçı hər dəfə xarici valyuta əməliyyat aparan zaman bank tərəfindən konvertasiyaya görə qanunsuz olaraq əlavə vəsaitlər silinmişdir. Bbankın bu cür qanunsuz hərəkətləri nəticəsində iddiaçı ona məxsus kartdan müqavilə şərtlərinə uyğun olaraq istifadə edə bilmir. Nəticə etibarilə, müqavilədə və xidmət tarifləri və şərtləri cədvəlində kartın valyutasından fərqli olan valyutada aparılan əməliyyat zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması müəyyən edilmədiyinə görə 8.48 AZN (6.72+1.76=8.48) vəsaitin tutulması qanunsuzdur və bankın əsassız varlanmasına səbəb olur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qisməntəmin edilməlidir. İşdə olan xx.xx.2018-ci il tarixli,hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsindən görünür ki, müştəri İddiaçı və bank “Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilədən görünür ki, bank öz üzərinə müştərinin adına açılmış bank hesabındakı pul vəsaitlərinin nağdlaşdırılması və digər bank əməliyyatlarının aparılması üçün müştərinin özünə və ya onun ərizəsi əsasında müəyyən edilən digər şəxsə ödəniş kartı verməyi , müştəri isə öz növbəsində kart vasitəsi ilə hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparmağı və müqavilə ilə müəyyən edilmiş qaydada xidmətlərin haqqını banka ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin kart, kart hesabı üzrə əməliyyatlar və digər bank xidmətlərinə görə “Bank”ın cari xidmət tariflər və şərtləri tətbiq edilir. Göründüyü kimi tarif və şərtlər cari olaraq göstərilir ki, bu da bank əməliyyatının həmin tarixdə aparılmasını özündə ehtiva edir. İş materiallarında olan “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində aparılan internet banking xidmətinin müxtəlif tarixli çıxarışlarından görünür ki, bank əməliyyat tarixindən fərqli olaraq, digər tarixdə konvertasiya olunan və hesabdan silinən pul vəsaiti biri birinə uyğun gəlmir. Mülki Məcəllənin135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektdən ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də, İddiaçı iddia tələbinin cavabdehdən pulun geri qaytarılması hissəsində haqlı olmuşdur. Belə ki, heç bir hüquqi əsas olmadan İddiaçı bank hesabından (Bolkart iş kartı) cavabdeh tərəfindən silinmiş 8,48 manat məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış müqavilənin tələb və şərtlərindən kənar qaydada həyata keçirilmişdir. Bundan başqa, İddiaçı özünə məxsus Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə əməliyyatın aparıdığı gün Bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi hissəsində iddia tələbi qeyri mümkündür və həmin tələb təmin oluna bilməz. Çünki, qeyd olunmuş hərəkətin cavabdehə qadağan edilməsi birinci növbədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeyri mümkündür. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71ci maddəsinin İX-cu hissəsinə uyğun olaraq, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8.48 AZN vəsaitin cavabdeh “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8.48 (səkkiz manat qırx səkkiz qəpik) AZN vəsait cavabdeh “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar