Məhkəmə qərarları › İş №e-2-2(113)-4628/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4628/2025

17.07.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4628/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə qarşı (Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbi və cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən “Hyundai” və “Kia” əmtəə nişanının sahibinin razılığı olmadan gömrük bəyannamələrinin bəyan edilməsinin qadağan olunması, Cavabdeh1 tərəfindən **********3119 nömrəli gömrük bəyannamələri ilə bəyan bəyan edilmiş və Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixli, 140325V21 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 24AA317/90AN981 nömrə nişanlıavtomobil nəqliyyatı vasitəsi ilə idxal olunmuş “Hyundai” və “KİA” əmtəə nişanlıavtomobilehtiyat hissələrinin kontrafakt hesab edilməsi, Cavabdeh tərəfindən iddiaçılar “X1” və İddiaçı2nə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “Hyundai” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, “Hyundai” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun onun kart hesabına geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə1 vəsatəti təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə qarşı (Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla)pul tələbi və cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının nümayəndəsi Nümayəndə1 kart hesabına ("xxxx" ASC, Baş ofis filial kodu 200004; VÖEN **********; M/h-AZ74AİİB********************; H/h AZ71AİİB********************; SWİFT – AİİBAZ2X; ) qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar